Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat-rektorun universitetində 15 min manatlıq rüşvət qalmaqalı


Şikayətçi S.Quliyev: "İsmayılov Asəf Nadir oğlu məndən 14600 manat pul alaraq oğlumun "perevod"u üçün Azərbaycan Respublikası təhsil nazirinin müavini C.Bayramovun imzası ilə rəsmi məktubunu, ardınca da oğlumun Azərbaycan Kooperasiya Universitetinə qəbul edilməsi barədə tələbə biletini və 1200 manatın universitetin kassasına ödənilməsi barədə mədaxil qəbzini mənə verdi, amma sonradan məlum oldu ki, bu sənədlər saxtadır..."


...Azərbaycanda hələ də saxta tələbə qəbulu, saxta diplom qalmaqalları səngimir. 

O dərəcədə ki, hətta bu yaxınlarda Türkiyənin tanınmış şou-biznes xanımlarından biri Türkiyə mətbuatına millət vəkili olmaq şansından danışarkən jurnalistin ona "Axı sizin ali təhsiliniz yoxdur və Türkiyə qanunları buna görə sizin millət vəkilliyinizə əngəl yarada bilər..." sualına o, belə cavab vermişdi: "Nə olsun, Azərbaycandan bir saxta diplom alaram, məsələ də bununla bitər...".

Və illər öncəsi Azərbaycan təhsilinə baş ağrısı olmuş bəzi özəl universitetlərin, xüsusən də ABU və onun Dubay, Moskva... filiallarının fəaliyyəti, hətta Azərbaycanın adını saxta diplom satıcısı kimi rüsvay etmişdir. Düzdür, həmin universitet və onun filialları, həmçinin daha onlarla belə saxta təhsil diplomu istehsalçıları bağlansa da, onların vurduğu yaralar hələ də sağalmır, sağalmazdır!

Azərbaycan Kooperasiya Universitetinə saxta tələbə qəbul etdirmək istəyən kimdir?

 Bakı şəhəri, N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 35, mənzil 24-də yaşayan Quliyev Sədrəddin Cahid oğlunun şikayət məktubunda şok məqamlar yer alıb. Söhbət adı çəkilən vətəndaşın övladının Gürcüstanın Açıq Tədris Universitetindən ailə vəziyyəti ilə bağlı Azərbaycandakı universitetlərdən birinə köçürülməsi zamanı ortaya çıxmış sənədlərin saxtalığından gedir. Hansı ki, həmin sənədlər Azərbaycan Təhsil Nazirliyindən, təhsil nazirinin müavini C.Bayramovun imza və möhürü ilə təsdiqlənmiş rəsmi məktubdan, Azərbaycan Kooperasiya Universitetinin möhürlü-ştamplı tələbə biletindən, adı çəkilən universitetin kassasına ödənilmiş 1200 manatlıq ödənişin qaimə-qəbzindən, nəhayət, şikayətçinin övladının tələbə olması barədə aidiyyəti dövlət müəssisələrinə göndərilmiş arayışlardan... ibarətdir. 

Şikayətçi, günlərin birində əlində olan rəsmi sənədlərlə Azərbaycan Kooperasiya Universitetinə gedir və oğlunun ikinci kursda oxuyacağını bir daha müdiriyyətdən dəqiqləşdirmək istəyir. Lakin ona Azərbaycan Kooperasiya Universitetində təqdim edilən sənədlərdə adı göstərilən tələbənin mövcud olmadığını və sənədlərin saxta olduğunu bildirirlər. Bundan sonra şikayətçi ondan 14600 manat pul almış İsmayılov Asəf Nadir oğluna müraciət edir. Qarşı tərəf əməlini etiraf edərək səs-küy salmadan pulu təcili olaraq qaytaracağına söz verir. Amma...
Əməlin etirafı cinayət məsuliyyətindən azad edirmi?

Beləliklə, inanıb-etibar etdiyi şəxs tərəfindən aldadıldığını görən şikayətçi Quliyev Sədrəddin Cahid oğlu isə bir ildən çoxdur onu aldadan İsmayılov Asəf Nadir oğlu tərəfindən get-gələ salınıb. Səbr kasası hələ də dolmayan şikayətçi, həqiqətən də təmkinini qoruyub saxlaya bilib, amma hər şeyin də bir həddi olmalıdır. Və İsmayılov Asəf Nadir oğlu indi iki ayağını bir başmağa dirəyib qarşı tərəfə yalanlarını sırımaqla, Molla Nəsrəddinin təbirincə desək, "illərin sabahına" söz verir. Amma həmin "sabah"ın hansı günə aid olduğunu demir...
-Şikayətçi Quliyev Sədrəddin Cahid oğlu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə və DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Rafiq Abbasova ünvanlı müraciətində daha kimlərin adını çəkir? 
-İsmayılov Asəf Nadir oğlu saxta sənədləri Təhsil Nazirliyində və Kooperasiya Universitetində kimdən və hansı yolla alıb?
-İsmayılov Asəf Nadir oğluna bu işdə dəstək vermiş İslam adlı şəxs kimdir? (tezadlar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar