Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlarımız Brüsselə yollandı


Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Kamran Bayramov, Azər Kərimli, Elşad Həsənov və Elman Nəsirov qurumun 14-cü plenar sessiyasında iştirak etmək üçün mayın 1-dən 4-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar


Milli Məclisdən APA-ya verilən məlumata görə, sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan yeni çoxtərəfli müqaviləyə dair müzakirə aparılacaq, məqsədlər və imkanlar araşdırılacaq.

Qurumun həmsədrləri Cavanşir Feyziyevlə Səyyad Kərim ikitərəfli əlaqələrin dərinləşməsində Parlament Əməkdaşlıq Komitəsinin rolunun artırılmasına dair təkliflərini diqqətə çatdıracaqlar.

Plenar iclasda qurumun vitse-həmsədri Kamran Bayramov “Azərbaycanda siyasi dialoq və islahatlar”, Elman Nəsirov isə “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda məruzə edəcəklər. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər” barədə Azər Kərimli və Elşad Həsənov komitə üzvlərinə ətraflı məlumat verəcəklər.

Sessiyanın yekununda Birgə Bəyanat və Tövsiyələr qəbul ediləcək.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar