Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq


Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb


Araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.

"Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq", - deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.

Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.

S.Yılmazın sözlərinə görə, bu cür halların səbəbi əslində bir çoxuna bəllidir:

"18 ölkənin 116 aliminin hazırladığı hesabata görə, bu cür isti hava kütlələrinin hakim olmasının səbəbi iqlim dəyişikliyidir. İnsanlar isti havanın mənfi təsirlərindən necə qoruna biləcəklərini öyrənməlidirlər. Fərdi olaraq qısamüddətli hava dəyişikliyinə qarşı özümüzü hazırlaya bilərik. Lakin daha uzunmüddətli dəyişikliklə mübarizə üçün insanlar güclərini birləşdirməli, iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır". (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar