Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daxili bazarın idxaldan asılılığı milli təhlükəsizliyimiz üçün hansı fəsadlar yaradır?


“Növbəti dövr üçün valyuta bazarında milli valyutanın məzənnəsinin fərqliliyi baxımından idxalın azalması və ixracın artırılmasına ehtiyac var”


“İdxalın əvəzlənməsi prosesi  mövcud islahatlar daxilində 2020-ci ildən sonra daha çox özünü göstərə bilər”.

Bu sözləri iqtisadçı Vüqar Bayramov ölkə iqtisadiyyatının idxaldan yüksək faizli asılılığını şərh edərkən PİA.AZ-a açıqlamsında qeyd edib.

Qeyd edək ki, bəzi ekspertlərə görə  iqtisadi sahədə aparılan yanlış siyasət ölkə iqtisadiyyatının idxaldan asılılığına səbəb olub. Belə ki, Azərbaycanın səneyə, texnoloji bazarı tamamilə, qeyri qida bazarı böyük əksəriyyət faizlə, o cümlədən qida bazarı isə təqribən yarıbayarı idxaldan asılıdır. Eyni zamanda manatın sabitliyinin təmin olunmasına baxmayaraq, idxal mallarının qiyməti artan tepm olaraq gedir. Ümumilikdə idxaldan asılılığın artması isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə şərait yaradır. İqtisadçılar bahalaşmanın qarşısının alınması məqsədi ilə idxal mallarına tətbiq edilən rüsumların ya ləğv olunmasını, ya da azaldılmasını təklif edirlər. Misal üçün, Azərbaycanda dərman istehsalı demək olar ki, yoxdur və digər MDB ölkələri ilə müqayisədə dərman Azərbaycanda bir neçə dəfə bahadır. Buna görə də bir sıra iqtisadçılar dərmanlara tətbiq olunan rüsumların aşağı salınması təklifini verirlər. Digər idxal malları ilə də vəziyyət eynidir. Lakin idxal mallarının rüsumunun aşağı salınması çıxış yoludurmu? Axı idxal faizi artıqca, ölkənin iqtisadi təhlükəsizliyi üçün təhlükə də böyüyür. Qeyri-neft sektorunun inkişaf etdirilməsi proqramları isə hələ ki, gözlənilən nəticəni vermir. Son üç ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra proqram və layihələr həyata keçirilməsinə baxmayaraq, ölkəyə mal idxalının faizi həm artır, həm də qiymətlər yüksəlir.

Maraqlıdır ki, ölkə iqtisadiyyatının böyük faizlə idxaldan asılı olması milli təhlükəsizliyimiz üçün hansı fəsadlar yaradır və  bu fəsadları ortadan qaldırılması üçün Azərbaycan öz resurslarından yetərincə istifadə edirmi?

Картинки по запросу vüqar bayramov

Vüqar Bayramov: “İki il ərzində idxalın azaldılması ilə bağlı addımların atılacağı gözlənilir”.


Ölkə iqtisadiyyatının idxaldan asılılığında ən böyük mənfi təsirin məzənnə ilə bağlı olduğunu vurğulayan iqtsiadçı Vüqar Bayrama görə, önümüzdəki illərdə idxaldan azaldılması ilə bağlı müəyyən addımlar atılacaq:

“Ölkə iqtisadiyyatının idxaldan asılılığını azaltmaq çox vacibdir. Bu asılılıq məzənnənin dəyişməsindən belə asılılıq yaradır. İdxal nə qədər çox olarsa, başqa ölkələrin valyutalarından asılılığımız da bir o qədər artır. Bu baxımdan idxaldan asılılığın yaratdığı ən böyük risklərdən biri məzənnə ilə bağlıdır. 

Eyni zamanda idxaldan asılılıq ölkədən valyutanın getməsinə imkan yaradır. Xüsusən də növbəti dövr üçün valyuta bazarında milli valyutanın məzənnəsinin fərqliliyi  baxımından  idxalın azalması və ixracın artırılmasına ehtiyac var. İdxaldan asılılıq ölkədən valyutanın getməsidir və bu proses arzuolunan deyil. İdxaldan asılılıq həmçinin vətəndaşların məhsul alarkən ödədikləri vəsaitlərin yerli sahibkarlara deyil, xarici sahibkarların gəlirlərini artırır. Bunun qarşısını almaq üçün yerli sahibkarların dəstəklənməsi, bazarda daha çox yerli məhsullara təklifin artırılması vacibdir.

 Eyni zamanda ixrac imkanlarının genişləndirilməsinə şərait yaradılmalıdır. Azərbaycan üçün əsas strateji hədəf idxal məhsullarının azalmasından ibarətdir.  2016-2017-ci illərdə idxalın azalması müşahidə olunsa da, 2018-ci ilin ilk ayında  idxalda artımlar müşahidə olundu. Ona görə də idxalın əvəzlənməsi siyasətinin 2018-ci ildə də davam etdirilməsi  və idxalın yerli istehsalla əvəzlənməsi valyutanın ölkədə qalmasına şərait yaradacaq. 

Onu qeyd edim ki, idxaldan asılığın aradan qaldırılmasında qısamüddətə starteji nailiyyət əldə etmək çətindir. Azərbaycanın özü də  idxalın genişlənməsi deyil, yerli istehsalın genişləndirilməsində maraqlıdır. “Yol Xəritəsi”ndəki müəyyən hədəflərə diqqət yetirsək, idxalın əvəzlənməsi prosesi  mövcud islahatlar daxilində 2020-ci ildən sonra daha çox özünü göstərə bilər. İki il ərzində isə idxalın azalması ilə bağlı addımların atılacağı gözlənilir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar