Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan “Reuters”in Azərbaycan əleyhinə məqaləsinə sərt cavab


Bəxtiyar Sadıqov: “”Reuters” yuxusunda gördüyünü həqiqət kimi qəbul edir”


“Reuters” xəbər agentliyi Azərbaycandakı həbslərlə bağlı yazı dərc edib.

 Yazıda qeyd olunur ki, neftin ucuzlaşmasından dolayı ötən il Azərbaycanda ərzağın bahalanması əleyhinə etiraz aksiyaları keçirilib, amma təzyiqləri və sovet dönəmini yada salan mülki geyimli polislər etiraz hərəkatını boğub.

“Reuters” bildirir ki, agentliyin müxbiri Azərbaycanda ötənilki etiraz aksiyalarına qatılmış vətəndaşlarla söhbət etdikdən sonra yazı hazırlayıb. 
Yazıda ötən ilin yanvarındakı etirazları polisin su şırnağı, dəyənək və gözyaşardıcı qazla dağıtdığı vurğulanır. “Reuters” yazır ki, etirazların belə sərt dağıdılması Azərbaycanla əməkdaşlıq edən Avropa Birliyi və AB firmalarına potensial problem yaradır.

“Əməkdaşlıqda məqsəd 2020-ci ilədək Azərbaycan qazını Avropa bazarlarına daşıyacaq kəmərlərin çəkilməsidir” - deyə yazıda qeyd olunur.
“AB bu layihəni Avropanın Rusiyadan enerji asılılığını azaltmaqdan ötrü istəyir. Ancaq dinc etirazçıları təqib edən, ona qarşı çıxanları həbsə atdıran hökuməti dəstəkləyən kimi də görünmək istəmir”, - məqalədə deyilir.

“Reuters” müxbiri Quba, SiyəzənŞabranda etirazçılarla söhbətlərdən belə qənaətə gəlib ki, hökumətin onlarla rəftarı siyasətçiləri narahat etməlidir. Həmin şəxslər kütləvi saxlanmalardan və həbslərdən, dövlət idarələrindəki cəzalardan, polisin daha uzunmüddətli cəzalarla hədələməsindən söz açıblar.

Siyəzəndə Arun adlı tələbə orada 50-dək adamın saxlandığını söyləyib. Onun sözlərinə görə, çoxlarına bir aylıq cəza kəsilib, bəziləri içəridə 6 ay saxlanıb, bəziləri döyülüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov agentliyə bu cür iddiaların yersiz olduğunu bildirib: “Saxlananlardan heç bir şikayət almamışıq. Onlarla pis rəftar olunubsa, niyə şikayət etməyiblər? Məhkəməyə də şikayət edə bilərdilər. Bu məlumat doğru deyil”.

“Reuters” yazır ki, həmin etirazlardan sonra Azərbaycan iqtidarı hakimiyyətini möhkəmləndirməyə başlayıb, konstitusiyaya dəyişikliklər edərək, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırıb.

Diplomatik mənbələr baş nazir Artur Rasi-zadənin yerinə ölkə rəhbərliyinə yaxın adamın təyin ediləcəyini deyirlər.

“Reuters” bir daha ötənilki etirazlara qayıdaraq yazır ki, 38 min əhalisi olan Quba şəhərində 30 nəfər bir aylığa saxlanılıb. İndi Qubanın küçələrində əlavə polis qüvvələri gözə dəymir. Ancaq sakinlərin deməsinə görə, əhali arasında ən kiçik mübahisələr belə dərhal polis tərəfindən yatızdırılır və tərəflər cəzalanır.

Agentlik ölkədə bir sovet təcrübəsinin də tətbiq olunduğunu yazır - könüllülər ictimai polisə çevriliblər. Onlar əslində polisə xırda pozuntuların həllində kömək göstərməlidirlər. Di gəl, bəzi sakinlər deyiblər ki, bu şəxslərin işi-gücü polisi hər hansı narazılıq işartısından xəbərdar etməkdir.

Agentlik qanunla həmin şəxslərin uniforma geyinməli olmasına diqqət çəkir. Amma nümayişçilər bu könüllülərin mülki geyimdə gəzdiyini, onları müəyyənləşdirməyin çətin olduğunu vurğulayırlar.

Agentliyin məqaləsi ölkə iqtidarı tərəfindən etiraz doğurub. YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında “Reuters”i qərəzli olmaqda suçladı: “Azərbaycanda bir məsəl var: ”Həcdən gələn mən, xəbər verən bu". Biz hamımız Azərbaycanda yaşayırıq, ölkədə gedən proseslər gözümüzün qarşısındadır. Ölkəmizdə mətbuat və söz azadlığı elə bir səviyyəyə çatıb ki, heç nəyi gizlətmək mümkün deyil. İnternet resursları, sosial şəbəkələr var. Hələ elektron və çap mediasını demirəm. Azərbaycanın harasında nə baş verirsə, qısa müddətdə bundan xəbər tuturuq. “Reuters” agentliyi bu cür məqalə ilə əslində özünü gülünc vəziyyətə qoyub. Bununla da agentlik ölkəmizə qarşı qərəzini, dünya erməniliyinə xidmət etdiyini göstərib və dünya erməniliyinin əlində alət olduğunu sübut edib. Məqalədə qeyd olunanları oxuyan hər bir azərbaycanlı, sadəcə, buna gülə bilər. Hazırda ölkəmizdə çox uğurlu proseslər gedir. Müəyyən çətinliklər oldu, manatımız devalvasiyaya uğradı, neftin qiyməti aşağı düşdü, lakin Azərbaycan çox çevik siyasət yürütdü. Ölkədə çox ciddi islahatlar aparıldı, qanunvericilikdə dəyişikliklər edildi. İlin birinci rübünün yekunları bir neçə gün əvvəl oldu. Ölkə başçısı Yevlaxda çox möhtəşəm bir müşavirə keçirdi. Orada bütün inkişaf rəqəmləri açıqlandı. Təkcə son bir il ərzində Azərbaycanın valyuta ehtiyatlarının bir milyard artırdığı qeyd olundu. Bu rəqəmlərin özü göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlamdır. Ölkəmiz bütün çətinlikləri artıq geridə qoyub. “Davos” forumu 37-ci yeri ölkəmizə verib, rəqabət qabiliyyətinə görə. Üç pillə irəliləmişik. Bütün bunlar beynəlxalq qurumların ölkəmizdə gedən müsbət dəyişikliklərin etirafıdır.

“Reuters” yuxusunda gördüyünü həqiqət kimi qəbul edirsə, o zaman gərək olmayan şeyləri də yuxusunda görməsin. Fransada insanlar nümayişə çıxanda atdöşü edirlər. Sonuncu dəfə Hollandiyada türk miqrantları atların ayaqları altında qoydular, itlər insanları gəmirdi. Avropada insanlara qarşı bu münasibətdən agentlik niyə yazmır? “Öz gözündə tiri görmürsən, başqasının gözündə qıl axtarırsan” məsəli indi onlara aid deyilmi? Miqrantların yerləşdiyi sığınacaqlar Avropada yandırılır. Miqrant yaşadığı yeri heç yandırarmı? Qəsdən törədilir və miqrantların ölkələrdən çıxarılmaları üçün əsas yaradırlar. Azərbaycanın uğurlarını görmürlər, ancaq nöqsan axtarırlar, görməyəndə isə uydururlar. Bu məqalə agentliyin imicini korladı, həqiqətlərdən uzaq bir informasiyalar yayan qurum olduğunu göstərdi. Turistlərin sayı durmadan artır, ölkəmizdə sabitlik olmasaydı, turistlər heç gələrdi? Beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsinə razı olardılar? Bütün bu faktlar onların necə qərəzli olduqlarını göstərir. Abırlı, ağıllı, öz imicinə hörmət edən agentlik belə qərəzli rəylər verməz. Əgər bu yol onlara sərf edirsə, davam etsinlər, heç bir xeyir tapmayacaqlar". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar