Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat kürdlərlə bağlı yazılanları təkzib etdi


“Uzun illərdir Azərbaycan elminin və Azərbaycan dövlətçiliyinin xidmətində olan bir şəxsəm”


 “Bu günlərdə  mənim ümumiyyətlə söyləmədiyim ifadə sensasiya xatirinə bəzi saytlar tərəfindən səhifələrinə və xəbər başlığına çıxarılıb. Buna qəti etirazımı bildirmək istəyirəm”.
 
Bunu Modern.az saytına açıqlamasında deputat, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyev bildirib.  
 
G. Baxşəliyeva qeyd edib ki, haqqın.az saytının müxbiri telefon vasitəsilə ona İraq Kürdüstanında referenduma dair suallar verib.
 
“Və imkanım daxilində onları cavablandırmışam. Həmin saytda 20 avqust tarixində yayımlanan xəbərdə isə mənim adımdan guya kürdlərin heç zaman Azərbaycan torpaqlarına iddialarının olmalarını gizlətmədiklərini  söyləməyim qeyd edilib. Bu fikir yazının başlığına da çıxarılıb.
 
Bununla əlaqədar bildirirəm ki, mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bu, sadəcə sensasiya axtaran sayt nümayəndəsinin öz təxəyyülünün məhsuludur. Belə sensasiyalı fikri dərhal köçürüb tirajlayan digər sayt nümayəndələri isə həmin fikrin həqiqətən deyilib-deyilmədiyini zəng edib məndən öyrənə bilərdilər. İkincisi də xəbərdə mənim söylədiklərimin əsasən vasitəsiz nitq formasında olduğu halda, başlığa çıxarılan fikrin nə üçün mətndə vasitəli nitq formasında təqdim olunması o yazıdan istifadə edənlərdə şübhə doğurmalı idi.
 
Əgər fikir başlığa çıxarılıbsa, nə üçün bu qədər əhəmiyyətli hesab edilən fikir birbaşa müsahibin sözləri ilə deyil, jurnalistin guya mənim sözlərimi dolayısı ifadəsi ilə təqdim olunub? Bütün bunlar yalnız təəssüf doğurur”-deyə deputat bildirib.  
 
Onun sözlərinə görə, digər tərəfdən Azərbaycanla bağlı qeyd edilən həmin fikir dövlətçiliyimizə ziddir.
 
“Mən, tam məsuliyyəti ilə bəyan edirəm ki, Azərbaycanda kürdlərlə bağlı heç bir problem və ya ərazi iddiası məsələsi mövcud deyil və olmayıb da. Bu fikri ancaq Azərbaycan dövlətçiliyinə və Azərbaycanda millətlər arasındakı səmimi münasibətlərə zərər vurmaq istəyən insanlar ortaya ata bilərlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar