Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkəsəndə çoban beşinci arvadını və 20 günlük körpəsini çomaqla öldürüb


Daşkəsən rayonunun Şahvələdli kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub


"Report" xəbər verir ki, rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı, 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib.

İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib.

*   *   *

Daşkəsən rayonunda ana və azyaşlı övladının meyiti tapılıb.

APA-nın xəbərinə görə, hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb.

Qadının üzərində xəsarət izləri var, onun və körpəsinin qətlə yetirildiyi bildirilir.

Qətlin qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Rafiq Ələkbərov tərəfindən törədildiyi ehtimal olunur.

Rayon Prokurorluğundan sayta verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar