Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilənçilər vergiyə cəlb oluna bilər


ARB TV-nin "Günə doğru" verilişində dilənçilər haqda süjet efirə gedib


Livanda dilənçi olan Fatma Osman küçədə öldükdən sonra ölüm hadisəsinə görə şəxsiyyəti araşdırılıb. 

Şəxsin bank hesabında, 5,5 milyon dolların olduğu üzə çıxıb.

Vəziyyət belədir ki, indi hökümət istəyir ki, ölkədəki dilənçilərin şəxsiyyəti yoxlansın. Nə qədər pulları olduğunu öyrənsin və hətta vergiyə cəlb edilməsi məsələsini qanuniləşdirsin.

Belə baxanda bizim ölkəmizdə də dilənçilər var, o zaman bizdə də çoxlu pul qazanan dilənçilər vergiyə cəlb olunsun.

Tahir Əlirzayev (vəkil): "Dilənçilik elə bir fəaliyyətdir ki, bu fəaliyyət qanunla tənzimlənmir. Bunun adı avaralıq kimi səslənir. Avaralığa görə də qanunvericiliyimiz məsuliyyətə cəlb edir. 10 gün həbs cəzası". 

Amma həmin o dilənçiləri polislər dəfələrlə saxlasa da yenidən buraxır, onlar da yenə pul yığmaqla məşğuldur. Həm də bu ehtiyac meyarından da çoxdur. Qat-qat çoxdur. İnsanlardan bunu yığırlar, beləliklə, var-dövlət yığırlar. Adi adam işləyir vergi verir, dilənçilərin də fəaliyyətləri var, deməli, vergi də verməlidirlər.

Razi Abbasbəyli (iqtisadçı): "Daşınar, həm də daşınmaz əmlakla bağlı deklorasiyaların hazırlanması və bunların vergiyə cəlb edilməsi ilə bağlı ölkənin qanunvericilik bazası mövcuddur".

Dilənçilərdən vergi alınması məsələsində isə əsas odur ki, onların vətəndaşlığı müəyyən edilməlidir.

Razi Abbasbəyli (iqtisadçı): "Onların vətəndaşlığa alınması üçün qeydiyyat aparılmır. Müasir dövrün vergi sisteminə cəlb etmək alınmır".

Azərbaycanda da açıq-aşkar dilənçilərin şəxsiyyəti müəyənləşdirilsin, fəaliyyətlərinə hər hansısa mexanizmlə nəzarət edilsin, onlardan vergi alınsın. Onsuz da, dilənçilərin əksəriyyəti işləyən deyil, nəsilliklə dilənçiliyə adət edənlərdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar