Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dekabrın havası

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir


Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-3, gündüzlər 11-16, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.
 
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-35 mm) olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, DaşkəsənGədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox  (norma 27-30 mm) olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-32 mm)  olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 2-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə isə çox  (norma 24-48 mm) olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və  bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 45-106 mm) olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar