Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha iki küçə açılacaq


“Azəryolservis” ASC yaxın günlərdə daha iki küçənin təmirdən sonra sürücülərin ixtiyarına veriləcəyi barədə məlumat yayıb


PİA.AZ qurumun saytına istinadən xəbər verir ki, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1.7 kilometrlik ərazisində təmir işləri davam etdirilir. 

Sözügedən ərazidə köhnə asfalt-beton qatının üst hissəsi frez maşını ilə qaşınaraq ərazidən daşınıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkləti üçün kompleks tədbirlər həyata keçirilir. Ümumi uzunluğu 820 metr olan küçənin 3200 kvadrat metr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7800 kvadrat metr sahədə isə orta təmir işləri həyata keçirilir. Küçə boyu səki daşlarının 80 faizi yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir. Metronun Elmlər Akademiyası stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafinda qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub. 

Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar