Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın qoz ağacı biznesi - Qax meşələri talan edilir


"Biznesmen-deputat Qaxdakı nadir ağacları kəsib İtaliyaya daşıyır"


Qax rayonundan deputat olan Azər Kərimlidən yeni şikayətlər gəlməkdədir.

PİA.AZ xəbər verir ki, tia.az-ın deputat barəsində yaydığı məlumatdan sonra elektron poçta narazılıq dolu məktublar ünvanlanır. Bu şikayətlərdə ana xətt kimi deputatın öz biznesinə başının qarışaraq camaatın problemləri ilə maraqlanmadığı qeyd olunur. Artıq 3-cü çağırışdır ki, Azər Kərimli Qax rayonunun deputatıdır. 

Bu il keçiriləcək növbəti parlament seçkilərində onun namizədliyinin irəli sürüləcəyi qeyri-müəyyəndir. Çünki biznesmen-deputat kimi tanınan A.Kərimli bu illər ərzində passivliyi ilə yadda qalıb. Məktublarda deyilir ki, deputatın İtaliya Respublikanın “Xidmətlərə görə” Cəngavər ordeni ilə təltif olunması təsadüfi sayıla bilməz. A.Kərimli məhz qoz ağacı biznesini bu ölkəyə daşıyıb və mebel sənayesində istifadə olunur. Qax rayonunda qoz ağaclarının kütləvi qırılması ilə bağlı hamı deputat A.Kərimlinin adını hallandırır. 

Deyirlər ki, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmen olaraq Qax rayonu əhalisinin “sağlamlığının keşiyində dayanır”. Onun Milli Məclisdə hər hansı mövzuda çıxış etməsi, fəallıq göstərməsi, Qarabağ münaqişəsindən danışması, təkliflər irəli sürməsi xatırlanmır. 

Parlamentdə biznesmen deputatların əksəriyyəti susqunluğu ilə ad çıxarıb. O cümlədən A.Kərimlinin də qeyri-fəallığı onun növbəti dəfə mandat alacağını sual altında saxlayıb. Məlumat üçün deyək ki, Kərimli Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Milli Məclisin Azərbaycan-İtaliya dostluq qrupunun rəhbəridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar