Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxılıb



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramil Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb


Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mirzəyevə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Mirzəyev 2010-cu ildə telefon vasitəsilə tanış olduğu Vəfa Xankişiyevaya subay olduğunu deyərək onunla ailə quracağını vəd edib, sonra isə ona fərdi ev tikdirmək adı ilə 18 000 manat pulunu alaraq mənimsəyib.

Bundan başqa o, özünü “Azneft” Istehsalat Birliyinin Kadrlar İdarəsinin rəisinin sürücüsü, həmin birlikdə xadimə işləyən arvadı Aidə Tahirova isə birliyin direktorunun katibəsi kimi təqdim edərək Nail Əmirovdan onu ARDNŞ-nin Qazaxıstandakı Neft-Qaz Çıxarma İdarəsinə takelajçı vəzifəsinə təyin etdirəcəyini vəd etməklə 3000 manat pul alıb. Eynu üsulla, Nihal Kazımovdan 5 min manat, onun dayısı oğlu Zahir Rəhimovdan 5500, N.Kazımovun dostu Şahin Əliyevdən 2600 manat pul alıb. Hər üç şəxsə onları “Azneft” İstehsalat Birliyində işə düzəldəcəyini vəd edib.

R.Mirzəyev 2014-cü ildə telefon vasitəsilə tanış olaraq yaxın münasibət yaratdığı Natavan Xudayarova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb, guya özünün həbsdə olan evini həbsdən çıxarmaq adı ilə onun dəyəri 5500 manat olan qızıllarını mənimsəyib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirləndirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar