Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşkənddə səkkiz ton ağırlığında plov hazırlandı


Sentyabrın 8-də Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçirilib


Tədbirə bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri, “Ginnesin Rekordlar Kitabı”nın nümayəndələri, səfirlər, yerli və xarici jurnalistlər qatılıb.Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edib.

Tədbir çərçivəsində tətbiqi sənət və qastronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları olub və digər xalq oyunları, “Uzbegim” kitabının təqdimatı keçirilib.

“Ginnesin Rekordlar Kitabı”na düşmək üçün 4,2 metr diametri olan qazanda hazırlanan plov dünyada ən böyük plov olacaq. Səkkiz tonluq plovun hazırlanmasında Özbəkistanın hər yerindən 50 aşpaz iştirak edib.
Təşkilatçıların məlumatına görə, plovun hazırlanmasına 1500 kiloqram qoyun, 450 kiloqram mal əti, 400 kiloqram bitki yağı, 200 kiloqram quyruq yağı, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənib.
Xatırladırıq ki, xüsusi olaraq Özbəkistanda hazırlanan böyük qazanın diametri 4,2 metr, ağırlığı 7070 kiloqram, dərinliyi 1,5 metrdir.
“Ginnesin Rekordlar Kitabı”nın nümayəndəsi Steninq Riçard jurnalistlərə bildirib ki, özbək milli yeməkləri dünyada yüksək qiymətləndirilir. Yeməklərlə bağlı Rekordlar Kitabına düşmək üçün ərzağın çəkisi dörd tondan artıq olmalıdır. Bu gün isə səkkiz ton ağırlığında plov hazırlandı. Əminəm ki, bu gün Daşkənddə bişirilən plov “Ginnesin Rekordlar Kitabı”na düşəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar