Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub
PİA.AZ FHN-ə istinadən xəbər verir ki, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Əməliyyat saat 15:40-da başa çatıb.
pia.az