Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar hansı məntiqlə Azərbaycanın Avropa Şurasından çıxmasını tələb edirlər?


Azər Qasımlı: “Azərbaycan Avropa Şurasından çıxarsa, Avropa Birliyi ölkələrinin Qarabağ məsələsində Ermənistan tərəfə keçməsi ehtimalı yüksək olar”


İlqar Vəlizadə: “Azərbaycanın Avropa Şurasından çıxması ölkəmizin Avropa səhnəsindəki diplomatik təşəbbüsünün  ermənilərin əlinə keçməsinə səbəb ola bilər”.

Milli Məclisin son iclasında bəzi deputatlar Azərbaycanın Avropa Şurasından çıxması haqqında qərar qəbul etməsi çağırışını ediblər. Deputatlar öz fikirlərini  belə bir məntiqlə əsaslandırmağa çalışıblar ki, əgər Avropa Şurası ölkəmizi bu qurumdan çıxarmaq barədə qərar qəbul etsə, Azərbaycan tərəfi əks addım atmaqdan məhrum olacaq. Deputatlar hesab ediblər ki, Azərbaycan üçün xoşagəlməz olan bu vəziyyətdən qaçmağın yolu Azərbaycanın Avropa Şurasının qərarını gözləmədən  bu qurumdan çıxdığını elan etməsidir. Qeyd edək ki, bu çağırışa qoşulan deputatlar arasında hakim partiyanın nümayəndələri ilə yanaşı, digər partiyaların sədri olan deputatlar da var. 

Xatırladaq ki, Avropa Şurası  Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə  iki qətnamə qəbul olunub. Belə ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında  həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul AŞ PA tərəfindən olunub. Həmçinin AŞ PA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycana qarşı qərəzli fikirlər səsləndiriblər. Daha əvvəl isə AŞ-nin baş katibi Turbyern Yaqlandın sentyabrın 13-də AŞ-a daxil ölkə səfirlərinin iclasında ölkəmizin Avropa Şurasından çıxarılmasını təklif etmişdi. Avropa Şurasının baş katibi öz təklifini Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bəzi qərarlarının icra olunmaması ilə əlaqələndirmişdi.

Avropa Şurası  Parlament Assambleyasının son sessiyasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə öz növbəsində bildirmişdi ki, bu qurum Azərbaycanla bağlı qeyri-obyektivlik və ikili standartlar nümayiş etdirir. Səməd Seyidov qeyd etmişdi ki, təşkilatın baş katibi Turbyern Yaqland son vaxtlar yalnız və yalnız Azərbaycanın üstünə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir və məhz Azərbaycandakı demokratik təsissatlara diqqət yönəldir . Səməd Seyidov eyni zamanda çıxışında qeyd edib ki, bəzi deputatları anti-Azərbaycan ritorikasının arxasında erməni lobbi qüvvələrinin pulları dayanır.

Azərbaycan Avropa Şurasından çıxarsa, bunun Avropaya hər hansı siyasi-iqtisadi təsiri mümkündürmü və bu təsir Azərbaycana ola biləcək mənfi siyasi-iqtisadi təsirlərlə adekvat olacaqmı? Həmçinin Azərbaycanın Avropa Şurasından çıxması Qarabağ münaqişəsinə necə təsir edə bilər və bu bizim diplomatik cəbhədə məğlubiyyətimizə səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  politoloqlar İlqar Vəlizadə və Azər Qasımlının fikirlərini öyrənib.

Image result for ilqar vəlizadə

İlqar Vəlizadə: “Azərbaycanın Avropa Şurasından çıxması yaxşı hal olmaz”.


Azərbaycanın Avropa Şurasından çıxmasının hər iki tərəf üçün itkilərə səbəb ola biləcəyini bildirən politoloq İlqar Vəlizadəyə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir edə bilər:

Azərbaycanın Avropa Şurasından çıxması ilk növbədə, imic baxımından itkilərlə bağlı ola bilər. Belə ki, bu addım Avropa Şurasının Qafqazda nüfuzunun azalmasına səbəb olar. Qafqaz isə Avropa və bu regionda fəaliyyət göstərən digər beynəlxaq qurumlar üçün müəyyən dərəcədə strateji əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycanın Avropa Şurasından çıxarılması doğru addım olmaz. Və mən hesab etmirəm ki, Avropa Şurası belə bir qərar qəbul edə bilər.

Bu addım eyni zamanda Azərbaycan üçün də imic itkisinə şərait yarada bilər. Qeyd etmək lazımdır ki, Azərbaycanın çox vacib bir siyasi səhnədən getməsi nəticəsində yaranan boşluqdan bizi istəməyən qüvvələr və ölkələrin sui-istifadə edəcəyi də gözləniləndir. Ona görə də AŞPA ilə bağlı qəti qərar verməkdə tələsmək yanlış olar. 

Bütün hallarda çalışmaq lazımdır ki, mövcud böhran vəziyyəti tezliklə həllini tapsın. Vəziyyətin yaxşılaşmasına  şərait yaradan müəyyən obyektiv amillər də var. Bunlardan biri Avropa Şurası Parlament Assmbleyasının sədrinin dəyişdirilməsidir ki, bu,  bizim üçün müəyyən mənada pozitiv əsaslar verir.

Azərbaycanın Avropa Şurasından çıxması ölkəmizin Avropa səhnəsindəki diplomatik təşəbbüsünün  ermənilərin əlinə keçməsinə səbəb ola bilər. AŞPA-da Azərbaycanın maraqları dostumuz, qardaşımız Türkiyə tərəfindən təmsil oluna bilər, lakin Türkiyənin Azərbaycan olmadığı məlumdur. Yəni ki, Türkiyə yanlız bir çox məsələlərdə Azərbaycanın adından danışa bilər. 

Dağlıq Qarabağla bağlı məsələdə isə ermənilər  bütün təşəbbüsləri ilə daha çox fəallıq göstərə bilər. Çox güman ki, Türkiyə bu təşəbbüslərin qarşısını almağa cəhd göstərər, amma yenə də Türkiyənin imkanları məhdudlaşa bilər. Bu baxımdan Azərbaycanın Avropa Şurasından çıxması yaxşı hal olmaz”.

MDBQAAAAABAAIDESEEEjEFE0FRYXEGIoGhkbHBBxQyQlLR8GKC4RUjsjNTcpLx/8QAGgEAAwEBAQEAAAAAAAAAAAAAAAECAwQFBv/EACwRAAICAQMDAwMDBQAAAAAAAAABAhEDBCExEkFRBRMyImFxgbHhFCMkM0L/2gAMAwEAAhEDEQA/ANrHGnFgUfOU9pJXMbWPDQnINDVPylSAdlE9tEFsZRhGQEhhM4T94FFDTVGEaGmFiFycyRKyJP3KVUO7Cb1R3SdEURo7IAtEyGAjf0T3TtAqTQDUmyqvEm34MGyshq813cY/G7qeQ6rz2fb8k53k0gjb+RpDwynIUr8VajYj0LFeJGNsxubqfK09uJ9FTYvxLN+VjOxqD8/2WNftdjTUjN/Ux1Se4e35EqJiNqtdpUdaVII9bjqrUUK2biHxkRq1pprQuHuQrLB+NoXEBwLa8QQ4fv7LyxuJc7SpHG9234H6FS8Hh3OtQntrohxiwTZ7RFtBjmh7XgtOhqjxzh2hC8qhw2JYzNG4+Ug3qWvGmnNXcG0SyjqlptWlQOvQ9ln0FWbp0hStBKrNi7YbMKGmca00I5jl6q4ieFm0OxtCEpqpNk0kISBshPaUzdlTHEJAQmBDERRWwqQXIbnpoTGAIlQhGqYapgOkkTcyY9hSxtKzdlbD2uR2MQmwlHa6icUJjhACudCAk3qZLMmIcIwlyBNicnORQWZmoqpMZChC6I0FUARxupbWhRGRqU1RKLY1KgrWhdJogOkouMteKlY2NyBl107eptU8tWpFhIZFI3ijxRozWKHGyuofnVZ4m8QtwcBkN3E5Y2/qdT5K0Ea81+12WhgFr7ygrpdt1UY0JuzOTYl+IkL3gSSPOZ1RmDBwA5AcqLsRsWUixp0aP/it/B+EDmueRfNQHmFscPs1punLJTpGscdrc81g8LYg6A01vRWcHg6YiuX307L0vDbPCmMw9FPusr2kYLZ3gyQkZ7Dv+y2ey/DUUY0roreOJGY1PrYe3FEDEbJjyFoFjX3WM8RYN0DcwbmjrR1K5m9a8V6G4Kq25AHRPBFQQQedEdbsOhUed7MxxixDJAfI4gOP5crjQV5EVXqgiovEnzbp7o3OtctNvgeBHdeweGcbvsNG8kE5crqX8zbH5JzRlZMdIhhxUsxrhGFIiOAUQBFDQngBFBYJkaUwIpKQOTVITBGNI2NHKZmCYhjoqp0cIR7UQTKFL3GFLVFfFdH3qZvFDkkVQwwWQNxdSjIhl6dgPjYnliA2ROMpTsVGUhjKnRNTGhLVWSEcEjXIT5EETIbBEiRlVzIkkb0TeJWFCiNEYwIZKfG5MCVHGmyGi5ktEOW6BDzKvIPtanP3yMHQQsLehc9+b/iF6+yJeXfbPghXDzj+uF3p5m/N3xTjyBJ8B4gOYG/y63+HitovMvswjJzO4D5lehz7eijsbmtCBc1WLX1M6oP6S2jFFIEgWYdt2Z4/2cK8jgTUBScFjZhedoYLfmB1VdNFJ2aNsidvAohJLatKzG2GsbebFObXg2unpenVFoGvBrziWCxcK8qhNxUQe0jmCsdgf9PI/wCu5xsczn21IB+II9Fo9nQZCCx+aNwtevYhN0Sjx3xXhjHM8Ec/h0W7+y3FO+7OjJrleC3nkcNDzoWlR/tN2UXOY5oqXNc236qih9wrLwZ4dfhYy57hmeGksFKNA687qr2VmTjyaoyrt8htunbspMgK2RKXJjGlELUrA4FKHUTEjlK5KfAR0qHWqE8FNDiFVionsdZRpG3QfvCLGSUrCh4aurRDeSmltUqQx29SucnQwBH3YSGRAURpCPuQk3KpImzPsanlqjZikc881rRAZ0aEIxVDGYozMGSpbQ0grmimqjgiuqlfcymOwVEupDpighK0pGw0RQxMk5zlzZCkcKJA8IHQbeErN+ONkNnwr2vNHDzQngJQDSvIG49Vq4GBQPE0BfhpGt1y5h1ymv0UzbSbRpijFzSlwedfZXG4b9hBBG7qDqD5qq/xkv3bM9rBJK51GAmmvE9AgeFGNGImp+iDNpcjMD7UWskwsb7lorzoKj1Wblbs6FDpuPgyMf8AqMjw4y5WEVcBlaAenlNR8FS7TkxMuLZAJS4ZwQBWjQCK1Nb2qt3i8A8A5C08q1sqzw7gQMS8k5pAAZHaBgOg9im23sNR7m2dhxu8o1At3osntHY7JJKyVBpShJDD2pZbCIeqBiIx+ZtRz4ptdwiyqwezMNG0NbHHWwtQ1/lSrfB4TKOnAaUTMPAzVoHdTQUc7smW2yK7buHDmxuI/BLE70zAH5+yNN+LpQn4kKW4W5qEWGnmIrWttBU1ok9yVsmFjojtoojURpQ9zGg5oudIExNkamk6Cx4KQpsRRy1OhNkZ6ZVSHAIZjRQWRgy6kiwQ1JjbVIZHqU4VUoRhcaJ0KwTSU5NSPaeaT2KQ7MlzpgjQ3uRGXkTRQiia9wUjD4Qpz8HRbWZgsM/op8cnRR42BSWsCyki0x+9QXzFELU3IFFFDEmVFXOKtMloA6KqGIqKU0prilJjSHxvoE0uqkKE0XTsRSN2aInve03JoW8RYCoPI0bbp1U/DYi9EXaWIaMrC05nUAsfioVLg/1D4LOqOpu92XsDKipVCx7IXykV8785NKknKBTtb3VzO8hgDdTbta6zjpomuLJZmBwIJbmbmHcVsmVZqNl4xrm119iER05JpoPdU+ExcQZZ4HUUc70AU3/UG08rHO5WNXfGi0rYVSu6JUPlNvwk+gcpyrIpJHtIdHu6iwzBzgeFaWB9SrNgUrwTJ+TlHxL7Dn9EdxsexVe43QZOXYc0lFaSuY5PYEqogexOkaisaue1OwoBFGj1SRpd2qTE0I5qY5HyBI5oQ2FEQEIm9olyhdQKbHQ0SJr5ClqlFEWFEcSGqLvkRzRRRXg10SsYYzWUcuPNKSeSTKlQA4ZbJs0lUsAFFzwFujIA2MohdRLnTXsSYxd6hnEJHYcobYFDGF3qXeJW4dK+NNAMzpM6cAo0puhoESc6NEVGjXZikkDZNcRos64kOc06j+Aq4a7iqnHuzyeQVcGve6n/AG20qT2qFrHBKUXJLZAsqi0mWsUvkvrqPkqaLZLN4ZMoqbkizu9QjxzZmWS4bE1sRfiudp2dUZEjNCCBRzjxAqaeunurjCSNpZpb3F1GwLRStlMiV7jlJBmtTyVHdNRNLydPilVGbdj3TDMGk61p1pSvzTJIwq/bvkMLuZlHp5fqhOxUurS09HaOHfgV3Q0byY1KL5OKeoUZtMuGsCewKqw2162c0tPsp8eJaVnPR5Y9hrPB9yXVc5yG2Uc0oeFg8M/DNFkj5EBKK1yYCmOfRZ8F8j3VTqHikZJVK56Bg3MStjTC5dmKADtiCZK1cKpC1DAa0pSAua1c4LOmUCeQkDwimKqFugqTFRCbGQhva5WWGAKdM1q6DKitiapACHIkzqWhoPRCLUrZOaQvqtsOnlk37GeTMoD0kjEPOmyPXbHRwXO5yvUS7Dhh/wCpNdh28/gKoZxICizY88LLRaOHgXvz8k9zmtCHFia3Ap6C/ZVzQTd2nLn+yOJVtHTwhwiHklLljsXKboHhKSuMlB4QGnrI2vyQ8XOALnqo/gqUffHmv4onDrZ4KMyrG0PH8i02rsjdkyR/hr5h+j/Cgx61C2rhw1BsRwIWc2ls0xHO28fxLOh6dV4+WHTuj0Mc72YuGJ5qUyI8yoeEkCtI3hY3Z0UJHCpUMVTT49lHMw0F3GzWjVx/l1bYWDKL3cfxHh2HRVGNsznLpRlPG0g3kLB+VsjiOhIA/wCJUPDS5mqu25tES42WhsKRM/ssfevxUvCNLW8vcL38EenEkeTkdzIuIJB1KlbH2nnBrQAEtYSRV4AFXU5VrTsoW2XgtoHDqRWpHED04rPOkO8DmCgFrEXp01WrVoR6KyfqjNnWWwONJ1r8iju2kBaqyeOwNOzEozZwVkhtFSIto9VjPTRkt0VHJKPDNMJRVKSs4zaNRmrqSB2aafOq0cD6tB5gH2XnarTLEk13OzBlc7TEBSly5zwE3e9FxWdI4yFD3hTwapwYgBmcrhMnuoh5AgYQyFC3pSucAg50ADiJTpHFDa5FyrQzI5elY9OfElhiTERtqTZWt6u+V1X4XHBzReq7xq7LHG7+p4Pq2v0WJ2ZtMga8XD4Er2dFXtL9Tiz7zN2MXQ6pZMTZZyPHA3qinGc/hzXVsYFlLiVEdi66XVfLNXX0T2YiNorUntYfFMA2Dx5Y7dPNjUxO5ji08yPl2Vm7GtAr/gfus3NtME2HZRn4wlIdFntbaGYGunJaLwXAwRRPA8xBLj0dz9l59tGbyHt9F6N4Mjf92jyj8rfkubUPZI2xI1Lim7z9j1VbtPawhs9ji6nCmU+qzu2NsTSxObFJuHH8L2gPcOhqPcXXDJnRGFtdi52rhoohn3scQ/TI8MZ/aTp2VT/rIBAa5jq6O3kQiFtS6ui8i2jvd47fFzn8XOJeT1DjqFGjddcEpq+D6LF6XcU3ku/t/J9G7BEV3iVkshs4tc1waP0tANh7nirHaWK3cT3/AKWPd8ASvnXD4cOLb5XFzGh7bPaCQCQeauNo7exMce5jxEroy1zXb12+c9tKHzOuPSi6MU01xVHneoaH+nkl13f2A4bGl4z1uST8VPbtR9KFx4cVltjTeX1KmmU1XtwlcUeHJbl27FE8UKCxKqJXZhQ9xcg1TsPI6tC/y8Mw84rctDhwrzBIqaJuT7KxwgndujQMx5BdewoB3469KKKdoX1VPiMWQNdb611UBmJJKHOiVE2EeNsiDH0B/l+Cy8OKojNxXmaOub/1qfmAn1B0muZiLhoNm0b3pxW52RJmiaTrce68rwUri4EnVek7DeN2G8dVx66Llj27G2nfTL8lrkqnhgSNNE0vXiHeECc5yBvERqAGAIzQEN4QwEBQV8dUm7C5rguL0DIdk/OoktUNjirMyYXIjKoMIUzeNaKk0VJN7ITaRj/tCxNImtJvXNTnqP3XmuBnNx/U751+q2njrFMxDd6wOAZmjvbODfMByqvOMNPRzu4Pt/hexhTxwUWqZxyak20aiHFKYzGDWqzUUxAvxRG4utlupmfSXr8VU68RTjx5IGJxP80VU+fTuPnzTJZe3ShT6gokyYy9kbDTE81Ug1Kudnx6JRdjY7aY8lOJoPivUtgzFkLWjgAF5dOc00TP62n4X+i9Z2JB5G9gufO90jTHwLj2mRtCKrO4iAt1C3Ra0BVePxEdCLFcskbRZ5vtnZgnBFKFoq13Lp2WJmgLH0IoRqvXnwjzkC1Gge5/ZYPxZhPLnGoNCei5M2PbqPb9L1TUvafD4/JXYRtSwN4uaB3U3bWGpUcBQegVfsiUh8bnOFGvY4+XgHCt6q58WyhjXHoQE9P8WV61fuwfajL7HPlViSq7ZY8oU8le1j+KPmZci1Tq0aSO1qcbIQckldp3rp9VYgGLcokJun4h11HjN1k3uWixKSCXz9mn3I/yur5VDgf5nf2j+fFNuhGo2aRTM42W38KYsvf0yuovOcDCXEZjRq12wdosZKBWgDXfG37Kpx68co+SU6kn4PQg5HZGoeBxUcrc8ZBGnY8ipX3gAar52UXF0z0k7VimNKTRRziuS4OcUgFeSlFUSOIo2ROhkUNKcivao7mlOgIzHVRA0BAgohYqQjRUyESC5CxJqcp0Lfrf6KPh3niqbbu1rEt1Y4+o4hduixtz6uyOfPJdPT3KvxTO0CRp0p5eXQfBeWxv/wBz+cCVttrbbZI014/NYWQ/7g/uXbmlujGC2J0+I+VE7ASElQZHKz2PHWpURbbKfATFSW90OV3G/rb2TcZxHdMhjzU7A6k8OK0sRMwbKrQYew0VZg4qKyzW1+i2iqM2BwIzYpnSp+n1Xr+EkysHZeReGW5sVXlT5/4XqtbAdFx5X9TN4rZC4rFkhVb3qxbhiVNj2Y1ozP7lYtWaJ0URzbrNTUk/E0HyWE8VT18o4Bxd3NgP5zXpuMjDxRoo3XkABxXkW2pAQ4jQuNP/ABrb2XLqW0q8ntejYVPI5v8A5/dlThH0QdvYtxysJqA23UCy6IqPtc1ydyPb/CwwNqaXk9T1PGp6Zt8x3RP2ePKpZUbBiyM9y+hjwfEPkWiFK4X7dUQSKJiH27oYJEeVyCwpzihjVYsonh3lKrsJJc9z+30UpzvKT0KrcG7y19UpPdDSL2OY0/EpmznGR4bW1b8LcfRUcDC65ORnFx0Pbn6K6wxFo4q3pmdoSOQHALaG5Mtj1HwrM17SyOzQQ1tPzUFz81o2bNKw/hfHGGVjW3DbyHgSbUHYL1GN4cARoRULz9fiqal5NtPPaiHDgQFIEACI5yYZFw0dFjS1MLETOEx0wQMA7VPDE0vC7fhNCdmbdNlT48YHWXLlPcfY5zwWuLb0r6kBecYqckkHW+YJVy+gjFRgkjzbbk7M3j4SCSNOKqMVHR7ep+YXLlzzRqhH6lXuyRSMlcuRj5CRExeqLs5pLAdAKg6AWPuuXLWPyJfBawORp3UakXLXsQTPAsdZXO6j+e69Pw8ZK5cuGXyZ0LgucJCAKlV215y45RouXKGNAPEmJEGCfT8RjEY51fRp+ZXie05a2XLlwar5pH1fokUtNJ92yvYVGxl3sHUn2XLlOD/ZE19Qf+LP8Fph9ER7Vy5fQLg+IYKQUBP0qoeJd8ly5SxkMy3XSSUuuXLIol4iMhgB1MYc4cnOBNPSypoJ6ANoCevBcuSybNDiWUDD+J3md1/Az91c4DFNjFWmrjq82A55Ui5XB0S1Ze4TxZHC0CKPPJx/SCtZ4P8AFmLkma2ZrRE61hTLXQ1XLlT/ALsX1E/B7HoE7+SjPkouXLwpbM74gHTVRGtK5cpKBSuooEmKodVy5AH/2Q==" alt="Image result for azər qasımlı">

Azər Qasımlı: “Əgər hansısa səbəbdən dolayı Azərbaycan Avropa Şurasında olmasa, itirən tərəf yanlız Azərbaycan olar”.


Azərbaycanın Avropa Şurasından çıxmasının Azərbaycana ciddi şəkildə mənfi təsir edəcəyini vurğulayan politoloq Azər Qasımlının fikrincə, bu məsələdə itirməyən tərəf Avropa dünyası olar:

“Öncəliklə qeyd edim ki, Azərbaycanda xalq tərəfindən seçilmiş  parlament yoxdur və bu cür parlamentin olmaması AŞ PA-nın iclasında olan şəxslərin Azərbaycan cəmiyyətini və xalqını təmsil etmədiyinin bariz nümunəsidir. Azərbaycan xalqı və seçicilərini təmsil etmədiklərinə görə də orada öz fikirlərini yox, hakim elitanın fikirlərini səsləndirirlər. Yəni ki, çıxışlarını sifarişli şəkildə edirlər. Ümumiyyətlə, onlar orada öz fikirlərini səsləndirə bilməzlər.
  
Digər tərəfdən isə hakimiyyətin münasibətinə gəlincə, hakimiyyət öz fikrini açıq şəkildə söyləyə bilər. Təbii ki, bu zaman biz dəöz münasibətimizi bildirə bilərik. Əgər hansısa səbəbdən dolayı Azərbaycan Avropa Şurasında olmasa, itirən tərəf yanlız Azərbaycan olar. Bu addımın nə Avropa Birliyi, nə də Avropa Şurasına heç bir ciddi təsiri olmaz. 

Eyni zamanda bu addım Qarabağ münaqişəsinin həllinə də təsirsiz ötüşməz. Çünki Azərbaycan Avropa Şurasında olmayacaq, amma Ermənistanın bu Şurada olması istədiyi qətnamələri həyata keçirməsinə imkan yarada bilər. Bununla yanaşı, Azərbaycanın Avropa Birliyi ilə strateji əməkdaşlığı zəifləyə bilər. Bu baxımdan Avropa Birliyi ölkələrinin də Qarabağ məsələsində Ermənistan tərəfə keçməsi ehtimalı yüksək olar”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar