Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat oğlunun eksklüziv avtomobili - Foto


Deputat Elton Məmmədovun oğlu, bahalı avtomobillərin həvəskarı olan Aynar Məmmədov iki həftə öncə Azərbaycana eksklüziv avtomobil gətizdirib.


ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və xüsusi olaraq super bahalı avtomobillərin tüninqi ilə məşğul olan “Hennessy” şirkəti Aynar Məmmədovun sifarişi əsasında “Mersedes-Bens Gelandevagen G63 AMG” avtomobilini yenidən yığıb. Deputat oğlunun sifarişi ilə 5,5 litrlik biturbo mühərriklə təchiz edilmiş avtomobilin gücü daha da artırılıb. Xüsusu hazırlanmış avtomobilin güc aqreqatının işçi həcmi 700 at gücünə qədər artırılıb, maksimal fırlanma anı 800-ə çatdırılıb. 
 
Bundan başqa, deputat oğlunun sifarişinə uyğun olaraq avtomobilin salonunda və xarici görkəmində də ekskülüzivliyini göstərən önəmli dəyişikliklər edilib. Eyni zamanda, avtomobilə yeni təkər və disklər qoyulub.  Eksklüziv avtomobilin qiymətinin yarım milyon dollar olduğu bildirilir. 
 
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən avtomobil saytları bir neçə gün öncə azərbaycanlı sifarişçinin istəyi əsasında belə bir maşının hazırlandığı və bu avtomobilin artıq Azərbaycana göndərildiyi haqda məlumat yaymışdı. "Avropa.info"nun araşdırması zamanı bəlli olub ki, avtomobilin hazırlanması ilə bağlı sifariş 6 ay öncə Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov tərəfindən verilib. Maşın ölkəyə gətirilsə də, son dövrlər Aynar Məmmədovun dəbdəbəli həyatı və avtomobilləri haqqında mətbuatda gedən yazılardan sonra eksklüziv avtomobil üzə çıxarılmır. 
 
Qeyd edək ki, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun avtomobil kolleksiyasını əks etdirən fotolar saytlarda yayılıb. Eyni zamanda, Aynar Məmmədovun avtomobili yüksək sürətlə idarə etdiyini əks etdirən video görüntülər də müzakirə mövzusudur. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar