Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə soyqırım qurbanları anıldı



Daşkəsən rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı günü böyük kədərlə qeyd edildi


PİA.AZ xəbər verir ki, 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatında Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən dэyirmi masa rayon ictimaiyyəti nümayəndələrinin fəallığı şəraitində qeyd olunmuşdur.Mərasimdə iştirak edən tədbir iştirakçıları soyqırıma məruz qalan azərbaycanlıların ruhunu hörmət əlaməti olaraq bir dəqiqilik sükutla yad etmişlər.

Anım tədbirini Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev açmış, iki əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən danışmışdır. O, giriş nitqində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyası, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə apardığı uğurlu təbliğat işləri nəticəsində ermənilərin qəddarlığı, haqsızlığı, Azərbaycan torpaqlarını işğal etmək niyyəti dünyaya bəlli olur. Ermənilərin özlərinin mütərəqqi fikirli adamları da bəzən həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Erməni tarixçisi V.İşxanyan “Qafqaz xalqları” kitabında qeyd etmişdir ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və 

təhdidlərdən sığınacaq yeri olmuşdur. 

Yüzlərcə tarixi şəxsiyyətlərin bu cür fikirlərindən sitatlar gətirmək olar.1918-ci ilin 31 mart qırğını ermənilərin çoxdan hazırladıqları ssenarinin həyata keçirilməsi Bakı sovetinin o dövrdə qorxduğu bir qüvvə vardısa, o da azərbaycanlıların millətçi qüvvələri idi. Mart ayının 9-da Azərbaycan diviziyası qərargahının Bakıya gəlməsi Stepan Şaumyanı və digər ermənipərəst qüvvələri bərk narahat etdi. Martın 30-da diviziya komandirlərinin qanunsuz həbs edilmələri və şəxsi heyəti azərbaycanlılardan ibarət olan «Evelina» gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin böyük narazılığına və həyacanına səbəb oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən zəif olduğunu bilən Stepan Şaumyan BakıAzərbaycanın paytaxtı etmək arzusunda olan müsəlmanlara dərs vermək üçün əlverişli məqamın yetişdiyini başa düşdü. Axı başdan-ayağa daşnak olan ancaq bolşevik libasına bürünmüş Şaumyanın və onun havadarlarının məkrli məqsədi Bakını erməniləşdirmək, yerli əhalini buradan qovmaq və beləliklə, sərsəm «Böyük Ermənistan» ideyasını gerçəkləşdirmək idi.

Qeyd edək ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdur. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanmışdır.Qısa bir müddətdə ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilmişdir.

Böyük rus yazıçısı Qriboyedov İranda səfir olarkən oradan Azərbaycan torpaqlarına köçürülən ermənilər haqqında rus imperatoruna göndərdiyi məktubda qeyd edirdi: «Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına izn verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır». 

Elə bu səbəbdən rus çarı erməniləri məqsədli şəkildə I Pyotrun vəsiyyətinə və əməllərinə sədaqət nümunəsi olaraq qədim Azərbaycan torpaqlarında məskunlaşdırdı. Car I Aleksandr general Sisianova göndərdiyi teleqramların birində deyirdi: «Ermənilər nəyin bahasına olursa olsun, Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır» 

Beləliklə, daimi olaraq Rusiyanın himayəsindən bəhrələnən gəlmə ermənilər müxtəlif yollarla yerli sakinləri öz yurd-yuvalarından sıxışdırıb çıxarır, azərbaycanlılara qarşı silahlı qırğın törədirdilər. Bu həmvətənlərimizə qarşı əsil soyqırım nümunəsi idi. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev çıxışında vurğuladı ki, erməni quldur dəstələrinin 1918-1920-ci illərdə xalqımıza qarşı apardıqları soyqırımı siyasəti nəticəsində yaranmış indiki Ermənistan adlandırılan tarixi torpaqlarımızda 565 min günahsız azərbaycanlılar vəhşicəsinə qətlə yetirilmişdir.Tarixi faktlar şəhadət verir ki, 1905-1907-ci illərdə silahlı mütəşəkkil erməni dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda və Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qocaları, qadınları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər.

Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 azərbaycan kəndi yerlə yeksan olunmuş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran qoyulmuşdur. Erməni vandalizmdən canını güclə qurtarmış on minlərlə azərbaycanlı öz yurd yerlərini tərk etmək məcburiyyətində qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı sonra bildirmişdir ki, təkcə 1918-ci ilin martaprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkaranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz doğma yurdundan didərgin salmışlar. Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirmiş, Şamaxıda 7 min nəfərədək əhali, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdür. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberiyasında 211, Qars vilayətində 92 kənd yandırılmış, dağıdılmış və talan edilmişdir.XIX əsrin əvvəllərində İrəvan Quberniyası əhalisinin 80%-i müsəlmanlardan ibarət olub. 

Beləliklə, 1828-1832-ci, 1877-1878-ci, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə departasiya və soyqırım siyasəti tətbiq edilmişdir. 

Ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə departasiyasına dövlət səviyyəsində nail oldular. Bununla paralel mədəni mənəvi represiya və təbliğat kompaniyası başladı. Mədəniyyət abidələrimizi, musiqimizi, ədəbiyyatımızı, klassik irsimizi oğurlayıb erməni nümunələri kimi təqdim etməyə başladılar.1935-ci ildən başlayaraq erməni millətçi ekstrimistləri kütləvi şəkildə həm xəritələrdə həm də 1917-1920-ci illərdə işğal olunmuş əzəli Azərbaycan torpaqlarında Türk-Azərbaycan mənşəli coğrafi adların dəyişdirilməsinə başladılar. Bütövlüklə İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində yerləşən 18 min Azərbaycan mənşəli coğrafi ad «Toponim soyqırımına» məruz qaldı.

1992-ci ilin fevralın 26-da, ötən əsrin ən dəhşətli cinayətlərində biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi yer üzündən silinmiş, 63 nəfəri azyaşlı uşaq və 150 nəfəri qadın olmaqla 613 nəfəri dinc əhali vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər sakin əsir götürülərək ağlasığmaz işgəncə, təhqir və həqarətə məruz qalmışdır. Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə 2 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin qurbanı olmuşdur. 

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev dəyirma masa iştirakçılarına xatırlatmışdır ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə ümummilli liderimiz Heydər Əliyev ölkə prezidenti kimi 26 mart 1998-ci il mart 
tarixdə, 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi barədə Fərman imzalamışdır. Həmin Fərman erməni ideloqlarının «məzlum erməni xalqının» soyqırımı ilə bağlı yalançı təbligatını ifşa etməkdə, həqiqi soyqırımın köklərini açıb bütün dünyaya yaymaqdadır. Təcavüzkar və cəllad Ermənistanın əsil ünvanı beynəlxalq aləmdə artıq tanınmaqdadır. 

Ulu öndər Heydər Əliyevin imzaladığı «Azərbaycanlıların soyqırımı haqqında» Fərman bütün dünya azərbaycanlılarını düşmənə, terrora, mütəşəkkil ermənçilik siyasətinə qarşı mübarizədə sayıq və prinsipial olmağa qətiyyət, yekdillik və fəallıq nümayış etdirməyə səfərbər edən tarixi bir sənəddir. 

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.Bu məsələdə ölkəmizin mövqeyi həmişə konstruktiv olub. Bunun əksinə olaraq, Ermənistan öz təcavüskar siyasətini yeritməkdə, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqdadır. 

Bütün dünyaya məlumdur ki, sülh danışıqları məhz Ermənistanın qeyri – konstruktiv mövqeyi üzündən heç bir nəticə vermir. 

Artıq BMT-də, Avropa Şurası da Ermənistanı rəsmi şəkildə təcəvüzkar dövlət kimi tanıyıb. 

Bununla belə, beynəlxalq təşkilatların reallığı, ədaləti, beynəlxalq hüquq norma və prinsiplərini əks etdirən qərarları, qətnamələri icra olunmur. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bu vəziyyətlə, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik:“Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt icazə vermərik və bu danışıqlar mövzusu deyildir... Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və eyni zamanda, tarixi, hüquqi, siyasi baxımdan bütün başqa tərəflərdən də bu belədir. Ona görə də danışıqlar predmeti yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olmalıdır.” 1918-ci ilin mart soyqırımınından 94 il keçir, lakin ermənilərin törətdikləri bu dəhşəti unutmaq qeyri-mümkündür.

Möhtərəm Prezidentimiz İlham Əliyev 31 Mart Azərbaycanlıların Soyqırım günü münasibətilə xalqımıza müraciətində demişdir: “Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırım həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağıq.”

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin geniş məzmunlu nitqindən sonra məruzə ətrafında Daşkəsən Rayon İcra Hakimiyyəti Başçının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Aidə Nağıyeva çıxış etmişlər, tarix boyu ermənilərin yaltaq, bic olması, eyni zamanda qəddarlığı barədə tutarlı faktlarla öz fikirlərini dəyirmi masa iştirakçılarına çatdırıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar