Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Özümü 40 yaşında hiss edirəm”


Bu gün Milli Məclisin deputatı Elmira Axundovanın doğum günüdür. 65 yaşı tamam olan millət vəkili ad günü təəssüratlarını AzVision.az-la bölüşüb


- Doğum günlərimi heç vaxt təmtəraqlı qeyd etməmişəm. Cəmi bir dəfə, o da 60 illik yubileyimdə çoxlu adam çağırmışdım. O vaxt cənab prezident məni diplomla təltif etmişdi. Digər ad günlərimi isə ailəmin və dostlarımın əhatəsində keçirmişəm. Amma bir neçə il əvvəl mən özümə qayda qoydum ki, doğum günlərimi təzə kitabla qeyd edəcəyəm. 

Dünən Miniatür Kitab Müzeyində Əməkdar jurnalist Qalina Mikeladzenin mənim yaradıcılığımla bağlı kitabı təqdim edildi. Biz orada olarkən eşitdim ki, prezident mənə fəxri ad verib. Beləliklə, fəxri adı kitab muzeyində, kitabların əhatəsində qarşıladım. Bu da onu təsdiq edir ki, kitab mənim həyatımdır, varlığımdır. 

- Sizcə, qadın üçün yaş nə deməkdir? 

- Yaş artıq yükdür. Çünki heç kim özünü olduğu yaşda hiss etmir. Hamı özünü daha cavan və gümrah görmək istəyir. Xüsusən də, mənim kimi idmanla məşğul olan insan özünü daha cavan hiss edir. Əlbəttə, ağrılarım da olur, amma idmanla, üzgüçülüklə məşğul olduğumdan onu büruzə vermirəm. Həmişə çalışıram ki, gümrah, enerjili və ilhamlı görünüm. Yüksək ehtimad, prezident tərəfindən böyük hörmət məni daha da ruhlandırır. Özümü maksimum qırx yaşında hiss edirəm.

- Zaman maşını ilə keçmişə səyahət etsəydiniz, həyatınızın hansı dönəmində dayanıb xatirələrə dalardınız?

- Mən keçmişin bütün xatirələrini daim vərəqləyirəm. Yazıçıyam, buna görə də həmişə geriyə yolculuqlar edirəm, müqayisələr aprıram. Həyatda atama, anama, həyat yoldaşıma və uşaqlarıma çox borcluyam. Onlar həmişə mənə dəstək olublar və fəxr ediblər. Bir neçə ildən sonra layihələrimi bitirib keçmişimə dərindən qayıdacağam. Özümün və həyat yoldaşımın ailəsi haqqında roman yazmağı düşünürəm. 

- Sizə məşhur bir sualla müraciət emət istərdim: Qadınlar daha ço xnə istəyirlər?

- Qadınlar ancaq ailə səadəti istəyir. İnanmıram, hansısa qadın desin ki, mən ailə və ailə səadəti istəmirəm. Diləyim budur ki, uşaqlarımız xoşbəxt olsunlar. İnanın mənə, vətənimi çox sevirəm. Azərbaycan üçün əlimdən gələni edirəm və edəcəyəm. Ömrüm boyu bunun üçün çalışmışam. Bizim Qarabağ dərdimiz həll olunmayınca mən xoşbəxt olmayacağam. Daim bu barədə fikirləşirəm. O günü görsəm, rahat ölə bilərəm.

- Nəvələriniz sizi necə təbrik etdi? 

- Bu gün yeni dünyaya gələn 3-cü nəvəmin qırx günlüyüdür. O, artıq bir ay 10 gündür ki, bizimlədir. Buna görə də mənim ad günümü yox, onun qırx gününü qeyd edəcəyik. O, dünyalar qədər sevdiyim həyat yoldaşım Ramiz Axundovun adını daşıyır.

Böyük nəvəm yanımdadır. Mənə qəşəng gül gətirib. Gəlinim isə bir neçə saatdan sonra hədiyyə gətirəcək. Ona bildirdim ki, 3-cü nəvəni dünyaya gətirməklə mənə artıq hədiyyə etmisən. Elə bil ki, bu uşaqla həyat yoldaşımı qaytarıb. Ona çox oxşayır. Bundan böyük xoşbəxtlik yoxdur, deməli, həyat davam edir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar