Danimarkanın “Brodbü” klubunun azarkeşləri avqustun 23-də Kopenhagendə keçiriləcək “Kopenhagen” – “Qarabağ” oyununda Azərbaycan komandasını dəstəkləyəcək
Virtualaz.org “azerisport”a istinadən xəbər verir ki, təxminən 50 azarkeş ənənələrinə sadiq qalaraq, tribunalarda rəqibə - Ağdam komandasına azarkeşlik edəcək.
Bildirildiyinə görə, “Brondbü” və “Kopenhagen” barışmaz rəqiblərdir və avrokubok oyunlarında daim “düşmənlər”inin rəqiblərinin qələbəsinə sevinirlər.
pia.az