Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dillər Universitetinə qəbul olunan tələbələrin 132-si artıq qeydiyyatdan keçib


2017-2018-ci tədris ili üçün Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr pilləsinin birinci kursuna qəbul olan abituriyentlərin dünəndən sənəd qəbulu başlayıb


ADU-nun sənəd qəbulu komissiyasının məsul şəxsi Məmməd İsmayılovun  verdiyi məlumata görə, bu il universitetə 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132-si artıq qeydiyyatdan keçib.

Universitetdə qəbul olunan abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 19 nəfərdən ibarət qəbul komissiyası yaradılıb. Avqustun 25-dək tələbələr müvafiq sənədlərini universitetə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Əks təqdirdə onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmrləri ali məktəblərə göndərilməyəcək. Qeydiyyat prosesinin rahat və uğurla aparıldığını söyləyən M.İsmayılov qeydiyyat zamanı universitetin könüllü tələbələrinin abituriyentlərə kömək göstərdiklərini diqqətə çatdırıb.

ADU-ya qəbul olunan abituriyentlər və onların valideynləri öz təəssüratlarını bölüşüblər.

Universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinə 467 balla qəbul olan Yaqut Novruzova bildirib ki, xarici ölkələrə getmək, onların tarixini öyrənmək onun xoşuna gəlir. “Bu universitetdə dil baxımdan biliklərimi artırmaq üçün geniş imkanlar var. Məni imtahana hazırlaşdıran müəllimlərim də bu ali məktəbi məsləhət gördülər”, - deyə Yaqut Novruzova bildirib.

Türkanə Xaspoladzadə ADU-nun təhsil fakültəsinə 419 balla daxil olub. O, Azərbaycan Dillər Universitetində təhsil almağı hər zaman arzuladığını deyib.

Bir sözlə, sənəd qəbulunda iştirak edən valideynlər və tələbələr qeydiyyat prosesindən razılıqlarını bildirib, rahat şəkildə sənədlərini təqdim edib qeydiyyatdan keçdiklərini söyləyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar