Xəbər xətti

17 NOYABR

21:26 Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər

21:20 ABŞ Rusiyanı «Baltikdən Qara dənizə qədər təhlükə» hesab edir

21:14 “Zeynəb Xanlarova bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir”

21:08 Suriyanın şərqində törədilən partlayış nəticəsində 35 nəfər ölüb

21:02 Banklarda gecikmiş kreditlərin məbləği artıb

20:57 Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldılıb

20:51 Ərdoğan: Afrində eyni tələyə düşmək istəmirik!

20:45 “Azərenerji” “Azərişığ”ın məlumatını təkzib edib

20:42 “Premium” və “Super” markalı benzin bahalaşdı

20:39 Argentinanın sualtı qayığı 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb

20:33 “Eurovision-2018” müsabiqəsində iştirak edəcək ölkələrin sayı 43-ə çatıb

20:27 Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

20:21 Şirvanda yol polisi reyd keçirdi

20:15 Koalisiya qüvvələrinin hava hücumları 15 dinc sakini öldürdü

20:09 Dünyada ilk dəfə insandan insana baş köçürülüb

20:05 Azercell-in 4G xidmətləri artıq Bərdə, Şəmkir və Lənkəranda!

20:03 İngiltərədə təyyarə ilə helikopter toqquşub

19:58 Bakıda yeni teleqüllənin istifadəyə veriləcəyi tarix - Açıqlandı

19:52 Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanılıb

19:46 Türkiyədə tikilməkdə olan məscid çöküb, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

19:40 “Çelsi” klubu yeni stadionunun tikintisinə 1,11 milyard avro xərcləyəcək

19:34 İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

19:28 Bütöv bir binanın istilik avadanlıqları oğurlandı

19:22 “Ağdamda zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb”

19:16 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

19:10 Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

19:04 “Çelsi” “Qarabağ”la oyun ərəfəsində hücumçu problemi ilə üzləşib

19:01 “Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18:59 Mənzilin dəyərinin tam tələb olunması qadağan edilir

18:53 Sabah paytaxtın bu hissəsində işıq olmayacaq

18:47 “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

18:41 Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

18:35 Səudiyyə Ərəbistanı: şahzadələrə azadlığı pulla almaq təklif olunur

18:29 İlham Əliyev latviyalı həmkarını təbrik etdi

18:23 NATO Türkiyədən üzr istədi

18:17 “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

18:11 Azərbaycanda 5 bal gücündə zəlzələ olub

18:05 Bir Zabil Müqabiloğlu vardı...

17:55 Blogger Mehman Hüseynovun məhkəməsi davam edib

17:50 “ABŞ İraqdakı səhvləri Suriyada da təkrarlayır” – Çavuşoğlu

17:44 Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açılıb

17:38 “Forbes” ən çox pul qazanan məşhur gənclərin adlarını açıqlayıb

17:33 Qvardiola ayın ən yaxşısı seçildi

17:27 Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

17:22 Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

17:18 Türkiyə daha ABŞ və NATO-nu dinləmir

17:16 Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb

17:13 Politoloq: “Serj Sarkisyan divara dirəndiyini görüb, mənə dedi ki...”

17:10 NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib

17:05 Bolqarıstan Parlamentinin spikeri istefa verdi

17:00 Ərəbistanda gələn həftə kral dəyişir

16:54 Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

16:53 Sərbəst güləşçilərin çempionatı başa çatdı

16:46 Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı

16:40 “Putin Ərdoğana demək istəyib ki, bu məsələ sənlik deyil” - Şahin Cəfərli

16:40 “Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

16:33 Azərbaycan yığması FİFA reytinqində geriləyəcək

16:28 “İki rol oynamaqla özünü böyük aktrisa sayma”

16:21 Rusiyanın hərbi gücü ABŞ-a çatır – Danford

16:15 Türkiyədə dövlət universitetinin 22 əməkdaşı tutuldu

16:10 Şahzadələrə azadlıq üçün pul ödəmləri təklif edilib

16:03 Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi

15:56 “Bağışla, sevgilim” - Emin Ağalarov

15:50 “Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı

15:45 “Putinin münaqişənin həllinə ümidi yoxdursa, Lavrov nəyə gəlir?”

15:40 Sergey Lavrovun Bakıya gələcəyi tarix məlum oldu

15:35 Bakıda 43 yaşlı kişini ölümcül hala saldılar

15:30 Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

15:25 İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

15:20 Sürücülərlə bağlı qalmaqallı qanun barədə qərar verildi

15:14 Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi

15:10 Zərrab müstəntiqlərə işləməyə başladı: Kimləri ələ verəcək...

15:00 Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

14:55 Xəzər TV 15 yaşlı qıza elçilik təşkil etdi – MTRŞ nə düşünür?..

14:50 Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür

14:44 “Kənddə bir gün”

14:39 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

14:34 Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş...

14:30 Roma papasına lüks avtomobil hədiyyə etdilər

14:25 Aşıqlar arasında efirdə qalmaqal

14:20 ÜDM-nin 8,8 faizi tikintidə istehsal olunub

14:17 Milli Dirçəliş gününə bu gündən baxanda...

14:15 Arvadı polisə şikayət etdiyi üçün özünü öldürən ər

14:11 Azarkeşlər zəlzələyə səbəb oldular

14:06 Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

14:05 “Yediklərinizi qusun və evinizə qayıdın...”

14:02 Azərbaycanda “Rəşadət” ordeni təsis edilib

13:36 Dünyanın korrupsiya xəritəsi

13:31 “Azərbaycanın mövqeyinin sammitin bəyannaməsində əksini tapmasına çalışırıq”

13:27 Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

13:23 Daşınmaz əmlak üzərində sərəncamın verilməsi sürətləndirilir

13:19 İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilir

13:15 “Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var”

13:11 Müdafiə naziri müşavirə keçirib

13:06 “Azərbaycanda 500 qr - 1 kq çəki ilə doğulan körpələrin çoxu sağ qalır”

13:02 “Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

12:57 “İndiki Müsavat özünü Rəsulzadənin davamçısı hesab etməsin”

12:53 AFFA rəsmisinə UEFA-dan yeni təyinat gəlib

12:49 2017-ci ilin doqquz ayı ərzində THY ilə 52 milyon sərnişin daşınıb

12:44 Zeynəb Xanlarova Rasim Balayevlə bağlı Səhiyyə Nazirliyinə çağırış edib

12:40 İtaliya mafiyasının lideri öldü

12:35 “Cümhuriyyətin və parlamentin 100 illiyi ilə bağlı işlərə start verilib”

12:31 “Azərbaycanda sürücülər maşını necə gəldi sürürlər”

12:27 21 yaşlı reper narkotikdən öldü

12:23 Türkiyədə baş vermiş partlayış nəticəsində azərbaycanlı tələbə ölüb

12:19 Əhalinin vergilərə və kreditlər üzrə faizlərə xərclədiyi vəsaiti açıqlanıb

12:14 Ərdoğan: “Soçidə danışıqların əsas mövzusu Suriya böhranı olacaq”

12:10 Milli Məclisin növbəti plenar iclası keçirilir

12:05 KXDR ballistik raketlər daşıyan sualtı qayıqlar tikir

12:04 Avropa Birliyi öz ordusunu yaradır - NATO-nun taleyi necə olacaq?

12:01 Qaçırılan qadınların xoşbəxtliyi

11:57 Kral gedir: Yaşasın, 32 yaşlı yeni kral!

11:53 Ağdamdakı zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb

11:48 Elza Seyidcahan: “Yataq səhnələrində çəkilə bilərəm”

11:44 AMEA: Son 5 ildə ələ keçirilən torpaq sahələri və elmi obyektlər geri alınıb - Siyahı

11:39 Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır - Sorğu

11:34 Xəstəsinin evinə bazarlıq edən həkim

11:29 Qırğızıstanda dövriyyəyə şaquli dizaynlı əskinaslar buraxılıb

11:28 Putinlə Ərdoğan niyə tez-tez görüşür?

11:25 Kərəm Serenaydan ayrı qala bilmir: “Darıxıram”


MÜSAHİBƏ

...

Deputat: “Manatın məzənnəsinə təhlükələr aradan qaldırılıb”

Tarix 02.11.17, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


Tahir Mirkişili: “AŞPA-da Azərbaycana qarşı çalışan qüvvələr səylərini konsolidosiya edə bilirlər”


“İşsizliyin tamamilə aradan qaldırılması iqtisadiyyata ziyan verə bilər”.

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişilinin “Report”a müsahibəsi:

- Bir neçə gün öncə, ATƏT PA-nın payız sessiyasının iclası keçirildi. Necə qiymətləndirirsiniz?

- ATƏT PA ilə Azərbaycanın əlaqəli çoxtərəflidir. Yəni, buna bir istiqamətdən baxmaq düzgün olmazdı. Azərbaycan nümayəndə heyəti ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləsi qaldırır, o cümlədən Ermənistan nümayəndə heyətinin dağıdıcı fəaliyyətinin qarşısını almağa çalışır. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti orada iqtisadi məsələləri də qaldırır, müəyyən təkliflər verir. Siyasi məsələlərlə bağlı əməkdaşlıq, ölkələrarası əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilir. ATƏT PA-nın yay sessiyasında müəllifi olduğum multikulturalizmin demokratiyanın inkişafındakı rolu mövzusunda qətnamə layihəsi qəbul olundu. Bu, Azərbaycan dövlətinin, nümayəndə heyətinin ATƏT regionunda demokratiya və təhlükəsizliklə bağlı verdiyi töhvədir. Hesab edirəm ki, ATƏT PA ilə Azərbaycanın münasibətləri konstruktiv əməkdaşlığa söykənib.
 
- Ümumiyyətlə, ATƏT PA-da Azərbaycana münasibət necədir?

- Münasibətlər yüksək səviyyədədir. Azərbaycanın xarici siyasətdəki uğurun mərkəzində ölkə prezidenti İlham Əliyevin nüfuzu dayanır. Bu, çox önəmli məsələdir. İştirak etdiyimiz görüşlərdə bu məsələ daim vurğulanır. Bunun nəticəsidir ki, Azərbaycan nümayəndə heyətinin nüfuzu kifayət qədər yüksəkdir. Qarşıya qoyduğumuz hədəflərə, demək olar ki, çata bilirik.

- ATƏT PA-nın Avstriyadan olan prezidenti Kristine Muttonenin dəyişməsi və vitse- prezident George Tseretelinin prezident seçilməsi münasibətlərə necə təsir edəcək?

- Bu ilin oktyabrın 15-də Avstriyada parlament seçkiləri keçirildi. Xanım Kristina Muttonen Sosial demokratların namizədi olaraq kifayət qədər səs toplamadığına görə parlamentə təkrar seçilə bilmədi. Parlamentə seçilmədiyinə görə o, ATƏT PA-nın üzvü və prezidenti kimi də mandatını itirmiş oldu. ATƏT PA-da ən çox staja malik vitse-prezident Gürcüstan parlamentinin üzvü olan George Tsereteli prezident səlahiyyətlərini icra edəcək. O, işində peşəkardır. Münasibətlərimiz normaldır. Ümumiyyətlə, ATƏT PA-nın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin münasibətləri işgüzar səviyyədədir.
 
- Bəzən iddia olunur ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı məsələlərə ikili standartlarla yanaşırlar. Sizcə, doğrudanmı belədir?

- Beynəlxalq təşkilatların əsaslandığın müəyyən prinsiplər var. Bu prinsiplərə uyğun qərarlar verilir. Prinsiplər çoxşaxəlidir. Bəzən bunlar bir-biri ilə mübahisəli ziddiyyət də təşkil edir, sərhədləri müəyyən olunmur. Məsələn, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri tez-tez səsləndirilir. Bu prinsiplərin sərhədlərinin bəzi sənədlərdə dəqiq müəyyən olunmaması beynəlxalq təşkilatların rəhbər şəxslərin sui-istifadəsinə yol açır. Hesab edirəm ki, qərar qəbul olunan zaman arqumentləşdirilmiş təkliflərə əsaslanmalıdır. Biz ATƏT PA-da buna nail ola bilirik. Yəni, Azərbaycan nümayəndə heyəti ikili standartların, ölkəmizə qarşı qərəzin qarşısını ala bilir. Təbii ki, burada həmin təşkilatın rəhbərliyindən, həmin təşkilatın Azərbaycana münasibətindən çox şey asılıdır. Əslində məsələlərin çoxu iclas zallarında deyil, kuluarlarda və yaxud iclasa qədər həll olunur. İclas zallarında müzakirələr, səsvermə məsələnin görünən tərəfidir. Məsələlərin əksəriyyəti ikitərəfli görüşlərdə, səhnəarxasında həll edilir.
 
- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi necə düşünürsünüz, Azərbaycanın Avropa Şurasından çıxması realdırmı?

- AŞPA-da Azərbaycan əleyhinə qəbul olunan qətnamə göstərdi ki, həmin təşkilatda Azərbaycana qarşı çalışan qüvvələr səylərini konsolidosiya edə bilirlər. Amma bu bizə əsas vermir ki, meydanı tərk edək. Meydanı tərk etmək diplomatiyada zəiflik nümunəsi kimi qəbul olunur. Əslində Azərbaycanın arqumentləri kifayət qədər güclüdür, haqq ölkəmizin tərəfindədir. Nəzərə alaq ki, əksər beynəlxalq təşkilatlarda Ermənistan nümayəndə heyətinin məğlub olmasına baxmayaraq indiyədək heç bir təşkilatı tərk etməyib. Belə təşkilatlar müzakirə platformasıdır, belə yerləri boş qoymağımız ziyanımıza olar.

- Bəs əgər Azərbaycan çıxarılarsa...

- Bir var, ölkə çıxır. Bir də var təşkilat ölkəni çıxarır. Belə olan halda, təbii ki, çıxmaq lazımdır. Amma öz istəyimizlə, təşəbbüsümüzlə meydanı boş qoymaq xeyir gətirməz. Oradakı bəzi qüvvələrin də məqsədi bundan ibarətdir ki, Azərbaycan təşkilatdan çıxsın. Özləri də bilirlər ki, həmin qərarların əsası yoxdur. İstəyirlər ki, Azərbaycan AŞPA-dan çıxsın, meydanı boş saxlasın, Avropa Birliyi ilə münasibətlər korlansın. Azərbaycanın Avropa Birliyi ilə həyata keçirdiyi iqtisadi layihələrin qarşısını almağa çalışırılar. Heç bir halda mübarizədən kənarda dayanmaq olmaz, hər zaman mübarizə aparmaq, arqumentlərlə çıxış etmək lazımdır. Bu gün olmasa da, sabah yenidən nəticəyə nail olmaq mümkündür.
 
- Hansısa beynəlxalq təşkilat Azərbaycanla bağlı mənfi rəy verəndə, deyilir ki, bu məsələdə erməni lobbisinin rolu böyükdür? Doğrudanmı, erməni lobbisi güclüdür?

- Azərbaycana qarşı çıxış edən insanların sayı o qədər də çox deyil. Bu şəxslərin də erməni lobbisi tərəfindən ələ alınması çətin deyil. “Erməni lobbisi bu qədərmi güclüdür” sualının yaranmasını başa düşürəm. Proseslərin sonunda bu sual yaranır. Bura Azərbaycanı istəməyən qüvvələr də daxildir. Bəllidir ki, erməni lobbisi güclüdür, dayaqları möhkəmdir, maliyyə imkanları genişdir. Azərbaycanı istəməyən bəzi qüvvələr var ki, onlar da bəzər ermənilərlə birləşirlər, əməkdaşlıq edir. Çünki Azərbaycana qarşı belə bir qüvvənin olduğunu gördükləri zaman daha da güclənmələri üçün ermənilərdən istifadə edirlər. Ona görə əksər məsələlərin arxasından erməni lobbisi, onların əməkdaşlıq etdiyi şəxslər çıxır. Burada həm də erməni lobbisindən çox daha Azərbaycanı istəməyən qüvvələrin səylərini konsolidasiya etmələridir.

- Siz Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüsünüz, AŞPA-da Azərbaycan əleyhinə qətnaməyə Türkiyənin bəzi deputatları da səs veriblər... Bundan başqa, bir qrup Türkiyə vətəndaşı Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Bütün bunlar ölkələrarası münasibətə necə təsir edə bilər?

- Türkiyə cəmiyyətində Türkiyənin özünün dövlətçiliyinə, milli maraqlarına qarşı çıxan qüvvələr var. Ötən ilin 15 iyulunda baş verən dövlət çevrilişinə cəhd hadisəsindən sonra minlərlə insan həbs edildi, işdən çıxarıldı. Bu qədər insanın Türkiyə dövlərinə qarşı xəyanət etməsi deməyə əsas verir ki, onlardan bir neçəsinin Azərbaycana qarşı da xəyanəti gözləniləndir. Bu, bizdə təəccüb doğurmur. Çünki bir insan ki, öz vətəninə, ölkəsinə xəyanət edirsə, digər ölkəyə də bunu etməsi təəccübləndirici deyil. Türkiyədə müəyyən qüvvələr var ki, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Bir qrup şəxsin Dağlıq Qarabağa qanunsuz səfəri təsadüfi deyil. Bu, sadəcə, Azərbaycanın son zamanlar apardığı uğurlu siyasətə kölgə salmaq cəhdidir. Türkiyə Azərbaycanla qardaş ölkədir, münasibətlər yüksək səviyyədədir. Onların qanunsuz səfəri hiylədən başqa bir şey deyil. Biz bunların hamsını bilirik, ölkənin mövqeyi ortadadır. Bilirsiz ki, bir müddət öncə, Dağlıq Qarabağa qanunsuz səfər Aleksandr Lapşin Azərbaycana ekstradisiya edildi. Yəni, Azərbaycan dövləti ərazilərə qanunsuz səfər edənlərlə bağlı cəza tədbirləri görür. Türkiyədən olan həmin şəxslərin də cəzalandırılması o qədər də uzaqda deyil.
 
- Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü kimi necə düşünürsünüz, Azərbaycanda dayanıqlı iqtisadi artım modeli formalaşıbmı?

- Azərbaycanda dərin və çoxşaxəli iqtisadi islahatlar həyata keçirilir. İqtisadi islahatların əsas məqsədi artımdan daha çox dayanıqlı artımı təmin edə biləcək modelin qurulmasıdır. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər göstərir ki, sabitliyi, ahəngdarlığı gözləmək olmaz. Çünki dünyada çox ciddi geosiyasi və iqtisadi proseslər baş verir. Məqsəd elə bir iqtisadi model qurmaqdır ki, uzun müddət xarici təsirlərin ölkə iqtisadiyyatına təsiri minimallaşdırılsın. Təbii, bu, çətin və ağrılı prosesdir. Ona görə də iqtisadi islahatların getdiyi dövlətlərdə proseslərin rəvan olduğunu görmək mümkün deyil. Hər hansı xəstəni müalicə etmək üçün əməliyyat tələb olunur və bu əməliyyat ağrısız olmur, hətta əməliyyatdan sonra belə xəstə sağ qalsa, müəyyən müddətə reablitasiya tələb olunur. İqtisadiyyat da canlı orqanizmdir. Yəni, yeniliyin oturuşması üçün müddət tələb olunur. Sevindirici hal ondan ibarətdir ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddətdə öz təsirini göstərə bilib. İqtisadi nəzəriyyələrdə belə proses gözlənilmir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixra potensialının artırılması, istehsalın şaxələndirilməsi göstərir ki, aparılan islahatlar təkcə keyfiyyət dəyişikliyinə nail olmur, eyni zamanda qısa müddətdə kəmiyyət göstəricilərinə də nail ola bilir. Bunun da səbəbi islahatların başında ölkə prezidentinin durmasıdır. O yerdə islahatlar surətli olur ki, rəhbər şəxsin iradəsi ortada olsun.
 
- İşsizliyi tam aradan qaldırmaq mümkündürmü?

- Bu, mümkün deyil. Dünyanın heç bir ölkəsində işsizliyin tam aradan qaldırılması mümkün olmayıb. Çünki bu, iqtisadi qanunlara ziddiyyət təşkil edir. Təbii ki, hər bir dövlət işsizliyin səviyyəsini minimallaşdırmağa çalışır. İşsizliyin tamamilə aradan qaldırılması iqtisadiyyata ziyan verə bilər. Məsələn, inflyasikyanın tamamilə aradan qaldırılması iqtisadi maraqlara xidmət etmir. Bunlar, sadəcə, tənzimlənməlidir. İşsizin aradan qaldırılması ilə bağlı ciddi müzakirələr gedir. İşsizlik yalnzı işin itirilməsi demək deyil, eyni zamanda mövcud ixtisasların dünya iqtisadiyyatının tələblərinə cavab verməməsi ilə bağlıdır. Bu gün dünyada texnologiyalar sürətlə inkişaf edir, kadrlara olan tələbat dəyişir. 17-18 yaşında universitetə daxil olmaq, 4 il oxuyandan sonra iqtisadiyyata lazımlı kadr olmaq dövrü bitib. Bu yanaşma özünü doğrultmur. Müasir texnologiyalar tələb edir ki, daim ixtisasın artırılması, təkmilləşdirilməsi vacibdir. Bilirsiniz ki, peşə təhsili ilə bağlı Azərbaycanda xeyli işlər görülür. İqtisadiyyatın əsasında ali təhsildən daha çox peşə təhsili dayanır. İsveçrədə abituriyentlərin təxminən 70 faizi peşə təhsilini seçirlər. Almaniyada sənaye sahəsində çalışan insanların 50-51 faizinin ali təhsili yoxdur, kollec təhsili alıblar.

- 2018-ci il Azərbaycan üçün nələr vəd edir?

- Beynəlxalq təşkilatların verdiyi proqnozlar var, 2018-ci ildə ümumdaxili məhsulun artımı planlaşdırılır. İxracın, istehsalın artımı proqnozlaşdırılır. Bu sahədə həyata keçirilən islahat tədbirləri bunu deməyə imkan verir. 2017-ci ilin 9 ayı göstərir ki, Azərbaycan iqtisadiyyatı artım tempini müəyyən edib. İxracın artırılması üçün ənənəvi və qeyri-ənənəvi bazarlar tapılır. Əhalinin güzəranının daha da yaxşılaşması, makroiqtisadi sabitliyin daha da möhkəmlənməsi, dövlət büdcəsinin artırılması ilə bağlı tədbirlər gələn il də davam etdiriləcək.

- Gələn il manatın məzənnəsində dəyişiklik ola bilərmi?

- Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Manatın məzənnəsinə təhlükələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. Əhalinin manata olan etimadı qayıdır. Mərkəzi Bankın verdiyi hesabatdan da göründüyü kimi, əhalinin manatla qoyduğu əmanətlərin həcmi də artıb. Eyni zamanda, ölkənin xarici valyuta ehtiyatları getdikcə artır. Azərbaycan pul-kredit siyasəti idarəolunan və proqnozlaşdırılan çərçivəyə salınıb. İxracın artması ilə ölkəyə xarici valyutanın gəlməsinə səbəb olur. Bu göstəricilər deməyə əsas verir ki, manatın məzənnəsinə olan təhlükələrin əksəriyyəti aradan qaldırılıb.
 
- Milli Məclisdə yeni layihə təklifiniz varmı?

- Bizim komitədə 122 qanun layihəsinə dəyişiklik olunub, yeni qanun qəbul edilib. Bu, iqtisadiyyatda aparılan islahatlarla bağlıdır. Çalışırıq ki, qanunvericilik bazası təkmilləşdirilsin, aparılan islahatlarla ayaqlaşa bilsin. Bu, çox önəmli məsələdir. Birinin digərindən geri qalması islahatları tormozlaya bilər. Bu istiqamətdə işlər davam etdirilir.

- Kifayət qədər uğurlu təhsil tarixçəniz var. Azərbaycandan başqa xaricdə təhsil almısınız, bir neçə xüsusi proqram bitirmisiniz. Qarşıda sırf təhsilartırma ilə bağlı planlarınız varmı?

- “İnkluziv iqtisadi artıma nail olmaqda informasiya kommunikasiya texnologiyalarının rolu” adlı doktorluq işini müdafiə edirəm. İqtisad Universitetinin doktoranturasına ötən il daxil olmuşam. Əsas işim iqtisadi alətlərin araşdırılması, elektorn hökumətin inkişaf etdirilməsi, müasir innovatiov yanaşmaların tətbiq olunmasıdır. Bununla yanaşı individual kurslarda iştirak edirik. İxtisasça iqtisadçıyam, yeni yanaşmalarla bağlı daim mütaliə edirəm. Sonuncu sifariş etdiyim kitab Riçard Teylerin davranış iqtisadiyyatı ilə bağlı kitabdır. Yeni iqtisadi trendlər, nəzəriyyələr, əlaqələrin qurulması ilə bağlı mütaliə edirəm.

- Xaric yaşamaq haqqında düşünmüsünüz?

- İKT-də çalışan insanlar üçün dünya virtualdır. Biz daha çox virtual aləmdə oluruq, virtual aləmin də sərhədi yoxdur. Həm də Azərbaycana bağlıyam, burda ailəm, dostlarım var. Virtual aləm imkan verir ki, sən Azərbaycanda yaşayıb Amerikada da iş görə bilərsən. Belə təkliflər kifayət qədər olub, amma mən Azərbaycanda qalmağa üstünlük vermişəm. Azərbaycandakı şərait, sabitlik, insanların xoşməramlı olması, ölkə rəhbərinin yeniliklərə açıq olması seçimimə təsir edib. Pafosdan uzaq olaraq deyim ki, mənim üçün ən yaxşı ölkə Azərbaycandır. Biz başqa ölkələrə də gedirik, görürük. Azərbaycan fərqli davranışa malik olan ölkədir.
 
- Milli Məclisin deputatı olduqdan sonra dostlarınızla münasibətdə dəyişiklik olubmu?

- Çalışıram ki, deputat olmağım əvvəlki həyat tərzimə təsir etməsin. Dostlarımı rəsmiyyətdən kənar saxlayıram. Həmişə bu məsələyə diqqət etmişəm. Düzdür, qanunvericiliklə, baş verən hadisələrlə bağlı suallar çox olur. Hər bir şəxs ixtisası ilə siyasi vəzifəsinin dərin inteqrasiyasına imkan verilməməlidir. Çünki ixtisas daimidir, siyasi vəzifə isə müvəqqətidir. Bu, daim dəyişə, fərqli ampulada inkişaf edə bilər.

- Bir neçə ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüsünüz, İqtisad Universitetində dərs deyirsiniz... Vaxt bölgüsünü necə edirsiniz?

- Vaxtın idarə edilməsi önəmli məsələdir. Bütün işlərimi planlayıram. Çalışıram ki, öhdəmə düşən hər şeyi layiqincə yerinə yetirəm. Ümumiyyətlə, əgər planlaşdıra bilirsinizsə, deməli, hər bir işə vaxt çatdıra bilərsiniz. İş planlaşdırılan zaman o qədər çox olmur. Təbii ki, xarici də səfərlər edirəm, seçicilərlə də görüşürəm, şikayətlərini dinləyirəm. Üstəgəl Milli Məclisin komitəsində müəyyən işlərim olur. Bununla yanaşı həftədə iki dəfə idmanla məşğul oluram, futbol da oynayıram.

- Nazirlər, komitə sədrləri ilə münasibətiniz necədir. Sözünüzü eşidirlərmi?

- Milli Məclislə hökumət üzvləri arasında işgüzar münasibətlər yüksək səviyyədədir. Seçicilərlə bağlı ünvanladığım müraciətlərə cavab alıram, seçicilərin maraqları əksər hallarda təmin olunur. Qarşıya çıxan çətinlikləri isə müzakirə edərək həll etməyə çalışırıq.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Dil öyrənmə problemləri: 3 ayda xarici dil öyrənmək mümkündürmü?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru