Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat quzuların kəsilməsinə qarşı çıxdı


“Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarıldığı və həmin məhsulların görüntüləri televiziyada yayımlanır”


“Televiziyada təhlükəli cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir. 

“Yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın”. 

T.Rzayev həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb. 

“Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar