Bazar ertəsi, 18 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Demba Ba Super Liqa klubunda

Türkiyənin "Göztəpə" klubu heyətini yeni hücumçu ilə gücləndirib


PİA.AZ futbolinfo.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə əsas hücumçusu Adis Yahoviçi Super Liqanın digər təmsilçisi "Konyaspor"a satan İzmir təmsilçisi ona dərhal əvəzləyici tapıb. Belə ki, sözügedən klub seneqallı forvard Demba Banı transfer edib. Bu barədə "Göztəpə"nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, son olaraq Çinin "Şanxay Şenxua" klubunun formasını geyinmiş 32 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Seneqal yığmasında 19 oyun keçirmiş Demba karyerası ərzində Almaniyanın "Hoffenhaym", İngiltərənin "Vest Hem", "Nyukasl", "Çelsi" klublarının şərəfini qoruyub. O, 2014/15 mövsümünü, eləcə də ötən mövsümün yarısını Türkiyənin digər təmsilçisi "Beşiktaş"da keçirib.

pia.az
Etiket:
loading...
-->