Xəbər xətti

19 APREL

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

11:00 Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub

10:54 Moskvada “Quli”yə qarşı müharibə hazırlığı: “Beyləqanski” dəstə yığır

10:49 Orxan Pamuk haqda 6 kitab çıxdı

10:44 Həlak olan və itkin düşən hərbi qulluqçuların ailələrinə 11 min manat ödəniləcək

10:39 Millimiz “Qarabağ” a uduzdu



ƏDƏBİYYAT

...

Dərviş Əziz Nesin necə ateist oldu?

Tarix 24.12.17, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az 20 dekabr - Əziz Nesinin doğum günündə Günel Natiqin “Göz yaşları içində təbəssüm” məqaləsini təqdim edir:


- Əziz bəy, “Nesin” soyadı nələri ifadə edir?

- 1934-cü ildə soyad qanunu çıxdı. Hər kəs soyadını özü seçməliydi. İnsanların natamamlıq kompleksi üzə çıxdı; dünyanın ən xəsis adamı “Əliaçıq”, ən qorxağı “Ürəkli”, ən tənbəli “Çalışqan” soyadını götürdü. Bir müəllimimiz vardı, elə astagəl idi ki, bir saata adını güclə yazırdı. O da “Çevikəl” oldu. Beləcə gözəl soyadlar “yağmalandı”.  Öz-özümə dedim: “Yaxşı, Əziz, bəs sən nəsən? Elə bu soyadı da götürdüm. İstədim ki, hər dəfə soyadımı eşidəndə nə olduğumu, kim olduğumu düşünüb özümə gəlim.

(Əziz Nesinlə müsahibədən)

Böyük türk yazıçısı, ziyalısı, maarifçisi Əziz Nesin (Əsl adı Mehmet Nüsrət) 20 dekabr 1915-ci ildə İstanbulda doğulub. Atası fağır bir bağban idi. Yarıac, yarıtox yaşayırdılar. Baxımsızlıqdan 3 yaşlı bacısında sümük xəstəliyi əmələ gəlmişdi, ayaqları tutmurdu. Nə həkim vardı, nə də dava-dərman. Balaca qız göz qabağındaca əriyib-gedirdi. Bir gün qonum-qonşu gözüyaşlı anaya belə bir məsləhət verir: “Hər gün axşam azanından sonra uşağı qəbiristanlığa apar, bir məzar daşının altına qoy. Sonra arxana baxmadan evə gəl. Bir başqa adam onu götürüb evə gətirsin”.

Ana belə də edir. Hər gün qızını qucağına götürür, oğlunun da əlindən tutub qəbiristanlığa yollanır. Qızı orda qoyub geri qayıdır. Bir dəfə də olsun, nə ana dönüb arxaya baxır, nə də qızcığaz ağlayır.

Qışa qədər belə davam edir. Günlərin birində atası evdən kiçik tabutla çıxır. Bacısı o tabutun içindəydi. Əziz hələ də elə bilirdi ki, atası o tabutu aparıb bir qəbir daşının altına qoyacaq və bacısı qaça-qaça öz ayaqlarıyla evə qayıdacaq. Amma qızcığaz bir də evə qayıtmır. Və o gündən sonra kiçik Əziz hər şeyə inamını itirir.

İllər sonra “Mən göz yaşlarının içindən keçib gəldim, ağrı-acılarım məni satira yazarı elədi” - deyəcəkdi Əziz Nesin.

Əziz Nesin necə hafiz oldu

Məktəbə gedəndə cəmi-cümlətanı 4 yaşı vardı. O dövrdə yaş həddi yox idi, ayağı tutan məktəbə gedə bilərdi. Məktəb deyilən yer məscidə bitişik kiçik bir otaqdan ibarət idi. Müəllim də məscidin imamıydı. Dərslər namaz surələriyə başlayar, namaz surələriylə başa çatardı. Yəni, uşaqlara başqa heç nə öyrədilmirdi.

Əgər Əli Qalib adlı şəxs olmasaydı, bəlkə də Əziz Nesinin təhsili elə imamın “dərsləriylə” başa çatacaqdı. Atası onunla məsciddə tanış olmuşdu. Bu adam dərya idi! Ərəbcə, farsca, fransızca danışır, riyaziyyatı mükəmməl bilirdi. Şeir yazır, musiqi bəstələyirdi. Öz dövrünü xeyli qabaqladığından nə xocalarla, nə də ki şeyxlərlə yola gedirdi. Ona görə də işsiz-gücsüz idi. Kasım Paşanın çürüklük təkkəsində kiçik bir otaq vermişdilər, orda qalırdı. Corabları dəlmə-deşik, çarıqları yırtıq olardı. Hamama getməyə pulu olmadığından bitli-paslı gəzərdi.

Əziz Nesinə yazıb-oxumağı həmin bu şəxs öyrədir. Əlifbadan sonra keçirlər ərəb dilini mənimsəməyə, hesab-həndəsəyə, hüsnü-xəttə. Lap sonra isə müəllimi Əziz Nesinə Quranı öyrədir. Beləcə o, hafiz olur. Əyninə cübbə geyindirirlər, başına əmmamə qoyurlar. Yaşının hələ çox az olmasına baxmayaraq, hafizlik edir, məsciddə günorta namazından sonra Quran oxuyur. Ramazan günlərində isə təkkələrə gedir, dərvişlik edir. “Uşaqlığımın bir gününü də xatırlamıram” - sonralar deyəcəkdi Əziz Nesin.

O dönəmdə Cümhuriyyət qurulur. İşsizlikdən əziyyət çəkən Əli Qalibi kənd məktəblərinin birinə müəllim göndərirlər. Əziz Nesin isə dənizçilik liseyinə daxil olur. Bu, onun anasının arzusuydu. İqbal ana dünyasını dəyişəndə (onda Əzizin 12 yaşı vardı) “Oğlum məktəbdə oxuyur, böyük adam olacaq, dünyadan nigaran getmirəm”, - deyəcəkdi.

Əziz Nesin 1939-cu ildə hərbi peşə məktəbini zabit kimi bitirir, əvvəl Frakiyada, sonra Qarsda xidmət edir, 1944-cü ildə Ankaraya gəlir. Artıq kifayət qədər həyat təcrübəsi vardı, yaşadıqları yazmaq üçün yetərli idi.

“İnsan yalnız dediklərinə deyil, həm də susduqlarına görə məsuliyyət daşıyır”.

İlk hekayəsini 1943-cü ildə yazır: “Hekayəni qəzetin redaktoruna təqdim edəndə elə bildim, o, hönkürüb ağlayacaq, o isə xeyli gülüb: “Çox yaxşıdır, bizə belə hekayələr gətirin” - dedi”.

“Ən böyük komediya yazarları o kəslərdir ki, fərdiçilikdən çıxıb insanlığın xidmətində dururlar”, - deyirdi Əziz Nesin. O, komik xarakterlərlə cəmiyyətdəki ziddiyyətləri ifşa edirdi. Gülməli olaylar əslində dram və faciə idi. Yumorun diliylə deyilən həyat həqiqətləri geniş kütləyə daha tez çatırdı. Bir də ruhdan düşmüş xalqa ancaq bu yolla təsəlli vermək olardı. Bəlkə də böyük-böyük kədərli romanlar yazsaydı, bu komik hekayələri qədər təsirli ola bilməzdi.

Bəs qorxmurdumu? O, özü bu barədə belə deyirdi: “Qorxu ən bəşəri duyğudur. Böyük güclərə qarşı çıxdığımı görənlər elə bilirlər, heç nədən qorxum yoxdur. Amma yanılırlar. Kiməsə faydası olacaqsa, doğru bildiyimi, inandığımı söyləmək, açıqlamaq duyğusu qorxuya üstün gəlib həmişə. “Qorxmuram” deyənlər ya başqalarına yalan söyləyirlər, ya özlərinə yalan deyib öz başlarını aldadırlar, ya da fərqində olmadan insan olmadıqlarını deyirlər.”

“Mənim ilham pərilərim yox, ilham cadugərlərim var”

Əziz Nesin güldürürdü, çünki sarsılırdı, əzab çəkirdi. Əzab çəkərək güldürmək ən böyük qəhrəmanlıq idi bəlkə də.  Sual vermişdilər: “Necə eləyirsiz ki, bu qədər yaza bilirsiz? Sizin də ilham pəriləriniz var”? Cavab vermişdi: “Mənim ilham pərilərim yox, ilham cadugərlərim var. Onlar durmadan qulağıma pıçıldayırlar: haydı, durma, yaz, durma, yaz”.

Gənclik illəri sıxıntı içində keçmişdi. Heç nəyə ehtiyac hiss etmədiyi ahıl çağlarında da o illərin sıxıntısını çəkirdi. Ona ilham vermiş, yazı yazdırmış “canavarlar”ı - ehtiyaclarını xatırlayırdı. Əziz Nesin artıq ağlaya bilmədiyi vaxtlarda dəli bir qəhqəhə çəkirdi. Bütün həyatı üsyan idi - özünə, yalqızlığa, sevgiyə...

İnsan sahib olmadıqlarını itirməkdən qorxarmı? Əziz Nesinin hekayələrinin birində qəhrəman əslində mövcud olmayan sevgilisini itirməkdən qorxur. Malik olmadığı şeyləri itirmək, yəqin ki, malik olduqlarını itirməkdən daha ağrılı idi.

“Yalqız qadınlar” əsərində tənhalığın rəsmini çəkmişdi. Manyakın yolunu səbirsizlikə gözləyən iki qadının faciəsini yaratmışdı. Qadınların işi-gücü onlara yazılan eşq məktublarını oxumaqdır. Hərçənd ikisi də bilir ki, heç bir məktub yoxdur və olmayıb, yazılmamış sevgi məktubları oxumaq yalqızlığın ən böyük təsəllisi idi.

“İlham cadugərləri” - ehtiyaclar Əziz Nesini 1957-ci ildə Kamal Tahirlə birgə “Düşün” nəşriyyatını yaratmağa sövq edir. Amma bu, xalqın ehtiyacları idi. Əziz Nesin özünün deyil, xalqın, cəmiyyətin ehtiyaclarını düşünürdü, nəşr olunacaq kitabları vətəndaş təəssübkeşliyi və yazar fəhmi ilə seçirdi. Əziz Nesin Fondunun ərsəyə gətirdiyi illik ədəbi jurnal da bu maraqlara söykənirdi. 1976-cı ildən başlayaraq 10 il ərzində işıq üzü görmüş, min səhifəlik jurnal türk ədəbiyyatını işıqlandırır, yeni yazarları ədəbi aləmə tanıdırdı. Dərginin gəliri çox cüzi idi və nəşrin ehtiyaclarını ödəmirdi. Bununla belə, türk xalqının gələcəyi naminə, nəyin bahasına olur-olsun Əziz Nesin dərgini yaşatmağa çalışırdı.

“Sevgilər üçün yazdım, sevgilər üçün oxuyun”

Yaradıcılığa şeirlə gəlmişdi. Sonra ara vermişdi. Ömrünün ahıl çağlarında şeirə yenidən qayıtmışdı. “Yalqızlıq dəli rüzgardır”, - deyirdi şeirlərinin birində. Bəzən ümidlər də küləklərlə sovrulub ünvansız məkanlara gedirdi.

Yazılarda yaşadım,

Yazılarda ölürəm

Məni yazılara qoyun.

Sevgilər üçün yazdım,

Sevgilər üçün oxuyun.

Sevgilərdən yazırdı Əziz Nesin. Onun fikrincə, eşq müqəddəs idi, sevənlərə ilan qıymazdı, sevənləri ildırım vurmazdı. Ölümdən qorxanlar sevgiyə sığınmalıydı. “Ölüm sevənlərə qıymaz”, - deyirdi Əziz Nesin.

İlk infarktından sonra yazırdı: “Qəribədir, niyə indiyədək vəsiyyətimi yazmamışam? Halbuki çoxdan yazmalıydım. Sadəcə elə bilirdim, ölüm çox uzaqlardadır və belə asanlıqla gələ bilməz. O qədər yarımçıq qalmış işlərim var ki... Dünyaya borclu ölürəm”.

Amma yazmışdı vəsiyyətini ustad.

“5 iyul 1995-ci ildə isə İzmirin Foça qəsəbəsində dincələrkən dünya ilə vidalaşmışdı. 7 iyuldakı  dəfn mərasiminin ssenarisini çox əvvəldən yazmışdı: rəsmi heç bir ritual olmayacaq, namaz qılınmayacaq, yan-yana 5 məzar qazılacaq, cənazənin hansı məzara qoyulduğunu sadəcə bir adam biləcək. Məzarların üstü örtüləndən sonra vertolyotdan çəkiliş yapılmasına icazə veriləcək.

Vəsiyyətinə olduğu  kimi əməl edildi - əsərləri ilə birlikdə həyatının ən önəmli layihəsi saydığı Nesin Fondunun bağçasına gömüldü. Ölümündən əvvəlki müsahibələrinin birində deyirdi ki, cavanlıqdan bəri ən böyük arzum - özümün istədiyim ideal bir dövlət qurmaq idi. Ancaq bunu edə bilməyəcəyimi görəndən sonra bu torpağı alıb adıma fond qura bildim. Burada yaşayıb-oxuyacaq olan uşaqlar məndən sonrakı əsərlərim olacaqdır”. (Mayis Əlizadə, “Axundzadədən, Mirzə Cəlildən, Sabirdən, Əziz Nesindən” məqaləsindən)

Mayis bəy məqaləsində daha bir maraqlı məqama toxunur; 1998-ci ildə Türkiyənin bəzi siyasətçiləri hansısa mükafatlara layiq görülür, Əziz Nesinə də “ölümündən sonra” mükafatı verilir. Mükafatların təqdimetmə mərasiminə gələn oğlu Əli Nesin kürsüyə çıxaraq deyir: “Bu gecə atamı yuxuda gördüm. Ona mükafat verdiklərini dedim”. “Məndən başqa kimə mükafat veriblər?” - deyə soruşdu. “Tansu Çillərə, Yıldırım Aktunaya da veriblər”. “Sən mənə verilən mükafatı alma” - Əli Nesin bu sözləri deyəndən sonra atasına “ölümündən sonra” verilən mükafatı almadan salonu tərk edir.

“Heç olmasın məzar daşımız”

Düşündü ki, insan gəldiyi gündən ölümü gözləyir. Yaşamağın ən çətin anı bu olsun gərək. Amma yaşamaq bəlkə də ölümü gözləməklə gözəldir. Bəlkə də ölüm arınmaqdır, çünki hardasa təmiz bir anlamı var...

Ustad yazıçı kitablarından gələn bütün vəsaiti fondun yaratdığı internat məktəbə vəsiyyət edir. Dörd övladına isə: “Öz əlinizin zəhmətiylə çörəkpulu qazanmalısız”, - deyir.

“Heç olmasın məzar daşımız, bir məktəb bağçasına gömsünlər bizi, uşaqlar qaçışsın üstümüzdə” - bunu da böyük ustad Əziz Nesin demişdi. (aydınyol.az)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru