Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan Qarabağ çağırışı


Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə “Qarabağdan Aydına könül körpüsü” layihəsi çərçivəsində Türkiyənin Aydın vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib


Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi konfransda millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib.

Azərbaycan Milli Elmlər Akademiyasınını Fəlsəfə İnstitutunun rəhbəri, professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri, professor Rəna Mirzəzədə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova çıxış edərək Xocalıya Ədalət kampaniyası ilə bağlı geniş məlumatlar veriblər.

Q.Paşayeva çıxışında beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını kəskin qınayıb:

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır. Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük. 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.

Millət vəkili bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqqını qoruya bilmənin tək yolu gücdür:

“Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməli, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməli və haqsızlıqlara qarşı birlikdə mübarizə aparmalıyıq. Son günlər bölgədə vəziyyət daha da gərginləşir. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Bu məsələdə gənclərimizin üzərinə də çox böyük missiya düşür. Türk gəncliyi tariximizə sahib çıxmalı, sosial mediada, virtual aləmdə fəal olmlı, Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada öz səylərini artırmalıdırlar”. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar