Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın kürəkəni at oynadır - Dövlət Əmək Müfəttişliyi Xidmətində


250 min manatlıq maşında gəzən deputat kürəkəni Sumqayıt şəhərində və Nərimanov rayonunda ticarət obyektlərinə «racon» kəsir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Nərimanov rayon şöbəsinin rəisi Aqşin Əhədov Sumqayıt şəhərində və Nərimanov rayonlarında iri ticarət obyektlərinə və restoranlara aylıq haqq qoyub. 

Bu barədə  AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinəgörə təqribən bir ay əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin Nərimanov rayon şöbəsinə rəis təyinatı alan daha əvvəllər çalışdığı Sumqayıt şəhərinin ən tanınmış və qalmaqallı gənclərindən biridir. 

Deputat Nazim Fərəcovun kürəkəni olan Aqşin Əliyevin çox dəbdəbəli və şıx həyat tərzi keçirdliyi bildirilir. Belə ki, deputatın kürərəninin sürdüyü «Mercedes Gelenvagen» markalı maşının qiyməti 250 min manatdır və Aqşin Əhədovun bir müddət əvvəl Qəbələdə həmin avtomobtllə qalmaqallı qəza törətdiyi qeyd olunur. Bundan başqa bildirilir ki, Aqşin Əhədov bir qayda  olaraq hər axşam Novxanının ən məşhur restoranlarından biri olan «Kalyon» restoranında dostları ilə kef məclisi qurur.

Bəs adi bir məmur olan Aqşin Əhədovun bu qədər pulu hardandır? Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə Aqşin Əhədov öz vəzifə səlahiyyətlərindən istifadə edərək demək olar ki, Sumqayıtın bütün iri ticarət obyektlərindən, restoranlarından ayda 500-1000 manat arasında vəsait toplayır. Qeyd edək ki, Aqşin Əhədov Dövlət Əmək Müfəttişliyi Xidmətinin Nərimanov rayon şöbəsinə transfer olunmamışdan əvvəl Sumqayıtda Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəhbərlik edib. Sumqayıtda çalışarkən Nazim Fərəcova arxayın olan (qeyd edək ki, Nazim Fərəcov bir neçə gün əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun qardaşıdır), Aqşin Əhədov şəhərdəki bütün ticarət obyektlərinə və restoralara aylıq haqq qoyub. Bunun müqabilində isə ticarət obyektlərində və restoranlarda çalışanların müqaviləsiz işləmələrinə göz yumur. Hazır da isə bütün iaşə Sumqayıtda qeydiyyatsız müqaviləsiz işçi çalışdırmaq kütləvi şəkildədir.

Nərimanova getdikdən sonra da Aqşin Əhədov Sumqayıtdan aylıq toplamaqda davam edir. Mənbə bildirir ki, Sumqayıta yeni təyinat alan Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Araz Bayramzadəyə bildirib ki, Sumqayıt onun nəzarəti altında olan ərazidir və bu ərazidə bütün «haqq»ları o toplaycaq və təbii ki, Araz Bayramzadənin də payını özü verəcək.

Mənbə onu da qeyd edir ki, Aqşin Əhədov eyni qayda ilə Nərimanov rayonunda da çalışmağa başlayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar