Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib
Milli.Az FHN-ə istinadən xəbər verir ki, avqustun 20-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 13:15-da başa çatıb.
pia.az