Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir ölüm hadisəsi: Bakıda avtobus “bespredeli” davam edir

Bakıda sərnişin avtobusu sürücülərinin törətdiyi və bir çox hallarda insan ölümləri ilə nəticələnən yol qəzaları ara vermir


PİA.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti daha bir qəza haqda məlumat yayıb.

 Məlumata görə ötən gün yanvarın 8-də saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Ötən şənbə günü 175 saylı xətt üzrə işləyən avtobusu sürücülük hüququ olmadan idarə edən cinayətkar-residivist ağır qəza törətmişdi və avtobusu Zığda dərəyə aşırmışdı. Nəticədə 20 sərnişin yaralanıb. Bu cinayətin ardınca Bakı Nəqliyyat Agentliyi həmin xətti sahibindən alıb və “BakuBus” MMC-yə verib.

36 saylı xətt üzrə işləyən avtobuslar da tez-tez yol hərəkəti qaydalarının kobud pozulmasında və qəzalarda iştirak edir. 2016-cı ildə bu xətt üzrə işləyən avtobuslardan biri 10 nəfərin yaralanması, 1 nəfərin ölümü ilə nəticələnən qəzada iştirak edib. Bakı Nəqliyyat Agentliyinin insan ölümü ilə nəticələnən növbəti qəzadan sonra nəhayət bu xəttə də əncam çəkməsinin vaxtı çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar