Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratik Jurnalistlər Liqasının sədri Bakıda qəzaya düşdü


Jurnalist, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli ağır avtomobil qəzası keçirib


Aznews.az-ın verdiyi xəbərə görə, Y.Məmmədli iki gün əvvəl, gecə saatlarında paytaxtın Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində qəzaya düşüb.

Polis təhqiqatçısı, Nəsimi Rayon Polis İdarəsi, 22-ci Polis Bölməsinin əməkdaşı Samir Ələkbərli sayta açıqlamasında avtomobil qəzası ilə bağlı avtoekspertizanın təyin olunduğunu deyib. Onun sözlərinə görə, hadisəni törədənin şəxsiyyəti də bəllidir: “Amma təhqiqat araşdırması getdiyindən kimin günahkar olmağını deyə bilmərəm. Təhqiqat bitəndən sonra mətbuata açıqlama vermək olar. Lakin indi bu barədə nəsə demək düz deyil”.

Y.Məmmədli faktı lent.az-a təsdiqləyib. Bildirilir ki, yüksək sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil qırmızı işıqda keçərək, jurnalistin idarə etdiyi “BMW” markalı avtomobilə çırpılıb. Zərbədən “BMW” aşıb. Avtomobili yararsız hala düşsə də, Y.Məmmədli yüngül xəsarət alıb. Sonradan məlum olub ki, “VAZ 2107”-in sürücüsü bu qəzadan əvvəl, başqa qəza törədib və hadisə yerindən qaçırmış. Hadisədən sonra Yadigar Məmmədli təcili olaraq xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, Y.Məmmədli qızının toyundan bir gün əvvəl qəzaya düşüb. Dünən baş tutan toyda Y.Məmmədli keçirdiyi qəzanı hamıdan gizlədib və xəsarətləri ola-ola məclisdə iştirak edib. O, açıqlamasında müalicə aldığını və həyatı üçün hər hansı təhlükənin olmadığını deyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar