Nazirlər Kabineti Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə qərar qəbul edib
Lent.az-ın məlumatına görə qərara əsasən , Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə isə Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.
Qeyd edək ki, qərar 2016-cı il 1 sentyabr tarixindən qüvvəyə minir.
pia.az