Türkiyədə son zamanların məşhur müğənnisi Buray həyat yoldaşından boşanır
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni açıqlamasında bildirib ki, Avstraliyada yaşayan xanımı ilə arasındakı uzaq məsafə münasibətlərini çətinləşdirib:
"Uzaq məsafə və gərgin işin gətirdiyi çətinliklərə görə həyat yoldaşımla evlilik birliyimizi ortaq qərar nəticəsində bitirdik. Qarşılıqlı razılığa gələrək sevgi və hörmət çərçivəsində bu qərarı aldığımı elan edirik. Boşanma müddətində şəxsi həyatımızın məhrəmiyyətinə göstərəcəyiniz hörmət üçün indidən təşəkkür edirik".
pia.az