Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini komitə yanında İctimai Şura yaradılır

Əliməmməd Nuriyev: “İctimai Şuranın yaradılması, əslində vətəndaşla dini qurumlar və bütövlükdə dövlət arasında münasibətlərin daha harmonik olmasına gətirib çıxaracaq”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı başa çatıb. Dövlət Komitəsindən verilən məlumata görə, şura üzvlüyünə 14 nəfərin namizədliyi qeydiyyata alınıb. Onlar arasında ictimai şəxslər, QHT rəhbərləri də var.  İctimai Şuraya seçkilər isə yanvar ayının 29-da keçiriləcək.

Şuraya namizədliyi qeydə alınan  Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında İctimai Şuranın hansı işi görəcəyi və nələrin planlaşdırılması barədə məlumat verib: “Azərbaycanda ”İctimai iştirakçılar haqqında" Qanun qüvvədədir. Qanunun əsas məqsədlərindən biri də mərkəzi, yerli özünüidarə orqanları yanında ictimai şuraların yaradılmasıdır. İctimai şuraların yaradılması prosesinə 2014-cü ilin iyun ayından başlanıb. Qəbul edilən qərarların hazırlanması, onların müzakirəsi, monitorinqi prosesində də vətəndaşlarımızın iştirakı çox vacibdir. Bu, həm dövlət orqanları ilə vətəndaşlar arasında etimadın inkişaf etdirilməsi, həm də prosesin daha uğurlu keçirilməsində maraqlı tərəflərin öyrənilməsinə xidmət edir. Yaradılan ictimai şuralar cəmisi 9 mərkəzi icra hakimiyyəti yanındadır. Bu qurumların yaranmasında vətəndaş cəmiyyəti özü də iştirak edir. Səsvermə yolu şura üzvləri iki il müddətinə seçilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında da İctimai Şuranın yaradılması haqqında elan verildi. Bir çox vətəndaş cəmiyyəti qurumları bu prosesdə iştirak etmələri ilə bağlı münasibətlərini bildirib, müəyyən sənədlərini təqdim ediblər. Seçki komissiyasının tərkibində də dövlət orqanından 4 nümayəndə, vətəndaş cəmiyyətindən isə 5 nümayəndə təmsil olunacaq. Bu şərtlə ki, seçki komissiyasının üzvləri namizədliyini İctimai Şura üzvlüyünə verə bilməzlər. Qanunvercilik həm də İctimai Komitə üzvləri qismində icra hakimiyyəti qurumlarının nümayəndələri və bələdiyyə üzvlərinin iştirakını qadağan edir".

Ə. Nuriyev bildirib ki, hər şeydən əvvəl mərkəzi icra hakimiyyətinin fəaliyyət istiqamətlərinin miqyasından asılı olaraq ictimai şuraların üzvləri müəyyənləşdirilir:

“Qanunvericilikdə 15 nəfər müəyyənləşir. Ancaq hər bir seçki komissiyası qurumun funksiyalarından, miqyasından asılı olaraq burada fərqli rəqəmlər müəyyənləşdirə bilər. Eyni zamanda bu, 15 nəfərdən az da ola bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də sayı özü müəyyənləşdirəcək. Seçilmə yalnız vətəndaş cəmiyyəti nümayəndələrinin iradəsi əsasında olacaq ki, bu da gizlin səsvermə ilə keçiriləcək. Nazirlər Kabineti 2014-cü il 30 may tarixində İctimai Şuraya seçkilərin qaydalarını müəyyənləşdirib və orada gizli səsvermə də təyin olunub. Eyni zamanda vacib deyil ki, İctimai Şuranın üzvləri mütləq hansısa QHT-nin nümayəndəsi olsun. Burada iki şərtə diqqət edilir ki, o, dövlət orqanının nümayəndəsi olmasın və bələdiyyə üzvü olmamalıdır. Başqa tələblər də onunla bağlıdır ki, həmin şəxslər məhkum olunmasın, fəaliyyət qabiliyyəti məhdud olmasın və sairə. Dini işlər üzrə Dövlət Komitəsi çox geniş funksiyalar həyata keçirir. Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi istiqamətini tənzimləyən bir qurumdur. Bütövlükdə ölkənin dini siyasətinin hazırlanması prosesində də böyük rol oynayır. Eyni zamanda mənəvi dəyərlərin təbliği, təşviqi də bu komitə tərəfindən həyata keçirilir. Hazırkı şəraitdə Yaxın Şərqdə çox ciddi hadisələr baş verir. Bəzi hallarda azərbaycanlıların da inanclarından sui-istifadə edib, onları radikal qrupların tərkibinə cəlb edirlər. Dini komitə bu kimi məsələlərin də qarşısını almaqda rol oynayır. Cəmiyyətin də bu məsələdə köməyinə ehtiyac var. Zorakılığın, sui-istifadənin qarşısının alınmasında vətəndaş cəmiyyəti, vətəndaşları işə daha yaxşı səfərbər etməyə qadirdir. Bu baxımdan hesab edirəm ki, komitənin yanında belə bir İctimai Şuranın yaradılması, əslində vətəndaşla dini qurumlar, bütövlükdə dövlət arasında münasibətlərin daha harmonik olmasına gətirib çıxaracaq. Radikalizmin qarşısını alaraq, inanclarımızın vətəndaşlarımız tərəfindən həqiqi olaraq həyata keçirilməsi, yeni imkanlar yaradılmasına əlavə töhfələr verə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar