Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha iki qəsəbəyə mavi yanacaq verildi - Fotolar


Füzuli rayonunun 10 və 11 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib


PİA.AZ-ın məlumatına görə, tədbirdə rayon icra başçısı Alı Alıyev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

İcra başçısı Alı Alıyev açılış mərasimində bildirib ki, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılıb, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaq. 

 ARNDŞ prezidenti Rövnəq Abdullayev ölkədə qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördülən məqsədyönlü tədbirlərdən danışıb. 

 Açılış mərasimində bildirilib ki, 10 və 11 №-li  Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki, 405 abonentin olduğu 10 və 11 №-li Qayıdış qəsəbələrində  ümumilikdə 13304 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 405 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar