Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir unikal cərrahiyə əməliyyatı uğurlu keçdi


İyulun 22-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi tibb xidməti mayoru Anar Əmrah mətbuat nümayəndələri ilə görüş keçirib


Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının xüsusi təlim və təhsil almış A.Əmrah və 30 nəfərdən ibarət tibb heyəti hospitalımızda təkcə hərbçilərə deyil, ölkənin bütün vətəndaşlarına xidmət göstərir.

Ötən ilin oktyabr ayından bu günədək şöbədə 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib. Belə mürəkkəb ürək əməliyyatları zamanı heç bir itkinin olmaması başlıca uğurdur. Əməliyyat olunanlar içərisində hərbçilər, onların ailə üzvləri və digər mülki şəxslər də var.
"Bu yaxınlarda hərbi səhiyyədə nadir rast gəlinən bir hadisə ilə rastlaşdıq. Səngərdə ümumi yuxu arteriyasının tam qopması ilə zədələnən bir əsgər hərbi ambulans - helikopterlə hospitala çatdırılmışdı. Uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası əsgərin öz venası ilə əvəz edilərək bərpa olundu. Əməliyyatdan 1 ay sonra hərbi qulluqçu sağ-salamat evlərinə göndərildi", - deyə mayor A.Əmrah vurğulayıb.

Damar xəstəliklərinin ən ağır fəsadlarından biri sayılan ağciyərin tromboemboliyasının müalicəsi üçün ABŞ-da həyata keçirilən müasir üsul Azərbaycanda ilk dəfə iyulun 20-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsində tətbiq edilərək sağ ağciyər tromboemboliyası əməliyyatı aparılıb. 59 yaşlı xəstənin ağciyər arteriyasına xüsusi kateter yerləşdirilərək, ultrasəs dalğaları və trombolitik dərmanlarla 15 saat ərzində trombun 95 faizi əridilib və nəticədə xəstənin tənəffüsü bərpa edilib. Eyni zamanda gələcəkdə aşağı ətrafdan ağciyərə trombun getməsinin qarşısını almaq məqsədilə aşağı boş venaya xüsusi filtr yerləşdirilərək əməliyyat uğurla həyata keçirilib.(trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar