Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəm Əsgərovun oğlu danışdı


"Atam bizə göndərdiyi məktubunda bildirib ki, təki ayağımız axsasın, qeyrətimiz yox"


Bu sözləri musavat.com-a açıqlamasında ermənilər tərəfindən girov saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

O bildirib ki, girovluqda saxlanılan həmyerlilərimiz - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müvafiq orqanlardan geniş məlumat ala bilmirlər:

"Ermənilər qurduqları qondarma məhkəmələrinin videolarını yaymışdılar. Həmin videoda Dilqəm Əsgərov axsayaraq yeriyirdi. Biz ona məktub yazıb nə üçün axsadığının səbəbini soruşduq. Atam səbəbi ağacdan yıxılması ilə izah etdi. Sonra isə bildirdi ki, belə şeylərə görə narahat olmayaq. O vurğuladı ki, ayağımızın axsamağının heç bir əhəmiyyəti yoxdur. Təki qeyrətimiz, namusumuz axsamasın. O da axsamayacaq. Hər günə onların azad edilməsi arzusu ilə başlayırıq. Sadəcə olaraq, əlimizdən oturub gözləməkdən başqa bir şey gəlmir. 

Atam və Şahbaz Quliyev yalnız öz ata və babalarının məzarlarını ziyarət etmək üçün torpağımız Kəlbəcərə yollanıblar. Onların qanunsuz yerə saxlanılmasını qınayırıq. Dilqəm Əsgərov üçün ən ümdə məsələ namusdur, vətəndir. Ona görə də bir ildən çoxdur ki, ermənilər onun və Şahbaz Quliyevin ağzından Azərbaycan, vətənimiz əleyhinə bir cümlə də ala bilməyiblər. Əminəm ki, ala bilməyəcəklər də. Allah hər ikisinin qapısını açsın".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və sonradan vəhşicəsinə öldürülmüş Həsən Həsənov doğulduqları Qarabağa keçərək ata-babalarının məzarlarını ziyarət etməyə çalışıblar. Ancaq erməni separatçıları Həsən Həsənovu vəhşicəsinə öldürərək Dilqəm və Şahbazı girov götürüb. Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar