Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşınan elektronika bazarı ikiqat artacaq


İDC şirkətinin analitikləri daşınan elektronika sahəsinin gələcəyinə dair proqnozunu açıqlayıb


Lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu ilin nəticələrinə əsasən bazara adıçəkilən seqmentdən 125,5 milyon ədəd cihaz çıxarılacaq. Bu da 20,4 faiz artım deməkdir.
 
Analitiklərin fikrincə, 2021-ci ilə qədər daşınan elektronika bazarı təxminən iki dəfə artacaq və 240,1 milyon ədəd cihaza çatacaq. Onlar hesab edirlər ki, “ağıllı” saatlar fəallıq trekerlərini artıq bu il qabaqlayacaq. Əgər ikincilər (trekerlər) 47,6 milyon cihaz olacaqsa, birincilər (“ağıllı” saatlar) 71,4 milyon ədəd olacaq ki, bu da bazarın 56,9 faizinə uyğundur. Burada qeyd etmək lazımdır ki, mənbə birinci kateqoriyaya şəxsi əməliyyat sistemi olmayan və kənar əlavələri işə sala bilməyən cihazları da aid edir. İkinci kateqoriyaya isə ancaq “ağıllı” qolbaqlar aid olunur.
 
Necə olursa olsun, ilin nəticələrinə əsasən üçüncü yerdə 2,6 faiz payla “ağıllı” geyimlər, sonuncu yerdə isə 1,3 faiz payla “ağıllı” qulaqcıqlar və qarniturlar yerləşəcək.
 
2021-ci ildə isə bazar belə formalaşaq: “Ağıllı” saatlar 67 faiz, “ağıllı” qolbaqlar 21,7 faiz, “ağıllı” geyimlər 9 faiz və “ağıllı” qulaqcıq və qarniturlar isə 1,7 faiz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar