Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat qudasını həbsdən necə qurtardı? - Təfsilat

Millət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərov ilə Zəngilandan köçkün düşən ailə arasındakı çəkişməli məhkəmə prosesi təxirə salınıb


Aznews.az xəbər verir ki, proses noyabrın 24-də Nəsimi rayon məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilməli idi. 

Amma Zəngilandan köçkün düşən ailəni məşkunlaşdığı evdən didərgin salan "Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevanın (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin bu və ya digər məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti 70 yaşlı anasının adına keçirib) xəstəxanaya yerləşdirilməsi səbəbindən proses təxirə salınıb.

Məhkəmədən Aznews.az-a daxil olan məlumata əsasən, təqsirləndirilən şəxsin nümayəndəsi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməyib.

Abbas Səfərovun anası Məhluqə Qibləliyevanın tələm-tələsik xəstəxanaya yerləşdirilməsi onun tutulmaması üçün atılan addımdır.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə dövlət ittihamçısı "Kapitol” tikinti şirkətinin direktoru Məhluqə Qibləliyevaya 3 il 6 ay iş istəyib.

Köçkün ailə bununla bağlı olaraq Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayıb. Ailə hakim İsayevin ədalətli hökm çıxarması üçün F.Məmmədovun işə şəxsən nəzarət etməsini xahiş edib.

Qeyd edək ki, "Kapitol” şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan "Kapitol” tikinti şirkəti müxtəlif qanunsuzluqlar edərək Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb. "Kapitol” şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd- yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib.

Onu da bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qızının həyat yoldaşıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar