Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar edamını gözləyən azərbaycanlını nəzarətə götürdü



“Milliyyətcə azərbaycanlı olan bir şəxsin göz görə-görə edam edilməsi üçün İrana deportasiyasına heç bir halda imkan verilməməlidir. Bununla bağlı Azərbaycan hökuməti mütləq bir addım atacaq”


Bu sözləri Axar.az-a millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandan siyasi sığınacaq almağa gəlmiş, lakin ölkəyə qeyri-leqal yolla keçdiyi üçün 1 il azadlıqdan məhrum edilən və məhkəmənin hökmünə əsasən İrana deportasiya edilməsi gözlənilən və bu ölkədə “dövlət sirrini yaymaq” və "vətənə xəyanət" maddəsi ilə edam hökmünə məhkum edilən İran vətəndaşı, milliyətcə azərbaycanlı Mahmud Əzizulla oğlu Naci adlı şəxslə bağlı danışarkən bildirib. 

S.Rüstəmxanlı qeyd edib ki, Mahmud Əzizulla oğlu Nacinin cəzasını çəkdikdən sonra İrana göndərilməsi heç bir halda düzgün deyil: 

“Təəssüflə qeyd etməliyəm ki, İranla dinc qonşuluq siyasətində bir çox hallarda soydaşlarımızın maraqları qurban verilir. Burada onların vətəndaşlıq almaq, yaşamaq imkanları çox məhduddur. Ölkəmizə İrandan gələn miqrantlar da təcili xarici ölkələrə ötürülür. Xaricə ötürülən miqrantlara isə BMT-nin qaçqınlar komissiyası təəssüf ki, doğma münasibət bəsləmir. Bizimkilərin miqrant kimi xaricdə yerləşdirilməsi problemli hala çevrilib. Bu səbəbdən həmin şəxsin başqa ölkəyə göndərilməsi də onun üçün müəyyən narahatlıq yaradacaq. Ancaq istənilən halda bu, onu İrana ölümə göndərməkdən daha yaxşıdır”. 

S.Rüstəmxanlı bildirib ki, Azərbaycan hökuməti edam edilmə ehtimalı olan bir azərbaycanlını bilərəkdən təhlükəyə atmaz: 

“İstənilən halda həbsdən sonra onu İrana deportasiya etmək olmaz. Üstəlik, əgər bu şəxsin orada edam edilmə ehtimalı varsa. Ümid edirəm ki, Azərbaycan hökuməti də həmin şəxsi buradan İrana deyil, üçüncü bir ölkəyə deportasiya edəcək. Mən şəxsən özüm həmin şəxsin taleyi ilə maraqlanacağam. Ya burada qalması, ya da üçüncü bir ölkəyə göndərilməsi üçün çalışacağam”. 

Deputat Fazil Mustafa da vurğuladı ki, edam təhlükəsi olduğu halda Azərbaycan tərəfi həmin şəxsin üçüncü ölkəyə göndərilməsi üçün əlindən gələni etməlidir: 

“Burada insanlığa zidd addım ola bilər. Əvvəla, həmin şəxsin kimliyi araşdırmalıdır. Həmin şəxsin milliyyətlə azərbaycanlı olması da nəzərə alınmalıdır. Məhz bu səbəbdən hökumət tərəfindən onun burada qalması və ya üçüncü ölkəyə göndərilməsi üçün mütləq addım atılmalıdır. Bir insanı bilərəkdən ölümə göndərmək qəbuledilməzdir. Mənim həmin şəxslə bağlı hələlik heç bir məlumatım yoxdur. Ancaq bu gündən etibarən mütləq maraqlanacağam. Mənim üçün də maraqlıdır, görüm bu nə məsələdir. Bununla maraqlandıqdan sonra bu barədə geniş açıqlama verəcəyəm”. 

Qeyd edək ki, noyabrın 25-də hazırda həbsdə olan Yadigar Sadıqovun "Məhbəs yoldaşımın hekayəti" yazısında Azərbaycandan siyasi sığınacaq almağa gəlmiş İran vətəndaşı, milliyətcə azərbaycanlı Mahmud Əzizulla oğlu Naci adlı şəxsin başına gələn hadisələrdən bəhs olunur. Mahmud Azərbaycana siyasi sığınacaq almaq məqsədi ilə gəlib, lakin ölkəyə qeyri-leqal keçdiyi üçün həbs olunub. Azərbaycan məhkəməsinin hökmü ilə siyasi sığınacaq almağa gələn soydaşımız 1 il azadlıqdan məhrum edilib, həmçinin elə məhkəmə hökmünə əsasən də 5 aydan sonra İrana deportasiya ediləcək. İranda isə onu “dövlət sirrini yaymaq” və "vətənə xəyanət" maddəsi ilə edam hökmü gözləyir. Ölüm hökmü ilə üz-üzə qalan Naci Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət edib. Onun müraciətində deyilir: 

“Mən Azərbaycan Respublikasındakı prosesləri bacardıqca izləməyə çalışmışam. İlham Əliyevin ilk dəfə prezident seçilərkən dünyadakı bütün azərbaycanlıların prezidenti olması haqqında dediklərini xatırlayıram. Avropaya, Amerikaya getmək istəmirəm. Öz vətənimdən, öz prezidentimdən sığınacaq istəyirəm. İnanıram ki, o mənim səsimi eşidəcək və edama göndərməyəcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar