rezonans

Xəbər xətti

19 İYUN

10:13 Bakıda sürücü avtomobildən düşərkən ona 4 bıçaq zərbəsi vurulub

10:09 Obama növbəti prezident seçkilərində siyasətə qayıda bilər

10:05 Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub

18 İYUN

21:55 Tramp: “ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”

21:46 Ermənistan ordusunda yüksək vəzifələrə təyinatlar olub

21:39 FES-in qərarı: dollar sürətlə möhkəmlənir

21:24 İtaliyada yüzdən artıq mafioz həbs olunub

21:12 “Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

21:07 Ət kəsiminin sanitar normaları açıqlandı

20:55 Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb

20:49 Dərəyə aşan avtomobilin sürücüsü öldü

20:37 DÇ- 2018: Kaliniç yığmadan qovuldu

20:23 Yıldırımdan Menbiç açıqlaması

20:11 İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb

20:06 Kadırovdan ABŞ-a cavab

19:58 Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatdı

19:50 Menbiçdə birgə hərbi əməliyyat başladı

19:42 Quşadasında azərbaycanlı qadınlar tutuldu

19:37 Kral 30 milyardı öz adına keçirdi

19:30 Online oyunlardan asılılıq xəstəlik kimi tanındı

19:23 Makedoniya yeni qanun layihəsini təsdiqləyib

19:11 Xudat sakinindən narkotik götürülüb

19:06 Türkdilli ölkələr vahid gömrük zonası yaradır

18:59 Aslan Kərimin videosundan danışdı

18:46 İsrailin keşmiş naziri İran casusu çıxdı

18:41 Qadına söyüş söymək niyə yaraşmır?

18:37 Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim olundu

18:30 Bu aydan “iPhone” ucuzlaşır

18:24 Qrişem: “Trampın arvadı buna nifrət edir”

18:19 Türk ordusundan Menbiç açıqlaması

18:13 Türkiyənin keçmiş naziri vəfat etdi

18:08 “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:02 DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

17:55 Bu il Azərbaycanda 400 tondan artıq barama təhvil verilib

17:49 Kazım Qarabəkir paşanın qızı vəfat etdi

17:42 “Atasının ölümünə səbəb Aytacdır”

17:36 Ölüm riskini azaldan qidalar – Siyahı

17:31 “Neftçi” Baqali Dabonu transfer etdi

17:27 “Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”

17:23 Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

17:18 Salyanda üç bacının yeganə qardaşı özünü asdı

17:12 Bitkoin ucuzlaşır

17:12 Avtomobil dərəyə aşdı: 2 yaralı

17:04 Şəkidə avtomobil yanıb

16:34 “Audi” şirkətinin rəhbəri həbs olunub

16:30 Həsən Ruhani Avstriyaya səfər edəcək

16:24 “Azadlıq” meydanında hərbi paradın məşqləri başlayıb

16:19 Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

16:15 Rusiya Baltik dənizi yaxınlığında hərəkətə keçdi

16:11 Türk əsgərləri Menbiç şəhərinə doğru irəliləyir

16:07 Gəncə sakinindən “Tramadol” həbləri götürülüb

16:02 İranda üç polisi öldürən avtobus sürücüsü edam olunub

15:58 Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu

15:53 Lider olmaq üçün 4 qayda

15:49 İranın Suriyada üç çətin seçimi - Təhlil

15:45 Azərbaycanlı biznesmen həbs olundu

15:42 “Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir”

15:37 Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

15:31 Əhalinin banklarda 7.8 milyard manat pulu var

15:26 “Günay Bank”ın sədri: “Bankdan pul oğurlanması iddiası əsassızdır”

15:22 “Facebook” uşaqlar üçün bunu qadağan etdi

15:19 “Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb

15:15 İspan kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək

15:11 Goranboy sakini yuyucu tozdan zəhərlənib

15:06 Qaradağda 4 otaqlı ev yanıb

14:56 Elektrik naqilləri oğurlayan şəxs yaxalanıb

14:51 Ötən gün 76 cinayət faktı qeydə alınıb

14:47 Arif Rəhimzadə: “Sərdar Cəlaloğlu tamamilə başını itirib”

14:44 Melania Tramp: “ABŞ qəlblə idarə olunan ölkədir”

14:40 Keçmiş Yəmən prezidentinin ölüm qabağı müraciəti yayılıb

14:36 İdmançımız Avropa çempionatında 25-ci yeri tutdu

14:31 Özünü birinci mərtəbədən atmaq istədi

14:27 Ağdamda yağan yağış nəticəsində evlərə su dolub

14:23 DÇ-2018: Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər

14:19 Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

14:15 Instagram bu funksiyanı ləğv edir

14:11 Zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçdi

14:07 Çindən Türkiyədəki seçkilərlə bağlı açıqlama

14:03 Azərbaycan XİN-dən Manvel Qriqoryanın həbsinə münasibət

13:59 Erməni müəllif Bakını hədələdi

13:56 Kravçukdan Putin və Poroşenkoya çağırış

13:52 İŞİD Suriyada əsas istinadgahını itirib

13:47 Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

13:43 6 tona yaxın çətənə kolu aşkarlandı

13:38 “Bir qoca ilə bir qarı vardı”

13:35 Löv: “Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır”

13:31 Roma Papası miqrantlara dəstək verdi

13:14 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

13:09 Paşinyanın həbs etdiyi generalın oğlu istefa verib

13:06 Şəkidə çobanı ildırım vurub

13:01 Gürcüstanda “Lotu Quli”nin adamları saxlanılıb

12:53 Sabahın hava proqnozu

12:49 Moskva və Riyad neft hasilatında artıma razılaşdı

12:46 Dünya çempionu velosipeddən yıxılıb öldü

12:42 Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib

12:38 Bu günün hava proqnozu

12:34 Günün matçlarını yayımlayacaq kanallar

12:30 Güclü külək və yağış 3 rayonda fəsadlar törətdi

12:26 Türkiyə Antarktikada elmi baza yaradır

12:23 “Kişi özünə baxmırsa, onunla ailə qurmaram”

12:18 “Neftin baha olması ABŞ-a sərf etmir”

12:15 “Dünyanın ən yaxşı millisinə qalib gəldik”

12:12 “Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”

12:09 Moskvada daha bir məscid istifadəyə verildi

12:06 Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

12:01 Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

11:57 Hadisə: “İllərdir bu xəstəlikdən əziyyət çəkirəm”

11:53 ATƏT-in nümayəndə heyəti Azərbaycana gələcək

11:49 Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

11:45 Türkiyə seçkiləri: Bu namizəd ilk turda qalib gələcək

11:41 Neft ucuzlaşıb

11:36 ABŞ Suriya ordusunu bombalayıb: 48 ölü

11:32 Goranboyda qadın intihara cəhd edib

11:27 Nigeriyada iki terror aktı: 31 ölü

11:24 Məşhur aktyor futbola baxarkən öldü

11:20 Yaponiyada zəlzələ: 3 ölü, 200 yaralı

11:16 Azərbaycanda bank sədrinin müavini əmanətçilərin 100 milyonunu oğurlayıb ölkədən qaçdı

11:12 Kolumbiya prezidentini seçdi

11:07 Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

11:04 Kəpəkdən qurtulmağın təbii yolları



ƏDƏBİYYAT

...

Dahi rejissorun qüsuru

Tarix 03.06.18, 16:55

Font ölçüsü : - / +
bitmap-img6

Alfred Hiçkokun dərsləri


“Film yaratmaq, hər şeydən əvvəl, hər hansı bir əhvalatı danışmaq bacarığıdır. Əhvalat istədiyimiz qədər ola bilər; vacib şərt onun dramatikliyindədir. Bəs drama nadir? Bu, həyatın gündəlik cansıxıcı detallarından azad olunmuş həyatın özüdür”

A. Hiçkok

Hiçkokun “Həyətə baxan pəncərə” filminə ilk dəfə tamaşa edəndə düşdüyüm qəribə vəziyyət indiki kimi yadımdadır: Film təzəcə başlamışdı, amma mən alışqanı masanın üstündən götürüb bayaqdan dodaqlarımın arasında sıxdığım siqareti yandırmağa heç cür macal tapmırdım. Sadəcə olaraq ona görə ki, bunun üçün nəzərlərimi cüzi də olsa ekrandan yayındırmalıydım. Di gəl ekrandakı magiya buna imkan vermirdi və mən kadrdan kadra, epizoddon epizoda təxirə saldığım istəyimi filmin sonuna kimi reallaşdıra bilmədim.

Mənə elə gəlir ki, dünyanın hər yerində yaşından, cinsindən asılı olmayaraq minlərlə insan Hiçkokun filmlərinə baxanda heç olmasa bir dəfə buna oxşar vəziyyətə düşüblər: kimsə kofesini qurtumlamağa, kimsə tərini silməyə, kimsə telefon zənginə cavab verməyə və daha nələrə, nələrə imkan tapmayıb.

Hərdən düşünürəm ki, Hiçkokun filmlərinə baxan adamlar televizorların qarşısına qoyulmuş heykəllərə bənzəyirlər və bu heykəllərin hamısında bir ortaq, ümumi detal var: heyrətlə açılmış, hərisliklə ekrana zillənmiş gözlər.

Bu, yüksək həddə çatan peşəkarlığın təntənəsidir.

Ötən əsrin ortalarında Hiçkok yaratdığı filmlərlə yeni bir janrın – bu gün saysız-hesabsız rejissorların müraciət etdikləri psixoloji triller janrının kanonlarını birdəfəlik müəyyənləşdirdi. Amma ünlü kinoçu kimi sənətdə Hiçkokun xidmətini bununla məhdudlaşdırmaq sadəlövhlük olardı. Müəmmalı, paranormal hadisələri filmlərinin fakturasına çevirən Hiçkokun zahirən yalnız tamaşaçı marağının təmin edilməsinə hesablanmış bu fakturanın gizli qatlarına enmək, insanı qorxu, həyəcan, gərginlik içində saxlayan olayların anatomiyasını ekran dili ilə virtuoz  bir səviyyədə ifadə etmək, tamaşaçının “istehlak” tələbi ilə sənətin qızıl qanunları arasındakı məsafəni minimuma qədər qısaltmaq naminə gördüyü işlər kino mədəniyyətinin yaddaqalan, həmişə xatırlanan önəmli faktlarıdır.

Bu mənada Hiçkok özündən sonra gələn bir çox rejissorlar nəslinin müəllimi səviyyəsinə yüksəlmiş bənzərsiz virtuozdur. Bu gün ekranları zəbt edən saysız-hesabsız trillerlərdə, dəhşət filmlərində, detektivlərdə qarşılaşdığımız çəkiliş üsullarının, montaj formalarının, qeyri-adi rakursların Hiçkok irsindən qaynaqlandığını, məhz Hiçkokun yaratdığı ekran dilinin lüğət fondundan götürüldüyünü ustadı açıq-aşkar təqlid edən peşəkarlarla yanaşı, ondan dolayısı ilə təsirlənən sənətkarlar da etiraf edirlər.

Kino tənqidçiləri Hiçkokun bənzərsizliyini adətən onun dilinin orijinallığı, yaratdığı yeni təhkiyə tərzinin formal özəllikləri ilə izah edirlər. Doğrudan da özünün “Kəndir”, “Həyətə baxan pəncərə”, “Psixoz”, “Qatardakı naməlum şəxslər”, “Quşlar” kimi ən yaxşı filmlərində Hiçkokun apardığı eksperimentlər aradan neçə onilliklər keçdikdən sonra da özünün yeniliyi, qəfilliyi (və gözəlliyi) ilə seçilir, kino nəzəriyyəsinə həsr olunmuş kitablarda, eləcə də kino ensiklopediyalarda dönə-dönə xatırlanır.

Məsələn, 1948-ci ildə çəkilmiş “Kəndir” psixoloji dramı öz forma özəlliyinə görə bu gün də ekran sənətinin bənzərsiz incilərindən sayılır. Film psixopatiya nəzəriyyəsi ilə bağlı versiyalardan birini təcrübədən keçirmək naminə öz keçmiş tanışlarını boğaraq sandıqda gizlədən, sonra əsəb gərginliyinin şirinliyini dadmaq üçün qurbanın valideynlərini, arvadını həmin sandığın qoyulduğu otaqda düzənlədikləri ziyafətə dəvət edən iki kişinin paranoik səciyyəli eksperimentinə həsr olunub. Lokal məkan (hadisələr bir otaqda cərəyan edir), personajların uzun dialoqları filmin süjetinə bir süstlük, lənglik gətirsə də, Hiçkok danışıq dramının estetikasını məhz dram təhkiyəsinin yeni, gözlənilməz interpretasiyası ilə dağıdır, 80 dəqiqəlik bu ekran əsərini 8 hissədən – heç bir montaj kəsiyi olmayan 8 uzun plan-kadrdan ibarət ekran versiyası kimi təqdim edir. Və qəribə burasındadır ki, dünya kinosu tarixində analoqu olmayan bu üslub tamaşaçını qətiyyən yormur onu usandırmır. Çünki onun zahiri statikliyi, monotonluğu kameranın mürəkkəb və qeyri-adi dərəcədə ifadəli hərəkəti ilə kompensasiya olunur. Rejissor qəhrəmanlarının alt şüurunda gedən qəliz prosesləri, freydizmin təzahürlərini hər biri 10 dəqiqə çəkən plan-kadrlarda hadisələri fəzanın ən mürəkkəb nöqtələrindən izləyən kameranın gözü ilə əyaniləşdirir.

Yaxud yuxarıda xatırladığım “Həyətə baxan pəncərə” filminin qeyri-adi və yenə də analoqu olmayan poetik strukturundan necə vəcdə gəlməyəsən? İki saatdan artıq davam edən bu filmdə hadisələr tamaşaçıya 2 baxış nöqtəsindən - qəhrəmanın otağında baş verənləri və qəhrəmanın pəncərəsindən görünənləri növbə ilə müşahidə edən kameranın mövqeyindən təqdim edilir. Hiçkok heç bir xüsusi və optik effektlərə getmədən adi, hətta ilk baxışdan primitiv təsir bağışlayan çəkiliş texnologiyası ilə pəncərədən görünən həyəti dünyanın modeli səviyyəsinə qaldırır, bu həyətə açılan pəncərələrin arxasındakı otaqlarda uzaqdan yalnız siluetləri görünən insanların həyatını isə bu dünyanın bənzərsiz insan talelərində təcəssümü kimi təqdim edir.

Bir rejissor olaraq Hiçkokun kəşf etdiyi və filmlərində uğurla reallaşdırdığı üslubi vasitələr tamaşaçını gərginlikdə saxlamaq üçün vurğulu epizodlar qurmağa, kriminal səciyyəli hadisələri, müəmmalı qətlləri “günahkar – günahsız – cinayət” triadası daxilində və psixoanaliz müstəvisində tədqiq etməyə, ən xırda detalları, məişət situasiyalarını (məsələn, eynək şüşəsini, qəzet parçasını, fırlanan karuseli) vizual effekt mənbəyinə çevirməyə xidmət edirdi.

Ustad 1960-cı ildə lentə aldığı «Psixoz» filmində bu xüsusiyyətlərin mükəmməl bir estetik sistemini yaratmışdır. Yeri gəlmişkən böyük studiyalar bu filmi çəkməkdən imtina etdikdən sonra Hiçkok onu cüzi büdcə ilə və televiziya texnikası ilə çəkmişdi. Qısa vaxt ərzində rejissoru milyonerə çevirən bu triller kino tarixində mərhələ rolu oynayan şedevrlərdən biri kimi bu gün də dünyanın müxtəlif yerlərində təkcə saysız-hesabsız kinomanları yox, peşəkarları da öz cazibəsində saxlayır.

Digər filmlərində də Hiçkoku bu və ya digər dərəcədə məşğul etmiş şəxsiyyətin ikiləşməsi, günah və cəza motivləri «Psixoz» filmində özünün bitkin və kinematoqrafiya baxımından ifadəli həllini tapmışdır. İlk kadrlardan finala qədər tamaşaçını tədricən artan daxili gərginlik (sespens) içində saxlayan bu filmin poetik strukturu elə ustalıqla qurulmuşdur ki, orada cüzi bir səliqəsizlik, xırda bir nöqsan tapmaq müşküldür.

Kadrların metrik ölçüləri ilə ritmik intonasiyası arasındakı ahəngdarlıq, kameranın qeyri-adi dərəcədə məzmunlu hərəkəti (öldürdüyü qızın şəklinə baxanda Normanın gərginlikdən əsən çənəsinin döşəmə üstünə uzanmış müşahidəçi nöqteyi-nəzərindən göstərilməsi, şəxsi detektivin pilləkən meydanında öldürülməsi epizodunun «quş uçuşu» rakursundan lentə alınması nəyə desən dəyər), personajların daxili dinamikasının ifadəsi üçün tapılan qrafik cizgilər və gah müəllifin, gah da qəhrəmanların daxili nitqinin davamı statusunda çıxış edən musiqi – bütün bunlar bir-biri ilə çulğalaşaraq ekranda az qala mistik bir sehr yaradır.

Kino nəzəriyyəçiləri, tənqidçiləri Hiçkokun irsinə heç vaxt biganə qalmasalar da onun filmləri daha çox forma-üslub müstəvisində təhlil olunmuş, nəticədə Hiçkokun virtuozluğu onun həyat və insan barədə guya vulqar və mürtəce xarakter daşıyan konsepsiyası fövqünə qaldırılmışdır. Tədqiqatçılar əksər hallarda bunu onun intuitiv şəkildə öz filmlərinə gətirdiyi psixoanaliz amili ilə əlaqələndirilər. Əgər həqiqətən də belədirsə, bunu Hiçkokun qüsuru kimi yox, əksinə öz yaradıcılıq kredosu, bədii-estetik platforması olan sənətkar şəxsiyyətinin qələbəsi kimi dəyərləndirmək daha düzgün olardı. XIX əsrdə rus ədəbiyyatında, konkret olaraq Dostoyevskinin yaradıcılığında fəlsəfi-estetik ideal səviyyəsinə qalxan “ideoloji qətl və psixoloji cəza” konsepsiyası kinoda öz davamını məhz Hiçkokun yaradıcılığında tapmışdır. Bu mənada onun qəhrəmanları ilə Dostoyevskinin Roskolnikovu, İvan Karamazovu arasında oxşarlıqlar çoxdur, lakin Hiçkok Dostoyevskidən fərqli olaraq, bu konsepsiyanı bir qədər başqa rakursda – «psixoloji qətl və qanuni cəza» müstəvisində sınağa çəkmişdir. Hiçkok üçün insanın psixoloji kompleksinin rəngarəng çalarları, onun şüuraqədərki hissi-emosional durumunun təşviq etdiyi istəklər şüurun diqtəsi altında yaranan düşüncə və yaşam tərzindən heç də az əhəmiyyət kəsb etmirdi. Ona görə də insanın bəzən vəhşilik dərəcəsinə çatan amansızlığı, düşüncə tərzindəki qəfil sapmaların əsirinə və quluna çevrilərək cinayət törətməsi kimi vulqar motivlər əslində Hiçkok realizminin təntənəsi idi.

Kino səltənətində Hiçkokun saldığı və inamlı, iri addımlarla getdiyi yol hər il saysız-hesabsız yeni-yeni izlərlə naxışlanır. Amma Hiçkokun izi ildən-ilə çoxalan, bir-birinə çox bənzəyən, bir-birinin içində itib-batan bu izlərdən həmişə fərqlənir.

Çünki dərinə işləmiş, pozulmaz izlərdir, hələ də başqalarının fəth edə bilmədikləri zivəyə aparan izlərdir.


Əlisəfdər Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru  

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

“Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Ermənistanda gizli ABŞ laboratoriyası - Ermənistan cəzalanacaqmı?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru