Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dahi yazıçının müharibə sevgisi

Nemət Hacıəliyevin “Üçüncü dünya müharibəsi” yasızını təqdim edirik

 
Tolstoyla Dostoyevski bir medalın iki üzü kimidirlər. Bir-birinə əks. Müharibə və sülh mövzusunda da həmçinin.

Tolstoy müharibədə iştirak etsə də Hərb və Sülh əsərində yazdıqlarına əsasən sülh tərəfdarı olduğunu görə bilərik. Hətta M.Qandi ondan ilhamlanaraq sırf sülh, barışıq, mehribanlıq sistemi quraraq Hindistanı ayağa qaldırmışdı.

Tolstoyun personajları müharibədə düşmən əsgərə yardım edir. Müharibənin dəhşətlərindən söz açır. Dostoyevski isə əksinə müharibəni dəstəkləyir. "Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir." - fikrini Dostoyevski söyləmişdi. Hələ fikrini əsaslandıraraq əlavə edir:

"Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir."

"Əgər dünyada müharibə olmasaydı, incəsənət çürüyərdi. İncəsənətdəki bütün gözəl ideyalar müharibə, mübarizə tərəfindən yaranıb". - Dostoyevskinin bu fikrinə bəraət qazandırsaq incəsənətin inkişafı üçün gərək milyonlarla insan qırılsın. İnsanlar müharibədən sonra acıdan, ağrıdan, dəhşətdən yazsınlar, çəksinlər, göstərsinlər...

 İtalo Kalvinonun “Vicdan” hekayəsində baş qəhrəman düşmən saydığı Albertonu bütün hekayə boyu axtarır. İnsanları öldürür. Ancaq Albertonu tapa bilmir. Müəllif sonda yazır:

"Luici heç nədən o qədər insanı öldürdüyünə görə özünü çox pis hiss edirdi. İndi sülh dövrüydü. Aldığı bütün medalları çantasına doldurub düşmən ölkədə ölənlərin arvad-uşağına, yaxınlarına paylayırdı. Belə günlərin birində Albertoyla qarşılaşdı. “Həə, axır ki, əlimə keçdin, gec olsun, güc olsun”, – deyib Albertonu öldürdü. Luicini dərhal həbs etdilər. Cinayəti sübuta yetirildi və onu edam elədilər... Məhkəmədə vicdanının səsini dinlədiyini dəfələrlə təkrar etmişdisə də, heç kim ona inanmamışdı."

Babam ikinci dünya müharibəsində iştirak etmişdi. Ona yadigar qalan təkcə güllə yarası olmuşdu. Ömrü boyu o güllənin ağrısı ilə yaşadı. Qardaşı da həmçinin. Müharibənin sonunda ayağını sındırmışdı. Ömrü boyu axsadı.

Milyonlarla insan qətlə yetirildi. Milyonlarla körpə acından öldü. Biz isə neft verdiyimiz üçün fəxr edirik. O qədər kitab oxumuş insanlar iki dünya müharibəsi keçirdilər. İnsan insan öldürdü. Kitablar insanın daxili vəhşiliyinə qalib gələ bilmir.

Müharibələrdə o qədər insan öldürülüb ki, bu günə kimi film çəkirlər, kitab yazırlar mövzu bitmir.

Rejissoru R.Benini , İtaliya istehsalı olan “Həyat gözəldir” (La Vita è bella (1997) filmindən tutmuş Remarkın müharibəyə həsr etdiyi bütün kitablara kimi dəhşətli səhnələri görürük, oxuyuruq. Lakin hər bir sənət əsərində bir ümid var. Dünya üçüncü dünya müharibəsini görməsin deyə hər gün mübarizə aparmalıyıq...

Bu gün müharibə silah alverindən başqa bir şey deyildir. Hətta hərdən robotların çoxalmasını istəyirəm. Müharibədə insanlar yox robotlar savaşsınlar. Bəlkə o zaman iki tərəf itkisiz sakitləşməyi bacarar.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar