rezonans

Xəbər xətti

24 İYUN

15:14 Prezident Yavər Camalovun vəfatı ilə bağlı nekroloq imzaladı

15:09 Kadırov Salaha hədiyyə verib

15:01 Ruhani haqda yazılmış kitab səs-küy yaratdı

14:52 Muharrem İnce və Meral Akşener səs verdilər

14:41 AZƏRBAYCAN ORDUSU – 100: MN-in hazırladığı Videosüjet

14:33 Deputatlar Türkiyədəki seçkilərdən danışdı

14:28 Messiyə görə intihar etdi

14:20 Livan nəşri: Azərbaycan yeni İsrail raketləri ala bilər

14:12 Əziz İldırım Türkiyəni tərk edir

14:01 Kim Çen İn 500 türk şəhidi Ankaraya qaytarır

13:56 ABŞ-da 870 min litr neft yola dağılıb

13:49 Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

13:48 Taylandda futbol komandası mağarada itkin düşüb

13:40 Sənan Qurbanov: “Düz yoldayıq”

13:32 Xırdalanda yanğın: 3 uşaq yandı

13:10 Yavər Camalov dəfn olundu

13:02 Binəli Yıldırım: “Seçkilər demokratik bayram abu-havasında keçirilir”

12:47 BMT-nin Qarabağ qətnaməsi: Lavrovu narahat edən nədir?

12:40 Mərkəzi və Şərqi Avropanın əhalisi kəskin azalıb

12:32 Ermənistanda hərbçi azadlıqdan məhrum edilib

12:23 Messi karyerasını bitirir

12:19 Xızı sakinindən silah-sursat və narkotik götürülüb

12:14 Makron: “Bu ölkələrə sanksiya tətbiq edilsin”

12:10 Salyanda yanğın: on baş inək tələf oldu

12:06 Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

12:01 Paşinyan İrana niyə gedir?

11:55 Lukaşenko: “Müstəqilliyimiz itəcək”

11:50 Məhərrəm İncə səs verdi

11:46 Belarus müstəqilliyini itirə bilər

11:42 DÇ-2018: Bu gün II turun son 3 oyunu keçiriləcək

11:39 Kürdəmirdə yaşlı kişini maşın vurub

11:35 Bakıda xəbərdarlıq edilən icra başçıları kimlərdir?

11:31 Suriyada İran generalı həlak olub

11:27 İtaliya baş nazirinin müavini Makronu həyasız adlandırıb

11:24 Trampdan Kim Çenlə bağlı açıqlama

11:20 Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

11:16 Qurban Qurbanov: “Futbolçulardan razı qaldım”

11:11 Səudiyyədə qadınların sürücülüyünə icazə verildi

11:07 Maykl Ceksonun atası xərçəngdir

11:02 Aksiyada partlayış: 156 yaralı

11:00 Ərdoğan hakimiyyətini qoruyub saxlaya biləcəkmi?

10:58 “Neftçi” heyətinə daha bir xorvatı qatdı

10:54 Trampın mətbuat katibi restorandan qovulub

10:50 Mərkəzi Bank 350 milyon manat cəlb edir

10:46 Ankarada 11 PKK üzvü saxlanıldı

10:42 İki gün əvvəl ağır yaralanan sürücü öldü

10:37 OPEK-dən Rusiyaya təklif

10:33 Bakıda “Türk ulduzları” möhtəşəm şou göstərəcək

10:28 Bağçalarda fərdi videomüşahidə yaradıla bilər

10:23 Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib

10:19 AXCP-yə hörmətsizlik: Elçibəyin məzarı başında...

10:15 Hacıqabul sakini xalası qızının boğazını kəsdi

10:11 Salyanda18 yaşlı oğlan öldü

10:07 Türkiyədə prezident və parlament seçkiləri keçirilir

10:04 Atəşkəs 92 dəfə pozulub

10:00 Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb



ƏDƏBİYYAT

...

Dincəlmək qadağandır!

Tarix 13.06.18, 14:30

Font ölçüsü : - / +
bitmap-img6

Qismət yazır


Sokrat yaxşı deyib: “Ey insan, danış səni görüm!” Məncə, bu söz ona işarə vurur ki, sonsuz perspektivlər içində hər şeyi – insanları da, nəsnələri də hərəkətdə, dinamikada müşahidə etmək daha maraqlıdır. Bakı-Balakən qatarı tərpənənə kimi darısqal kupelər hələlik heç nəyə oxşamırdı, çünki hələ bu xəstəhal dəmir yığını öskürüb yola düşməmişdi. Bir azdan vağzalda vidalaşmağa gələn adamlar da, binalar da, təkəmseyrək ağaclar da tərsinə-tərsinə vərəqlənəndə, dağılmış imperiyadan yadigar qalan kupelər analogiya məntiqilə cildən-cildə düşməyə başladı: gah küpəyə (fonetik), gah kibrit qutusuna (vizual), gah adamları üzləşdirən istintaq otaqlarına (kriminal), gah da birdən çox “mən”in gizləndiyi insan beyninin qıvrımlarına (psixobioloji).

Özünü dəfələrlə pəncərəyə çırpandan sonra nəfəslikdən içəri dürtülən yorğun ağcaqanadlar qarşılarına çıxan birinci pərdəyə qonub işıqların sönməsini gözləyə-gözləyə dişlərini itiləməyə girişdilər.

Mən yuxuya çətin gedirəm, hətta bu anormallığa müsbət don geyindirmək üçün Coysun məşhur sözünü təkrarlamağı da sevirəm: “İdeal oxucu yuxusuzluqdan əziyyət çəkən adamdır.” Böyük irlandın məsləhətini Bakı-Balakən qatarında yoxlamaq fikrim yox idi deyə, yuxuya getmək arzusu ilə pivə almışdım, amma mənim arzum Azərbaycan Dəmir Yolları QSC-nin təzə qaydalarına uyğun deyilmiş. Bunu bilən kimi beynimin kupelərində gecə-gündüz mənimlə yol gedən ustadlardan biri gözlərini açdı – Coys mikrofonu Nazim Hikmətə ötürdü: “Sizin duvarlarınız bize vız gelir!”
Hərəyə bir az arzu süzdük, rəngi-ruhu ağarmış plastik stəkanların üzünə günəş doğdu.

Şəkiyəcən bizi həm yuxu apardı, həm də qatar.

Şəki stansiyasına çatanda günəş təzə gəlin utancaqlığıyla buludların arasından təzə-təzə görünməyə başlamışdı. Burda xeyli it varmış. Bizi görən kimi şöngüyüb isitdiyi yerdən duran boz bir köpək dilini çıxarıb ləhləyə-ləhləyə düymə kimi gözlərini bir tikə ümid arzusu ilə üstümüzə dikdi. Qızlar qorxdular ki, birdən qapağan olar, amma bizi itlər yox, sürücülər qapdılar. Maşınlara doluşduq, sürücümüz qocalmaqda öz Jiqulisi ilə yarışan laçınlı bir kişiydi. Bəzən gedən, bəzən isə elə bil addımlayan bu yorğun taksidə biz otelə tərəf gedirdik, səhər isə bizə tərəf gəlirdi. Sifəti məğlubların əzib atdığı əlcək qırışıqlığında olan sürücü dolama yolların alnını nişan alıb bir cümləlik atəş açdı: “Biz tərəflərdə çiçəklərin ətrindən adamın huşu başından gedirdi, burda hər şeyin rəngi var, amma ətri yoxdu...”

İçimdəki kupedə Nazim Hikmət bu atəşdən yayınıb sözü Şərif Ağayara verdi: “İslanmış torpaq qoxusu mənim də içimi yaşamaq eşqiylə doldurdu.”

Marxalda xidmət səviyyəsi çox yuxarıdır, amma qiymətlər elədir ki, adam öz ölkəsində turistə dönür.

Nə yeyib-içdik, necə dincəldik, haraları gəzdik? – bunlardan danışmaq istəmirəm, hər şey gözəl oldu. Elə ən təhlükəli olan da hər şeyin gözəl olması imiş...

Sonuncu gecə Şəki stansiyasında bizi Bakıya qatarı gözləyə-gözləyə düşündüm ki, buranın otelləri beş ulduzlu olsa da, göyləri milyon ulduzludur. Gəldiyimiz gün bizi qarşılayan itlər gecənin qaranlığında iki gün əvvəl açdıqlarını mötərizəni bağlamaq üçün yenidən stansiyaya gəlmişdilər. Şöngüdüyü yerdən durub başımıza dolanmağa başlayan itin qara-qara xalları istirahətimizin nöqtələriymiş.

Qatar vaxtından gec gəldi. 30 nəfər idik, bütün vaqonu biz tutmuşduq. Kupelərimizə yerləşdik. Gecənin içiylə Bakıya qayıdan qatarda vaxtımızı keçirmək üçün gülüşməyə, söhbətləşməyə, asta-asta da pivəmizi qurtumlamağa başlamışdıq ki, darısqal dəhlizdə qoçuluq etmək istəyən, amma fiziki görkəmi karikatura təsiri bağışladığı üçün gülməli görünən bir tip peyda oldu. Özünü buraların “palajeniya”sına baxdığına inandıran qaqaşın “palajeniya” sözündən yüngül olduğunu bilmək elə də çətin deyildi. Gördük fır-fır fırlanır, kupeyə çağırdıq ki, gəl pivədən vur. Gəldi, lotu-lotu süzün – dedi. İçdi, soruşdu: “Qızlarnan siznəndir?” “Həri”- dedik. (Belə adamlarla danışanda “hə” getmir, gərək iki hərf də artırasan.) “Problem yoxdur” – deyib sözün həqiqi mənasında qeybə çəkildi. Fikirləşdim ki, “Azərbaycan Dəmir Yolları QSC” birləşməsindəki QSC-nin açılışını deyəsən səhv bilirmişəm, yəqin belə olmalıdır: “Azərbaycan Dəmir Yolları Qaqaşların Süləngi Cəmiyyəti”

Bir azdan problem otağımıza baş çəkdi. Vaqona nəzarət eləyən paqon (serjant) gəldi ki, çox gülürsüz, səs salırsız, indi bir-bir hamınızın vəsiqəsini yoxlayacam. Həə, dedim ürəyimdə, heç ola bilərmi ki, sən həyat yoldaşınla, nişanlınla, sevgilinlə, dostlarınla dincəlməyə gedəsən, gülüb-əylənəsən, çox yox ha, az-maz xoşbəxt görünəsən və buna dözməyən, qurdlu, qısqanc, qəlbiqara bir azərbaycanlı peyda olmaya? Ola bilməz! Təəssüf ki, ola bilməz.

Məktəb illərindən mərd oğlan kimi tanıdığım, bizdən bir neçə sinif yuxarıda oxumuş Rəcəb (indi həyat yoldaşlarımız bir yerdə işləyir) 102-yə zəng vurdu. Əvvəl-əvvəl lotulanan serjant da, vaqon rəisi də, konduktor da 15 dəqiqə içində yalvarmağa başladılar. Oturub gecənin yarısı bu yalvarışlara, yazıqlaşmış, özü də nə istədiyini bilməyən, başqalarının səadət dolu dəqiqələrinə “qubka”lı paqonları ilə soxulmaq istəyən zavallılara baxıb kədərləndik. Biz onları öz mədəniyyətimizə, haqlı olduğumuzu bilməyin əminliyinə bağışladıq, amma mən hiss elədim ki, artıq öləziyən gülüşlərimiz, məyus və yorğun gözlərimiz onları çox sevindirdi.(kulis)

Bakı-Şəki-Bakı, 2018.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Ziya Məmmədovun holdinqi “sökülür”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru