Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilqəm Əsgərovun oğlu Azərbaycanı tərk etdi


Ad günündə Dilqəmə acı sürpriz


Bu gün ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun doğum günüdür. 

Düşmən əsarətində olan Dilqəmin 55 yaşı tamam olur. Onun həsrətlə yolunu gözləyən ailəsi ümid edir ki, Dilqəm 56 yaşını öz vətənində qeyd edəcək.

Girovun qardaşı Sahib Musayev Azvision.az-a açıqlamasında bildirib ki, ad günü ərəfəsində Dilqəm ailəsinə məktub göndərib.

“Qardaşımdan məktub aldıq. O, səhhətinin yaxşı olduğunu qeyd edib. Yazıb ki, narahat olmayın, hər şey yaxşı olacaq. Məktubda Dilqəm onun girovluqda saxlanması ilə bağlı Avropa Məhkəməsinə etdiyimiz müraciətə diqqət çəkib. Yazıb ki, müraciətin nəticəsi necə olub? Məktub çox qısadır. O, hər kəsə salam deyib”-deyə S.Musayev qeyd edib.

Ad günündə Dilqəm üçün ən üzücü xəbər isə oğlunun Azərbaycanı tərk etməsidir. Qardaşının sözlərinə görə, Dilqəmin oğlu Kürdoğlu Əsgərov işsiz olduğu üçün Azərbaycanı tərk edərək Rusiyaya köçüb: “Kaş ki, bu günlərimizdə Dilqəm bizim yanımızda olaydı. Ermənilər Dilqəmi geri vermək istəmirlər. Onun oğlu Kürdoğlu da Azərbaycandan köçüb Moskvaya getdi. Yazıq nə eləsin, işi-gücü yox idi. Atası erməni girovluğunda, oğlu isə yad bir ölkəyə gedib pul qazanır. O, işsiz qalmışdı. Bilmirdi ki, nə etsin? ”.

Xatırladaq ki, ötən ilin iyulunda KəlbəcərErmənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar