Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna


Avropanın ən kasıb dövlətlərindən biri olan Ukrayna, övlad sahibi olmaq istəyənlərin üz tutduğu istiqamətə çevrilib


Təklif olunan məbləğ gənc qadınlar üçün cəlbedici görünsə də, istismar qorxusu yayılmaqdadır.

Anna* ilk dəfə daşıyıcı analıq haqqında 18 yaşı olarkən televiziya xəbərlərində eşidib.

O, orta məktəbi yenicə bitirmiş və Ukraynanın qərbində yerləşən yaşadığı kiçik şəhərdəki orta əsrlərdən qalan qalanı görməyə gələn turistlərin sayı çox olduğuna görə bir hoteldə işləməyə hazırlaşırmış.

Həmin işə görə ayda 200 dollar qazana bilərdi. Amma o, kiminsə övladını daşıyaraq 20 min dollara yaxın pul əldə edə biləcəyini öyrənir.

Yerli standartlara nəzərən Annanın ailəsi kasıb deyil.

Anası mühasibdir və hər zaman qızına dəstək olub.

Lakin daşıyıcı analığa onu, "daha çox şeyə sahib olmaq" həvəsi aparıb.

Bu halda ev təmiri, avtomobil, əşyalar kimi "bahalı şeylər" ala bilər.

Anna söhbət etdikcə lattesini əsəblə qarışdırır. Bu işi yüzlərlə qadın görsə də, daşıyıcı analıq Ukrayna rahat danışılan bir mövzu deyil.

Xarici cütlüklər Avropanın bu küncünə 2015-ci ildən axışmağa başlayıblar. Buna səbəb isə Asiyadakı daşıyıcılıq agentliklərinin istismar ucbatından bir-birinin ardınca bağlanması olub. Hindistan, Nepal və Tailanddan əli üzülən cütlüklər, daşıyıcı analığın təşkil olunduğu üç-beş yerdən biri sayılan Ukraynaya üz tutmağa başlayıblar.

"Ölkəmizə uşaq arzusunda olan o qədər cütlük gəlir ki. Konveyer kəməridir sanki," kimliyinin qorunmasını xahiş edən Anna deyir.

Bir neçə il hoteldə işlədikdən sonra, 21 yaşlı Anna daşıyıcı ana olmaq qərarına gəlir.

Artıq özünün də bir qızı var idi və özünü bu iş üçün münasib sayırdı.

Ukrayna qanunvericiliyinə əsasən, başqası üçün uşaq dünyaya gətirməmişdən əvvəl qadının özünün ən az bir övladı olmalıdır.

Əgər öz övladınız varsa, daşıyıcı ana kimi dünyaya gətirəcəyiniz uşağa bağlanmaq ehtimalı daha aşağıdır.

Anna, daşıyıcılar, agentlər, klinikalar və bu işi təşkil edən insanların reklam paylaşdıqları internet səhifələrini axtarmağa başlayır.

Çox keçmədən o, sağlamlıq yoxlanışı üçün şəhərindən 450 km uzaqda yerləşən paytaxt Kiyevə gedir. Anna, övladı olmayan bir sloveniyalı cütlük ilə müqavilə imzalayır.

Onun bəxti gətirir. Uşaqlığına yerləşdirilən embrion ilk dəfədən tutur.

Elə problemlər də bununla başlayır.

O, klinikanın göstərdiyi qayğının keyfiyyətinin sürətlə aşağı düşdüyünü deyir. Düzgün diaqnoz qoyulmayan və ya vaxtında müalicə almayan daşıyıcı anaların sağlamlıq problemləri daha da pis nəticələrə gətirir.

O, başqa qadınlara xəbərdarlıq məqsədilə onlayn şikayətlər yazsa da, klinikadan hədə alır və indi də ictimai şəkildə ad sadalamaqdan çəkinir.

Dünyaya gətirdiyi uşaq sağlam olur, lakin bu təcrübədən sonra, Anna daha da ehtiyatlı davranır.

Bununla belə, Anna yenidən daşıyıcı ana olmaq qərarına gəlib. Bu dəfə isə yaponiyalı bir cütlük üçün. Onlar hər şeyi Kiyevdə yerləşən hüquqşünaslar vasitəsilə icra edirlər və çox güman ki, Anna onlarla şəxsən görüşməyəcək.

O, artıq bu dəfə xəstəxana seçimində daha tədbirli davranıb.

Anna bətninin kirayəsi ilə 20 min dollar qazanıb

Hər şey yolunda gedərsə, 24 yaşına qədər Anna dünyaya üçüncü dəfə uşaq gətirəcək - biri özünün, ikisi başqalarının.

Ukraynada daşıyıcılığa tələb, "ötən iki il ərzində təxminən 1000 faiz artıb," Sidneydə yerləşən və valideyn olmağa hazırlaşan insanlar üçün məsləhətxana rolunu icra edən xeyriyyə təşkilatı Families Through Surrogacy-dən Sam Everingham deyir.

"Ölkə birdən-birə özünün daşıyıcılıqla məşğul olan tək-tük ölkələr sırasında gördü," o əlavə edir.

Bunun qanuni olmasında savayı insanları cəlb edən digər fakt, Ukraynanın liberallığıdır.

Qanunvericilik, mayalanma anından "niyyətli valideynləri" bioloji valideynlər kimi tanıyır və daşıyıcıların təyin etdiyi məbləğdə məhdudiyyət qoymur.

Qadınlar öz qiymətlərini özləri müəyyənləşdirirlər və beləliklə açıq bazar yaranır.

Amma bu hər şeyin səsləndiyi kimi asan olduğu mənasına gəlmir. Müraciət etdiyiniz ölkədən asılı olaraq, uşağı Ukraynadan çıxarmaq prosesi bürokratik əngəllər yarada bilər.

Birləşmiş Krallıq da daxil olmaqla bir neçə ölkələrin cütlükləri orada aylarla qalmalı ola bilərlər.

Ukraynada bir çox xəstəxanalar şəffaf iş aparsalar və qadınlara qarşı yaxşı münasibət göstərsələr də, sənayenin içində olanlar və daşıyıcılar pis reputasiyalı klinikalar haqqında dedi-qodu edirlər.

Bəzi embrionların gizli şəkildə dəyişildiyi, hamilələrə aşağı səviyyəli yoxlanışlar və həddən artıq müştəri götürərək adekvat qayğı göstərə bilməyən operatorlar haqqında təsdiqlənməmiş söz-söhbətlər dolaşır.

"Bizim əlimizdə, uşaq düşəcəyi təqdirdə ciddi tələblərə riayət etməyən qadınlara pul ödəməkdən imtina edən Ukraynadakı agentliklərlə bağlı faktlar var," cənab Everingham deyir.

"Valideynlərin xeyrinə olmayan tərs hallarda daşıyıcı analara münasibətdə qəddar davranan agentliklər kimi dəhşətli misallar çəkə bilərik."

İxtisasca həkim olan və Ukrayna parlamentinin sağlamlıq üzrə komitəsinin millət vəkili Olqa Boqomolets inanır ki, ölkədəki "həyat şərtlərinin sürətlə aşağı düşməsi" nəticəsində gənc qadınlar daşıyıcılıq etməyə məcbur qalırlar.

2014 və 2015-ci illərdə ölkədə dərin iqtisadi böhran yaşanıb. Buna bir səbəb də şərqi Ukraynada hərbçilərlə Rusiyanın havadarlıq etdiyi separatistlər arasında hələ də davam edən konfliktdir.

Xanım Boqomoletsin sözlərinə görə sənaye düzgün şəkildə nizamlanmır və nəzarətsizlik həm daşıyıcı anaları, həm də valideynləri risk altına qoyur.

Ukrayna Səhiyyə nazirliyi şərh ilə bağlı heç bir fikir bildirməyib.

Ukraynada daşıyıcılıq necə işləyir?

Kiyevdə yerləşən Ilaya tibb mərkəzi kimi klinikalar, dünyanın hər bir yerindən müştərilər cəlb edirlər


Həyat yoldaşı ilə 2015-ci ilin sonunda İrlandiyadan Ukraynaya səyahət edən Mark üçün agentlik və klinika seçimi çox mühüm idi.

Onun təcrübəsi isə son dərəcə yaxşı alınıb.

Onun sperması və donor yumurtası vasitəsilə baş tutan daxili mayalanma nəticəsində 2016-cı ildə oğlu dünyaya gəlib. Mark-ın sözlərinə görə səhiyyə Qərbi Avropadakı qədər yaxşı olub.

32 yaşlı daşıyıcı ana ilə onların xoş münasibəti olub və doğuşda həyat yoldaşı da iştirak edib.

Onlar pulu birbaşa daşıyıcı anaya ödəyiblər.

"Heç bir halda biz daşıyıcı ana tərəfindən ikinci dərəcəli adamlar kimi qiymətləndirilmədik," - Mark deyir.

"Biz onun bunu nə üçün etdiyini yaxşı bilirdik," o əlavə edir.

"Onun öz qızı var idi. 15 yaşında hamilə qalmışdı. İstəyirdi ki, qızı universitet oxusun və daha yaxşı həyat yaşasın."

London, Dublin və ya Şanxayda yaşayan cütlüklər üçün daşıyıcı ananı Ukraynadan seçmək bir az qeyri-müəyyənlik daşıyır.

Yaxşı sanı olan klinika seçmək və həm yaxşı, həm də pis təcrübələrlə dolu ticarət hekayələrini öyrənmək üçün valideynlər ancaq onlayn forumlarla yetinməli olurlar.

Amma yəqin ki, ən az bir xəstəxana narazı valideynlərə "kifayət qədər pul ödəyərək yaxşı rəy yazmağa razı salır", deyə cənab Everingham deyir.

Bu isə insanların kimə inanacağını daha da çətinləşdirir.

Kiyevin mərkəzində yerləşən Ilaya klinikası isə hər tərəfli müsbət təsir bağışlayır. Klinikadan deyirlər ki, "yaxşı reputasiya" bütün daşıyıcı anaları cəlb edir.

Tetiana and Jana, two surrogates, sit in a waiting room in front of a coffee table with magazines, one of which has a baby`s face on the cover

Klinikanın parlaq gözləmə otağında ölkənin şərqindən olan iki qadın hamiləliklərini müzakirə edirlər.

Qırmızı saçlı, 30 yaşlı və üç uşaq anası Tetiyana, bir ispan cütlük üçün hamilədir və 30-cu həftədədir.

"Körpənin təpiklərini hiss edirsən, onunla danışırsan," o, başqası üçün uşaq daşıyıcısı olmaq təcrübəsindən söz açır.

"Amma şüur altı başa düşürsən ki, sənin uşağın deyil."


Tetiyana anası ilə yaşayır, amma hamiləliyini ondan gizlədib. Anasına iş üçün Kiyevə köçdüyünü deyib.

İki ay əvvəl doğuş edən Yana Tetiyana məsləhət görür ki, daşıyıcılığa bir iş kimi yanaşsın. Onun dünyaya gətirdiyi uşağı doğular-doğulmaz aparıblar.

O, analıq hisslərinin baş qaldırdığını, evə qayıtdıqdan sonra, körpə haqqında düşündüyünü boynuna alır.

"Bunu hiss etməmək üçün soyuq insan olmalısan," o deyir.

"Amma bioloji valideynlərin sevincini və gülüşlərini görmək hər şeyə dəyər. Uşağın yaxşı olduğunu və valideynlərin xoşbəxtliyini anlayırsan."

Qərbi Ukraynada qızı ilə yaşayan Anna da daşıyıcı kimi rolu haqqında fikirləşir.
Tezliklə o, yaponiyalı cütlük üçün embrion transferinə görə Kiyevə yeddi saatlıq yolu qət edəcək.

Bu, prosesin ən çətin hissəsi olsa da, Annanın əhvalını heç nə korlaya bilməz. O, qazanacağı pul ilə şəxsi mənzilini almağa ümid edir.

Amma Anna həmin valideynlər üçün gördüyü iş ilə də fəxr edir.

"Onlar ağlayaraq sənə minnətdarlıq edən zaman necə böyük bir iş gördüyünün fərqinə varırsan," o deyir.

"Onlar mənə həyatlarındakı ən mühüm insan olduğumu deyirlər" (BBC).

http://www.bbc.com/azeri/region-43083988

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar