Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Əli Həsənova səsləndi


Deputat Əli Həsənova səsləndi- "ŞƏHİD VƏ MƏCBURİ KÖÇKÜN AİLƏSİ KÜÇƏDƏ QALIB"


Millət vəkili Qənirə Paşayeva Laçın rayonundan olan şəhid Şahin Əhmədovun həyat yoldaşı və övladının məcburi köçkün olaraq sığındığı Binəqədi rayonundakı keçmiş erməni evindən küçəyə atılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədri Əli Həsənova, Əmək və Əhalinin Soisal Müdafiəsi naziri Səlim Müslümova, Laçın və Binəqədi rayon icra hakimiyyətlərinə müraciət ünvanlayıb.

PİA.AZ Sputnik.az-a istinadən xəbər verir ki, deputat bildirib ki, 1992-ci ildə Laçından məcburi köçkün düşən, həyat yoldaşı şəhid olan Afaq Rzayeva bir azyaşlı körpəsi ilə Binəqədi rayonunda əvvəllər erməni yaşamış bir evdə məskunlaşdırılıb. İllərlə burada yaşasa da, günlərin birində həmin evə başqasının adına order verilib. Rzayeva ona ev verilənə qədər bu ünvanda yaşamağı xahiş etsə də, prezidentin məcburi köçkün və şəhid ailəsinin yaşayış yeri ilə təmin olunana qədər məskunlaşdığı yerdən çıxarılmaması ilə bağlı tapşırıqlarını xatırlatsa da, evin yeni sakinləri buna razılıq verməyiblər. Günlərin birində Afaq xanımın əşyalarını toplayaraq küçəyə atıblar. O isə, günlərdir müvəqqəti olaraq qohum və tanışlarının evində məskunlaşmağa məcbur olub.

Millət vəkili dövlət qurumlarına müraciət edərək şəhid və məcburi köçkün ailəsinin evlə təmin olunmasını xahiş edib.

Əli Həsənovun rəhbərlik etdiyi qurumdan sözügedən ailənin yaşayış yeri ilə təmin olunmasına çalışdıqlarını desələr də, konkret müddət göstərməyiblər.
Xatırladaq ki, ötən gün də Sumqayıtın Tuk zavodunun ərazisində məskunlaşan 17 məcburi köçkün ailəsi ağır şərtlər altında yaşamalarına görə, məhz “Qaçqınkom”un sədri Əli Həsənovu günahlandırıblar.

Onlar illərdir ağır metal istehsal edən zavodun sexlərində, kanalizasiya suyunun içində yaşadıqlarından, uşaqlarının onkoloji xəstəliklərdən əziyyət çəkdiyini deyiblər. Məcburi köçkünlər onların həyat şəraitinin yaxşılaşdırılmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin Əli Həsənov tərəfindən mənimsənildiyini iddia ediblər. Onların fikrincə, avqustun 3-də Əli Həsənovun nəvəsinin Heydər Əliyev prospektində iki nəfərin ölümü və ili nəfərin ağır yaralanması ilə nəticələnən qəzanı törətdiyi “Mercedes Gelandewagen” markalı maşın da məcburi köçkünlərə çatacaq vəsaitlər hesabına əldə edilib.

“Çörək pulu ilə 2000 AZN-ni (N.Həsənalıyeva iddia edir ki, məcburi köçkünlər üçün tikilən binada mənzillə təmin olunmaq üçün ondan 2000 AZN pul istəyiblər-red.) necə yığım ki, mənə də ev versinlər? Əli Həsənov nəvəsinə ötüşmək üçün “Gelandewagen” ala bilir, maşın kolleksiyası toplayır, amma qaçqının problemini həll edə bilmir?! Hamını qıran-çatan nəvəsinə pul tapır, amma məni köçürməyə pul tapmadı?! O maşınlara verdiyi pula 100-lərlə qaçqına normal mənzil şəraiti yaratmaq olar. Əli müəllimdə bu qədər pul haradandır?!” — deyə Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün Nübar Həsənalıyeva bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar