Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın qardaşı oğlu özünə yüngül cəza istəyir


Bakı Ağır Cinayətlər Məhkəməsində “1001 gecə” restoranında qətl hadisəsi törətməkdə təqsirli bilinən deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib


Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə R.Mirələmov son söz deyib. 

O, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.

Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror Rəşad Mirələmovun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Zərərçəkmişin qanuni nümayəndəsi Altay Muradov prokurorun çıxışı ilə razılaşsa da  istintaqın bəzi qanun pozuntularına yol verdiyini, müəyyən şəxslərin məsuliyyətdən kənarda qaldığını məhkəmənin nəzərinə çatdırmışdı.

Qeyd edək ki, Rəşad Mirələmov 17 iyul, 2012-ci ildə Səbayel rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən istirahət mərkəzində odlu silahdan açdığı atəşlə Ramal Bayramovu qətlə yetirib, Səməd Mənsimovu isə yaralayıb.

İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 7 iyul, 2004-cü il tarixli hökmü ilə qəsdən adam öldürməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr, 2011-ci ildə o, Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn R.Mirəlımov orada masa arxasında əyləşmiş Z.Bağırovu çayxananın arxasına çağırıb. Əlindəki bıçağın dəstək hissəsi ilə onun göz və kürək, təpiklə isə bədəninin digər nahiyələrinə zərbələr vuraraq Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib.

2012-ci ilin iyun və iyul aylarında isə R.Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər. Ondan Taleh Həsənova, Valeh Əliyevə və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar.

Bununla bağlı F.Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul, 2012-ci ildə gecə saat 3 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “1001 gecə” istirahət mərkəzinə gedərək Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər.

Ramal Bayramov Rəşad Mirələmova taxtayla zərbələr endirib, yumruq, təpiklə vurub. Buna baxmayaraq Rəşad Mirələmov Firdovsi Bağırovdan tələbini davam etdirib. Rəşad Mirələmov qarşılıqlı mübahisə və dalaşma zəminində iki və daha artıq şəxsi qəsdən öldürmək niyyəti ilə qanunsuz əldə edib saxladığı və gəzdirdiyi “Makarov” markalı tapançadan həmin şəxslərə atəşlər açıb.

Həmin vaxt Ramal Bayramov ölüb, Səməd Mənsimov yaralanıb. Hadisə yerində olan Elman Əhmədov, Elmar Süleymanov, Mübariz Məmmədov, Elnur Qasımov qaçıb uzaqlaşıblar.

İstintaq dövründə Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi ayrıca icraata götürülüb və onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm elan edilib.

Məhkəmə prosesi sentyabrın 23-də davam edəcək. Prosesdə R.Mirələmova hökm oxunacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar