Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir populyar veriliş bağlandı


Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib


İclasda “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair iş üzrə icraata baxılıb.

İclasda “Reklam haqqında” Azərbaycan Respublikasının 15 may, 2015-ci il tarixli, 1281-IVQ saylı qanununun 13.2-ci maddəsinə, İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə “ANS” televiziyasının efirində 01.10.2015-ci il tarixdə saat 16:20-19:00 arası yayımlanan “Sən tək deyilsən” verilişində sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, “Sən tək deyilsən” verilişinin 02.10.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, 04.10.2015-ci il tarixdə saat 21:30-24:00 arası yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, “Salam Azərbaycan” verilişinin 01.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, “Salam Azərbaycan” verilişinin 02.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, “Salam Azərbaycan” verilişinin 03.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, 05.10.2015-ci il tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, “Şokolad” verilişinin 18.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, “Şokolad” verilişinin 21.09.2015-ci tarixli buraxılışında sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar olaraq 6000 manat, ümumilikdə 54000 manat məbləğində cərimə cəzası tətbiq edilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda “ANS” televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, “ANS” televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Həmçinin yayımı dayandırılmış “Salam Azərbaycan” proqramının efir vaxtında mədəni-maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi, tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatın yayımlanması barədə qərar qəbul edilib ("Trend").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar