Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha üç marşrut xəttinin hərəkəti dəyişib


Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 11, 38 və 71 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi monitorinq qrupu tərəfindən hərtərəfli təhlil edilib


BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "APA-Economics"ə bildirib ki, hər üç marşrut xətti üzrə avtobusların hərəkət sxemində müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib. Nəzərdə tutulan dəyişikliklərin sərnişinlərin rahatlığı baxımından səmərəli olmasını müəyyənləşdirmək məqsədi ilə 11, 38 və 71 nömrəli marşrut xətti üzrə avtobuslar 24 iyun tarixindən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək.
 
Qeyd edək ki, 11 nömrəli marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Neymətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.
 
38 nömrəli marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.
 
Metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metro stansiyasına hərəkət edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar