Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

De-Fakto başqanlıq sistemi Türkiyəyə nə vəd edir?

Ayın son günlərinin narahatlığına bir məsələ də qarışmışdı - Türkiyədə yenə də hökumət məsələsi meydana çıxmışdı


Düzdür, bu, daha bir hökumət böhranı deyildi, çünki hər şey bir partiyanın çərçivəsində həll olunacaqdı. O partiyanın ki, onun təkbaşına hökumət qurması üçün parlamentdə kifayət qədər resursları var. Ona görə də məsələ daha çox Türkiyənin daxili üçün önəmli idi...

Amma onu xaricə də inversiya etmək cəhdləri oldu. Məsələn, belə sual yarandı ki, görən, bunun Azərbaycan üçün hansı nəticələri olacaq? Belə hesab edirik ki, bu sual daha çox ritorik məzmun kəsb edir. Ona görə ki, indi faktiki olaraq R.T.Ərdoğan hakimiyyətinin güclənməsi prosesi gedir. Onun isə Azərbaycana münasibəti bəlli...

Elə bu səbəbdən də Azərbaycan üçün narahatlıq keçirmir, vurnuxmuruq. Düşünürük ki, bu prosesin bəlkə də bölgə və yaxud da dünya üçün hansısa nəticələrindən danışmaq olar, amma Azərbaycan üçün bir o qədər də aktual deyil. Olsa-olsa, bizim məmurlarımızın hansısa birinin mövqeləri möhkəmlənə bilər, çünki iki ölkə arasındakı münasibətlər o qədər yaxınlaşıb ki, müvafiq nazirlər biri-birilə tez-tez görüşür və beləcə, ünsiyyət və əlaqə yaranır...

Dünya məsələsinə gəldikdə isə, hamı Türkiyədəki avtroirtarlaşma meyllərindən narahatdır - yeni baş nazir prezidentdən daha asılı olacaq. 

Hətta B.Yıldırım dedi ki, onun komandası prezidentlə daha sıx işləyəcək. Bəlli məsələdir ki, Ərdoğan başqanlıq sisteminin bərqərar olmasına və  hakimiyyətinin güclənməsinə, hökumətin faktiki olaraq öz əlinə keçməsinə cəhd edir. Təbii ki, bu məsələ ölkədə keçiriləcək refendumda çözülə bilər. Amma Ərdoğanın səbri çatmır. O, böyük hakimiyyətə və böyük səlahiyyətlərə bir növ alışıb. Həm də prosesi sürətləndirməyə cəhd edir. Ə.Davudoğlu bu məqsədlər üçün bir o qədər də uğurlu lider deyildi, ona görə ki, o, özü də lider idi... Ərdoğan isə baş nazirdən yalnız məmurluq tələb edir. B.Yıldırım bu missiya üçün daha uğurludur. Ona görə də seçim onun üzərində dayanmışdı. Həm siyasi liderlik, həm də ki, ideoloqluq cəhətləri olan Ə.Davudoğlu prezidentin, necə deyərlər, “qoltuğu”nun altına sığmırdı. Elə ona görə də kənara çəkilməli idi...

Təbii ki, Ərdoğan güclü liderdir. Amma dəfələrlə yazmışıq ki, o, avtoritar liderdir. Bunun hansı fəsadlar törədəcəyi, Türkiyə üçün hansı nəticələrə gətirib çıxaracağı artıq müzakirə predmetidir...

Məsələn, mənim üçün maraqlısı odur ki, niyə parlament idarəçilyi Böyük Britaniya üçün uğurludur? Niyə Almaniya bundan əl çəkmir? Belə hesab edirik ki, başqanlıq sisteminə keçid məsələsi daha çox Ərdoğanın şəxsi canatım və simpatiya məsələsidir...

Türkiyədəki bugünkü demokratiya müəyyən mənada parlament idarəçiliyinin nəticəsi idi. Yox, demirik ki, prezindent idarəçilik üsulu daha yöndəmsizdir və demokratiyanı boğur. Amma bu sistem daha çox avtoritarlığa aparır...

Məsələn, mənə Türkiyənin siyasi həyatında ən çox ləzzət edən, bilirsiniz, nə idi? Hər dəfə parlament seçkisi olanda telekanallar, bu kanallardakı mahir təhlilçilər çox böyük şövqlə seçkilərin gedişini və nəticələrini şərh edirdilər... 

İndi bu da bir az mübahisəli görünür. Düzdür, prezident respublikalarında prezident seçkiləri də böyük hadisədir. Həm də başqanlıq sistemi hələ konstitusion olaraq təsbit olunmayıb. Hətta məlum deyil ki, Ərdoğan bu məqəsdini həyata keçirə biləcəkmi?..

Amma bütün hallarda bizim simpatiyamız parlament idarəçiliyinin tərəfində qalır. Hətta belə hesab edirik ki, o, bizi iki dəfəlik məhdudiyyət prinsipindən məhrum olan prezidentlik idarəçiliyinin yaratdığı mənəvi iztirablardan qurtara bilərdi, çünki parlament idarəçiliyində baş nazir üçün məhdudiyyət olmaya da bilər, bir adam bir neçə dəfə seçilə bilər...

Hesab edirik ki, bu, indiki vəziyyətdən daha uğurlu olardı. Amma nə etmək olar? Bu da həyatdır. Həm də söhbət Azərbaycandan getmirdi, ən azı ona görə ki, onun “demokratiyası” hamıya bəllidir...

Bəli, söhbət Türkiyədən gedir. Orada müəyyən qədər demokratiya var və adam da onun itirilməsindən qorxur. Amma izafi qədər bədbin də olmayaq. Bəlkə hər şey daha yaxşı olacaq? 

İndi biz daha çox bir partiya hökumətinin yaratdığı “incəlik”lərin şahidiyik, onları müzakirə və müşahidə edirik...

Ümid edək ki, hər şey çox yaxşı sonluqla bitəcək. Çox güman ki, belə də olacaq...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar