Xəbər xətti

23 MAY

13:07 ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

13:04 Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin

13:00 “Abituriyentlərin intiharına görə mətbuat günahkardır”

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:52 Rusiyanın TANAP təşvişi: TANAP layihəsi ruslarda niyə qorxu yaradır?

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10:38 NASA Günəşdə nəhəng dəlik aşkarladı

10:34 Paşinyanın ikibaşlı oyunu: Putin dözməyəcək

10:31 Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?

10:27 5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

10:23 Azərbaycan nefti bahalaşdı

10:20 Türkiyədə 70 hərbçinin həbsinə sanksiya verilib

10:16 Qəbiristanlıqlar bələdiyyə mülkiyyətinə verilib

10:12 Su İdmanı Sarayında məşq edərkən öldü

10:08 Azad Rəhimovun oğluna: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

10:04 Problemli kreditlər yenidən gündəmdə

10:00 Gədəbəydə güclü yağış bəzi fəsadlar törədib

9:55 Neft ucuzlaşdı

9:50 BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi dinlənilib

9:46 Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı

9:42 Parisdə 100 tələbə saxlanıldı

9:38 Çimərliklərdə monitorinqlər başladı

9:34 Atəşkəs 92 dəfə pozulub

9:30 73 yaşlı qadın baş prokuror təyin edildi

9:25 Əli İnsanov azadlığa buraxıla bilər

9:21 “Milan” Avropa Liqasından uzaqlaşdırıla bilər

9:17 OPEK iyunda neft hasilatının həcmini artıra bilər

9:13 Kamçatka sahillərində güclü zəlzələ olub

9:08 AST Telmanın obyektinin qiymətini 300 milyon endirib, yenidən satışa çıxardılar

9:04 İsrail təyyarələri Qəzza zolağına zərbələr endirib

9:00 Həftəsonu əfv sərəncamı veriləcək

0:55 Kral Salmana qarşı qiyam hazırlanır

0:48 Avropa İttifaqı - Azərbaycan danışıqlarının növbəti mərhələsi keçiriləcək

0:36 Fransızlar dünyanın ən kiçik evini tikdilər

0:28 Ölkəyə benzil idxalı artıb

0:16 “WhatsApp”da yenilik

0:03 Bu gün bürcünüz nələr vəd edir?

22 MAY

23:55 3 alpinist Qubada niyə həlak olub?

23:42 Yaşıl çay yaddaş xəstəliklərini məhv edir

23:38 Kərə yağı adı ilə satılan yağlar ziyanlıdırmı?

23:25 ABŞ səfirliyinin əməkdaşları Venesueladan qovuldu

23:12 Tokio London və Amsterdamla əməkdaşlıq edəcək

23:07 Litvaya 1500 vahid hərbi texnika gətiriləcək

22:59 8 polkovnik həbs edildi

22:44 Ukrayna ilk dəfə bu raketi sınaqdan keçirdi

22:39 Beyons tarixi abidəni satın aldı

22:26 Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb

22:11 Ramazan ayının yeddinci gününün duası

22:04 Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

21:57 Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

21:44 Maduro növbəti 7 il müddətinə prezident elan edildi

21:37 Ölkənin qızıl-gümüş bazarı bahalaşdı

21:25 İngiltərə Futbol Assosiasiyası “Arsenal” klubunu cərimələyib

21:12 ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü keçirildi

21:03 İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı

20:55 Prezident yol polisləri ilə bağlı sərəncam imzaladı

20:47 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

20:36 “Kataloniya üsyanı”na Rusiyanın müdaxiləsi təsdiqlənib

20:24 Şimali Kipr türk lirəsindən imtina edir

20:12 Kredit ittifaqları bir-brinin ardınca niyə ləğv edilir?

20:05 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

20:01 Pakistanda son 4 gündə 65 nəfər istidən ölüb

19:55 Kürdəmirdə avtomobil aşdı: yaralılar var

19:51 TAP-a qarşı çıxanlar İtaliyada hökumət formalaşdırır

19:47 Ulduz futbolçu Kəbəni ziyarət etdi

19:42 ABŞ-da marixuana çəkənlər həbs olunmayacaq

19:38 Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq

19:33 Ələtdə Azərbaycan-Çin sənaye şəhərciyi salınacaq

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi



ÖLKƏ

...

Deputat Ağalar Vəliyevin biznes imperiyası

Tarix 22.01.18, 11:21

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır


Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. 

Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur. Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də son parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən mandat sahibi olmuş Vəliyev Ağalar İsrəfil oğludur. Bu yazımızda cumhuriyyet.az olaraq Ağalar Vəliyevin özü və biznesi ilə bağlı media üzərindən geniş araşdırma apardıq.

Deputat və biznesi haqda qısa arayış

Vəliyev Ağalar İsrəfil oğlu 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə”Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilmişdir. Ailəlidir, bir oğlu var.

Похожее изображение

“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış “Başkolxozlararasıtikinti” İdarəsinin hüquqi varisi idi. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, “Başkolxozsovxoztikinti” İdarəsi, “Azəraqrarsənayetikinti” Birliyi, “Azəraqrartikinti” İstehsalat Birliyi, “Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb. 

Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmada onu da öyrəndik ki, Azərbaycan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə “Azəraqrartikinti” Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib. 

Bildirək ki, Azəraqrartikintinin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin alqı satqısı ilə bağlı). Son aylar isə müəssənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün deyilənə görə işçilərə 300 manat pul verib alırlar.

Əslində “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevə səhmlərin neçə faizinin məxsus olması ilə bağlı konkret informasiya əldə edə bilmədik. Çünki Səhmdar Cəmiyyət illik hesabatını nə saytında, nə Kütləvi İnformasiya Vasitələrində açıqlamır, hesabatlarının şəffaflığını təmin etmir. “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri və Milli Məclisin deputatı Ağalar Vəliyev Prezidentin Fərmanı ilə 2010-cu ildə “Əməkdar mühəndis” fəxri adına, 2012-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Eyni zamanda,  “Azəraqrartikinti” ASC yol-körpütikinti firmasinın rəhbəri  Maqsud Əvəz oğlu Gülməmmədov 2012-ci ildə,  “Aqrartikinti”nin Sabirabad filialinın rəhbəri Vaqif Əlövsət oğlu Məmmədov 2012-ci ildə,  “Aqrartikinti”nin Baki 1 sayli filialının rəhbəri Xudayar Hənifə oğlu Rəhimov 2010-cu ildə, müəssisənin Füzuli ixtisasquraşdirma filialının rəhbəri Nazim Qaçay oğlu Şükürov 2014-cü ildə, “Azəraqrartikinti”nin Baki tikinti mexanikləşdirmə filialının rəhbəri İbrahim Qənbər oğlu Muxtarzadə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanilə “Tərəqqi” medalı ilə təltif olunublar. 

Agalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?



“MTN İşi” ilə bağlı proses zamanı Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmdı. Media üzərindən cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan  münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.

Deputatın “Kristal Abşeron”unda baş verənlər

Ağalar Vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.

Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.

Dəniz kənarında çoxqübbəli villa

A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.



Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?

“Mənim bütün biznesim qanunidir”

Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

“May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru