Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davos Forumu ölkəmizin iqtisadi inkişafına hansı təsiri göstərir?


“Davos Forumunda hər hansı bir rəsmi sənəd qəbul edilmir. Forum sadəcə olaraq dünya iqtisadiyyatının bir çox vacib məsələlərini qeyri-formal şəraitdə müzakirə etməyə, yeni iqtisadi əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır”


“İqtisadi islahatların sürətlə gedəcəyi 2017-ci ildə Azərbaycan iqtisadiyyatına daha çox xarici investisiyanın cəlb edilməsi yaxşı olardı”.

Bu sözləri iqtisad elmləri doktoru Fikrət Yusifov Davos Forumunun ölkəmizin iqtisadiyyatına gösətrdiyi təsirə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir neçə gün öncə İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu keçirilir. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir qayda olaraq hər il Davos Forumunda iştirak edir. Davos Forumu adı ilə tanınan Dünya İqtisadi Forumunda qəbul olunan qərarlar dünya iqtisadiyyatına necə təsir edir? İqtisadi tərəfdaşlığın qurulması və inkişaf etdirilməsi üçün Davos forumunun əhəmiyyəti hansı dərəcədədir? Və Davos Forumu ölkəmizin iqtisadi inkişafına hansı təsiri göstərir?

Bu suallarla PİA.AZ-ın əməkdaşı  “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifova müraciət edib.

Image result for fikrət yusifov pia.az

Fikrət Yusifov: “İlham Əliyevin Davos Forumunundakı iştirakının əsas məqsədi Azərbaycandakı ictimai-siyasi sabitlik və biznes mühiti barədə daha geniş məlumatların verilməsidir”.


Hər il keçirilən Davos Forumunda əsasən iqtisadiyyatın inkişafının perspektivləri, dünyada sabitliyin və ekoloji tarazılıqla bərpa olunması ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edən Fikrət Yusifova görə, bu Forum Azərbaycan iqtisadiyyatının geniş auditoriyada tanınmasında müsbət rol oynayır: 

“Davos Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq iri şirkət və təşkilatlar bu Forumun üzvləridir. DİF-nun əsas tədbiri hər ildə bir dəfə, ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilir. Ənənəyə görə qeyri-formal şəraitdə keçirilən bu görüşlərdə müasir dünyanın əsas problemləri, iqtisadiyyatın inkişafının perspektivləri, dünyada sabitliyin və ekoloji tarazılıqla bərpa olunması ilə bağlı məsələlər müzakirə olunur. Hər il Davos görüşləri çərçivəsində 300-dən çox plenar iclaslar, dəyirmi masalar, dövlət məmurlarının iştirakı ilə kiçik görüşlər keçirilir. Bu görüşlərdə hər hansı bir rəsmi sənəd qəbul edilmir. Forum sadəcə olaraq dünya iqtisadiyyatının bir çox vacib məsələlərini qeyri-formal şəraitdə müzakirə etməyə, yeni iqtisadi əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır. 

Azərbaycan Prezidenti bu səfər çərçivəsində bir çox görüşlər keçirib. Bu görüşlərdə əsas məqsəd Azərbaycandakı ictimai-siyasi sabitlik və biznes mühiti barədə daha geniş məlumatların verilməsidir. Davos görüşlərində öncə Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunun rəsmi saytında “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə ölkəmizdə gedən iqtisadi islahatlar barəsində geniş məlumatlar öz əksini tapıb. Bütün bu addımlar ölkəmizin investisiyalar baxımından nə qədər uyğun bir yer olduğunu hər bir potensial investora çatdırmağı nəzərdə tutur. Yola saldığımız ildə Azərbaycan iqtisadiyyatına 8 milyard dollar xarici investisiya qoyulub. İqtisadi islahatların sürətlə gedəcəyi 2017-ci ildə Azərbaycan iqtisadiyyatına daha çox xarici investisiyanın cəlb edilməsi yaxşı olardı”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar